Microsoft Word girish-3 cap ucun 1-16



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə25/40
tarix14.10.2017
ölçüsü1,07 Mb.
#4908
1   ...   21   22   23   24   25   26   27   28   ...   40

 

56

Dərs 



13

 / Mövzu:

 ALQORİTM 

 

MOTİVASİYA 

Müəllim sinfə sualla müraciət edir:  

 Dostunuz sizə qonaq gəlmək istəsə, yaşadığınız ünvanı ona başa salmaq üçün hansı üsullardan istifadə 

edərsiniz? (sözlə başa salmaq olar, şəkil və ya sxemlə göstərmək olar) 

Müəllim şagirdlərdən birinə evlərinin harada olması barədə məlumat verməsini xahiş edir. Sonra sinfə sual 

verir: 

 Yoldaşınızın evinə getmək üçün onun söylədiklərini necə adlandırmaq olar?  

(hərəkətlər ardıcıllığı, alqoritm) Yoldaşınız bu alqoritmi hansı üsulla təqdim etdi? (sözlə, sxemlə) 

Lövhədə tədqiqat sualı və şagirdlərin fərziyyələri yazılır. 

 

Tədqiqat sualı: 

Alqoritmləri necə təqdim etmək olar?  

 

TƏDQİQATIN APARILMASI 

Müəllim dərslikdən istifadə edərək,  şagirdlərin fəal iştirakı ilə yeni informasiyanı  şərh edir. Tədqiqat işi 

cütlüklərdə aparılır.  Şagirdlər  İş  dəftərində 1-ci çalışmanı yerinə yetirirlər.  Əvvəlcə cütlüklə  işləyən 

şagirdlər birgə getmək istədikləri obyekti müəyyən edirlər. Sonra cütlərdən biri evdən seçdiyi obyektə 

çatmaq üçün alqoritmi söz, işarə və sxem vasitəsilə təsvir edir. Hər üç şəkildə təsvir edilməsi vacib deyil. 

Digər şagird isə seçilmiş obyektdən yenidən evə qayıtmaq üçün marşrutu təsvir edir. Evdən obyektə gedən 

və obyektdən evə qayıdan yollar müxtəlif ola bilər. Məsələn, cütlükdəki 1-ci şagird evdən  filarmoniyaya 

getməyi planlaşdırırsa, o, bunu belə yaza bilər:  

1.    

1. Evdən 2-ci dairəyə get.  

2. 2-ci dairədən sirkə kimi get.  

3. Sirkdən filarmoniyaya get.  

 

2.    



1→2→3→6 

 

3.  



 

DƏRSİN MƏQSƏDİ 

•  sözlərlə verilmiş sadə hərəkətlər ardıcıllığını düzgün yerinə yetirmək; 

•  işarələrlə verilmiş sadə alqoritmi icra etmək;  

•  verilmiş alqoritmin təsvir olunma formasını müəyyən etmək; 

•  müxtəlif formalarda verilmiş alqoritmləri sözlərlə izah etmək

•  verilmiş sadə alqoritmi müxtəlif formalarda təsvir etmək.   



 

 

Əsas ANLAYIŞLAR   

Hərəkətlər ardıcıllığı, addım, plan, alqoritm 

 

 

Dərsin  TİPİ 

Deduktiv 

 

 

İstifadə olunan  



İŞ FORMALARI 

Cütlüklərlə iş, bütün siniflə iş 

 

İstifadə olunan  

ÜSULLAR 

Anlayışın çıxarılması, müsahibə, müzakirə 



 

Fənlərarası  

İNTEQRASİYA 

A-d. – 2.2.3, Riy. – 1.2.4, 1.2.5, 2.1.2, H-b. – 4.2.1, 4.2.4, Tex. – 1.2.3, 2.1.4, F-t. – 

1.2.1, 2.1.1, 2.1.3 

 

 

Təchizat 

“Oxlarla imla” kompyuter proqramı İNFO-KO 



 

 

Proqram təminatı 

Oyun tipli kompyuter proqramları 



 

 

57



 

Cədvəllə 

Sözlə 

Sxemlə 

Şəkillə

Alqoritmi  

necə təqdim etmək 

olar? 

 

İşarələrlə 

4.  


 

2-ci şagird isə evə qayıtmaq yolunu başqa cür seçə bilər. Məsələn,  

6→7→5→4→1 

Cütlərdəki şagirdlər dəftərlərini dəyişirlər və bir-birinin işləri ilə tanış olurlar. 

    

MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ 

Müəllim ixtiyari cütlüklərdən bir neçəsini qaldırır. Birinci şagird seçilmiş obyektə çatmaq alqoritmini, 

digəri isə həmin obyektdən evə qayıtmaq alqoritmini söyləyir. Müəllim suallar verə bilər: 

 Bu iki alqoritmin oxşar və fərqli cəhətləri hansılardır? 



 Bu alqoritmi başqa cür necə göstərmək olar?  



 Sözlə yazılmış alqoritmin üstünlüyü və çatışmazlığı nədədir? (Yolu sxemlə daha dəqiq izah etmək olur, 

sözlə yazılmış alqoritmi oxuyarkən bu dili bilmək lazımdır.) 

 İşarələrlə yazılmış alqoritmin müsbət və mənfi cəhətləri nədir? 



 Alqoritmi nə vaxt sözlə söyləmək, nə vaxt isə işarələrlə yazmaq daha yaxşıdır? 

Şagirdlərin cavabları dinlənilir. 

 

ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ 



 

Müəllim lövhədə aşağıdakı sxemi çəkir və şagirdlərin fəal iştirakı ilə onu doldurur. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Müəllim şagirdlərlə birlikdə bütün fikirləri ümumiləşdirərək aşağıdakı nəticələri çıxarır: 


 

58

 Alqoritm lazımi olan nəticəyə  gətirib çıxaran  hərəkətlər ardıcıllığıdır. Alqoritm kimi, çox hərəkətləri 

təqdim etmək olar. Eyni alqoritmi müxtəlif formada göstərmək olar: sözlə, işarələrlə, sxemlə,  şəkillərlə, 

cədvəllərlə. Alqoritmin hər təqdimolunma formasının öz müsbət və  mənfi cəhətləri var. Sözlə deyilmiş 

hərəkətlər ardıcıllığı, adətən, söhbətdə istifadə olunur. Alqoritmdə isə  hər bir addımı  dəqiq və birmənalı 

yazmaq lazımdır. Alqoritmi konkret və  dəqiq yazmaq üçün onun qrafik formasından istifadə olunur. 

Alqoritmlərin  ən rahat yazılma üsulu blok-sxemdir. Biz bu barədə növbəti dərsimizdə daha ətraflı 

danışacağıq. 

Müəllim dərsin əvvəlində irəli sürülən fərziyyələri xatırladır və onları şagirdlərin fəal iştirakı ilə qazanılmış 

biliklərlə müqayisə edir. 

 

YARADICI TƏTBİQETMƏ  

Şagirdlər İş dəftərindəki 2-ci çalışmanın yerinə yetirilməsi. 

Müəllim  şagirdlərlə birlikdə kompyuter otağında iş qaydalarını  təkrarlayır.  Şagirdlər kompyuterin 

qarşısında  əyləşirlər. Müəllim mövzuda nəzərdə tutulmuş bacarıqları reallaşdırmaq məqsədilə  şagirdləri 

öyrədici kompyuter proqramı olan İNFO-KO elektron vəsaitində “Xanalar üzrə inşa” və “Nümunəyə görə 

şəklin çəkilməsi” bölməsindəki tapşırıqları yerinə yetirməyi tapşırır.  



 

QİYMƏTLƏNDİRMƏ 

Müəllim  şagirdləri cütlüklərdə  işləmə bacarıqlarını qiymətləndirmək üçün aşağıdakı formalardan istifadə 

edə bilər. 

 

 



CÜTLÜKLƏRİN İŞİNİ QİYMƏTLƏNDİRMƏK ÜÇÜN MEYARLAR 

Cütlüklərdəki 

şagirdlərin 

adları  


Əməkdaşlıq Dinləmə 

Nizam-


intizam 

Çıxış edən 

yoldaşına edilən 

əlavə və düzəlişlər

İşin düzgün yerinə yeti-

rilməsi və tamlığı  

Ümumi 

nəticə 


Sevda 

Alpay 


 

 

 

 

 

 

Murad 


Könül 

 

 



 

 

 

 

 

Müəllim fərdi özünüqiymətləndirmə formasından da istifadə etməklə formativ qiymətləndirmə aparır.  



 

№ Meyarlar Yaxşı Orta  Zəif 

1 Sözlərlə verilmiş sadə hərəkətlər ardıcıllığını yerinə yetirə bilirəm 

 

 



 

İşarələrlə verilmiş sadə alqoritmi icra edirəm 



 

 

 



3 Müxtəlif formalarda verilmiş alqoritmləri sözlərlə izah edə bilirəm 

 

 



 

4 Verilmiş sadə alqoritmi müxtəlif formalarda təsvir edə bilirəm 

 

 

 



Ev tapşırığı.  İş dəftərindəki 3-cü çalışmanın yerinə yetirilməsi. 

  



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə