Microsoft Word girish-3 cap ucun 1-16

Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə22/40
tarix14.10.2017
ölçüsü1,07 Mb.
#4908
1   ...   18   19   20   21   22   23   24   25   ...   40

50

II qrup: Quşlar 

III qrup: Avtomobil  

IV qrup: İnsan 

MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ 

Hər qrupdan bir nəfər yerinə yetirdikləri tapşırığın nəticəsini təqdim edir. Məlumat mübadiləsi baş verir. 

Müəllim və digər şagirdlər işlərini təqdim edən qrupa müxtəlif suallar verə bilər. Məsələn:  

I qrup: 

 Niyə “Balıqların bəziləri suda üzür” mülahizəsi yalandır?  

 Nəyə görə “Balıqların hamısı yırtıcıdır” mülahizəsi yalandır? Hansı yırtıcı balıqları tanıyırsan? 

II qrup: 

 “Quşların hamısı uçurmu”? Hansı quşlar uçmur? (2-ci sinif dərsliyində  dəvəquşunun uça 

bilmədiyi barədə məlumat verilmişdi.) Mülahizəni necə dəyişmək lazımdır ki, o, doğru olsun? 

 Niyə “Quşların bəzisi üzür” mülahizəsi doğrudur? Onu yalan mülahizəyə necə çevirmək  olar? 

III qrup: 

 “Avtomobillərin heç biri uçmur” mülahizəsi doğrudurmu? Onu yalan mülahizəyə necə 

çevirmək olar? 

 “Avtomobillərin bəzisi benzinlə işləmir” mülahizəsi doğrudurmu? Niyə?  

 “Avtomobillərin bəzisi su ilə işləyir” mülahizəsini doğru mülahizəyə necə çevirmək olar?  

IV qrup: 

 “İnsanların hamısı kosmosa uçur” mülahizəsini elə dəyişin ki, o, doğru alınsın. 

 “İnsanların hamısının ürəyi var” mülahizəsini yalan mülahizəyə çevirin. 

DOĞRU MÜLAHİZƏLƏR 

Quşların hamısı   

______________________________________________________________ 

Quşların heç biri  

______________________________________________________________ 

Quşların bəzisi    

______________________________________________________________

YALAN MÜLAHİZƏLƏR 

Quşların hamısı  

_____________________________________________________________ 

Quşların heç biri  

_____________________________________________________________ 

Quşların bəzisi    

_____________________________________________________________

DOĞRU MÜLAHİZƏLƏR 

Avtomobillərin hamısı ______________________________________________________________ 

Avtomobillərin heç biri  ______________________________________________________________ 

Avtomobillərin bəzisi     ______________________________________________________________ 

İnsanların hamısı   

______________________________________________________________ 

İnsanların heç biri  

______________________________________________________________ 

İnsanların bəzisi     

51

ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ  

Müəllim şagirdlərlə birlikdə bütün fikirləri ümumiləşdirərək aşağıdakı nəticələri çıxarır:  

  İnsanlar öz fikirlərini söyləyərkən bəzən “hamısı”, “heç biri”, “bəzisi” sözlərindən istifadə edirlər. 

İnformatikada bu sözlər  kvantor sözlər adlanır. “Hamısı” və “heç biri” sözlərindən istifadə etməklə

söylənilən fikirlər qrupa daxil olan bütün obyektlərə aid edilir. “Bəzisi” sözlərindən istifadə etməklə, 

söylənilən fikirlər isə qrupa daxil olan bir qisim obyektlərə aid olur. Əgər mülahizədə “hamısı” sözündən 

istifadə olunubsa, onda “heç biri” sözü ilə onu əvəz etsək, mülahizənin qiyməti doğrudan yalana və ya 

əksinə dəyişər. 

Tədqiqat sualı ilə əlaqədar irəli sürülmüş fərziyyələr nəticələrlə müqayisə edilir. Bu proses şagirdlərin fəal 

iştirakı ilə həyata keçirilir.  

YARADICI TƏTBİQETMƏ  

Müəllim şagirdlərə söylədiyi mülahizələrin doğru və ya yalan olduğunu müəyyənləşdirməyi təklif edir.  

Müəllim mülahizələri söylədikcə, əyanilik üçün aşağıdakı dairələrin uyğun hissələrini nümayiş etdirə bilər.  

_____________________________________________________________________________________ 

Kvantor sözlər haqqında əlavə məlumat 

 Çoxluqlar nəzəriyyəsinə görə, A çoxluğunun “hamısı” onun özünə, “bəzisi” altçoxluğuna, “heç biri” isə A 

çoxluğunun inkarına uyğundur. 

Məntiqdə “hamısı”, “hər biri”, “heç biri” (bu sözlər mühakimənin bütün obyektlərə şamil edildiyini bildirir),  

“bəziləri”, “çoxu”, “ayrıca götürülmüş”(bu sözlər isə mühakimənin bir qisim obyektə aid edildiyini bildirir)  

sözləri kvantor sözlər adlanır. 

_____________________________________________________________________________________ 

Güllər 

Qırmızı            

               rəngli       

             obyektlər 

Güllərin hamısı qırmızı rəngdədir. 

Qırmızı rəngli obyektlərin bəzisi güllərdir. 

Güllərin heç biri qırmızı rəngdə deyil. 

Güllərin bəzisi qırmızı rəngdədir. 

Qırmızı rəngli obyektlərin hamısı güllərdir. 

Qırmızı rəngli obyektlərin heç biri gül deyil. 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   40

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə