Microsoft Word girish-3 cap ucun 1-16



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə2/40
tarix14.10.2017
ölçüsü1,07 Mb.
#4908
1   2   3   4   5   6   7   8   9   ...   40

 



 

praktik işlər üçün tapşırıqlar; 

 

istiqamətləndirici suallar; 



 

özünüqiymətləndirmə formaları; 



 

müəllimin valideyn üçün qeydləri



 

hər tədris vahidinin sonunda summativ (yekun) qiymətləndirmə vasitələri. 



 

İş dəftərində sual və çalışmalar sadədən mürəkkəbə doğru yerləşdirilmişdir. Şagirdlərin bütün çalışma-

ları yerinə yetirmələri vacib deyildir. Bunlar diferensial yanaşma  əsasında, çətinlik dərəcələrinə görə 

şagirdlər arasında bölüşdürülə bilər. 3-cü tədris vahidində verilmiş praktik tapşırıqlar əsasən, müəlli-

min nəzarəti ilə yerinə yetirilir. Ancaq bu çalışmaların əksəriyyətini kompyuter olmadan da yerinə ye-

tirmək mümkündür. 

İş dəftərində çalışmalar xarakterinə görə aşağıdakı kimi işarələnmişdir: 

 

 – Təlim nəticələri zəif olan şagirdlər üçün 



 – Təlim nəticələri orta olan şagirdlər üçün 

 – Təlim nəticələri yüksək olan şagirdlər üçün   

  

– 

İnteraktiv lövhədə yerinə yetirilə bilən çalışmalar (bu çalışmaların interaktiv lövhədə yerinə yeti-



rilməsi üçün onlar müəllim tərəfindən kompyuterə daxil edilməlidir) 

 – Tədqiqat işi üçün nəzərdə tutulan çalışmalar 

 

İş dəftərində ev tapşırıqlarını müəllim özü təyin edir. Ev tapşırıqlarının yoxlanılmasına dərsin vaxtını 



sərf etməmək məqsədilə müəllim belə bir üsuldan istifadə edə bilər: dərsin sonunda iş dəftərlərini yığır, 

ötən dərsdə evə verdiyi tapşırıqları yoxlayıb qiymətləndirmə formalarını doldurur, şagirdin nailiyyətlə-

ri, onun hansı fəaliyyətlərinə daha çox birgə səy göstərilməsi barədə valideynə məlumat yazır. Növbəti 

gün iş dəftərlərini uşaqlara qaytarır. 



 

 

İNFORMATİKA FƏNN KURİKULUMU 

 

Respublikamızda gedən böyük iqtisadi irəliləyiş və məqsədyönlü dövlət siyasəti nəticəsində respubli-



kamız son illər İKT-nin inkişaf sürətinə görə dünya ölkələri arasında lider dövlətlərdən birinə çevril-

mişdir. İnformasiya cəmiyyətinə doğru sürətlə getdiyimiz dövrdə informatika sahəsində bacarıqlara yi-

yələnməyin ictimai əhəmiyyəti getdikcə artır.  

Yaranmış yeni şərait məktəb informatika fənninin tədrisinə verilən tələbləri də  dəyişir. Bu səbəbdən 

şagirdlərdə informasiya ilə  işləmək mədəniyyətinin, onların analitik və sistemli düşüncə  tərzinin, in-

formasiya proseslərini anlama qabiliyyətlərinin, informasiya texnologiyalarından istifadə baca-

rıqlarının formalaşdırılması məktəb informatika kursunun əsas vəzifələrini təşkil edir.  

“Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)” çərçivə sənədi bu və-

zifələrin reallaşdırılması istiqamətində əsas bacarıq və vərdişlərin formalaşdırılmasını nəzərdə tutur.  

Müəlliflərin təqdim etdikləri dərslik strukturunun əsasını ibtidai siniflərdə informatikanın tədrisində şa-

girdlərin ilkin informasiya və kommunikasiya bacarıqlarına yiyələnmə prinsipi təşkil edir. Təlim mate-

rialları elmi məntiqə görə deyil, uşaqların maraqlarına, onların həyat və təbiətlərinə uyğun olaraq for-

malaşdırılmışdır. Uşaqlar o zaman həvəslə  fəaliyyət göstərirlər ki, onlar öz fəaliyyətlərinin nəticəsini 

görə bilsinlər.  İnformatika kursunun nəticə yönümlü olması da elə o deməkdir ki, şagirdin fəaliyyəti 

ideya, hipotez, şəkil, mətn və digər formalarda onun şəxsi təlim nəticələrinə çevrilir. Əldə olunmuş 

təlim nəticələrinin keyfiyyəti isə  şagirddə lazımi bacarıqların reallaşdırılması sürətini və onun 

irəliləyişlərini qiymətləndirməyə əsas verir.  



 

İbtidai siniflər üçün informasiya kursu aşağıdakı vəzifələrin həllini nəzərdə tutur.  



Şagirdlərdə: 

 



ətrafımızdakı informasiya axınında  şüurlu surətdə istiqamət götürmək və sistemli analiz etmək 

bacarıqlarını inkişaf etdirilməsi; 

 

informasiya mədəniyyətinin və ilkin kompyuter savadlılığının formalaşdırılması; 



 

alqoritmik təfəkkürün inkişafı  və alınmış informasiyanın öz fəaliyyətində  şəxsi biliyə çevirmək 



bacarığının reallaşdırılması;  

 



Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi və digər fənlərdə aldığı informasiya ilə praktik iş  vər-

dişlərinin formalaşdırılması;  

 

insan fəaliyyətinin müxtəlif sahələrində informasiya texnologiyalarından istifadə qanunauyğun-



luqlarını müəyyən etmək; 

 



sadə informasiya texnologiyalarından (telefon, televizor, maqnitofon və s.) istifadə etmək 

bacarıqlarının formalaşdırılması; 

 

öyrənilən obyekt və proseslərin informasiya modellərinin (sxem, cədvəl, xəritə  və s.) yaradılma 



təcrübəsinə yiyələnmək; 

 



sadə kompyuter proqramlarında ilkin iş bacarıqlarının formalaşdırılması; 

 



insanlar və maşınlarla informasiya mübadiləsi məqsədilə kommunikativ bacarıqların formalaşdı-

rılması. 

 

İbtidai siniflərdə informatikanın təqdim olunan tədris metodikası aşağıdakı prinsiplərə əsaslanır: 



Həyati  əhəmiyyətliliyi.  İbtidai siniflər üçün İnformatika fənni mövcud elmin müvafiq yaş 

kateqoriyasına uyğunlaşdırılmış versiyası deyil. Bu fənn  şagirdlərdə  ətrafımızdakı informasiyalardan 

yararlanmağı və İKT-dən düzgün istifadə bacarığını formalaşdırır.   

Şəxsiyyət yönümlülüyü. Dərslik və İş dəftərində verilmiş tapşırıqların böyük əksəriyyəti şagirdlərin real 

həyatda qarşılaşdıqları situasiyalarla birbaşa bağlıdır. Ona görə  də  şagirdin təlim fəaliyyəti onun 

özündən qaynaqlanır. Nəticədə şagird təlim materiallarını “özününküləşdirir”.  

Mövzunun “kəşf edilməsi”. İnformatikanın əsas anlayışlarının mənimsənilməsi və informasiya texnolo-

giyalarından istifadə  vərdişlərinin formalaşdırılması,  şagird tərəfindən təlim nəticəsi olaraq, müəyyən 

bacarıqların reallaşdırılması prosesi vasitəsilə  həyata keçirilir. Başqa sözlə,  şagird praktik fəaliyyət 

nəticəsində yeni bilik, bacarıq və  vərdişləri özü əldə edir. Bütün mövzularda müzakirə  və diskussiya 

üçün tədqiqat sualları, tədqiqat işi üçün materiallar, yaradıcı  tətbiqetməni nəzərdə tutan sual və 

çalışmalar verilir.  

Kurikulum çərçivə sənədinə əsasən İnformatika fənni

 

təliminin aşağıdakı məzmun xətləri müəyyənləş-



dirilmişdir: 

 

1.



 

İnformasiya və informasiya prosesləri     

2.

 

Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma 



3.

 

Kompyuter, informasiya və kommunikasiya texnologiyaları və sistemləri 



4.

 

Cəmiyyətin  informasiyalaşdırılması 



 

Bəzi xarici ölkələrin təcrübəsinə  əsasən,  İnformatikanın təlimi 1 və 4-cü məzmun xətləri birləşdirilə-

rək, üç əsas məzmun xətti üzrə müəyyənləşdirilir. Təqdim olunan dərslik komplektində də ibtidai sin-

fin xüsusiyyətlərini nəzərə alaraq, 1 və 4-cü məzmun xətləri üzrə  nəzərdə tutulmuş standartlar inteq-

rativ  şəkildə  tədris olunur. İnformatika fənninin məzmun standartları sinifdən sinfə  dəyişsə

 

də,



 

məz-


mun xətləri müəyyən mənada bütün siniflərdə  dəyişməz qalır. Lakin kurikulumun hazırlanması pro-


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə