Microsoft Word girish-3 cap ucun 1-16


Fərdi özünüqiymətləndirmə



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə7/40
tarix14.10.2017
ölçüsü1,07 Mb.
#4908
1   2   3   4   5   6   7   8   9   10   ...   40

15 

 

Fərdi özünüqiymətləndirmə.  Şagirdlərin təlim prosesindən daha çox faydalanmalarında müəllimin 

düzgün istiqamətdə kömək göstərməsi üçün onlar İş  dəftərində  hər bir mövzunun sonunda verilmiş 

özünüqiymətləndirmə formalarını doldurmalıdırlar. Müəllim müəyyən meyarlar əsasında formativ 

qiymətləndirmə məqsədilə müxtəlif özünüqiymətləndirmə formalarını da tərtib edə bilər. 

 

Müşahidəyə görə qiymətləndirmə.  Bununla yanaşı, müəllim öz müşahidəsinə  əsasən də  dərsin 

məqsədlərinə uyğun meyarlarla formativ qiymətləndirmə apara bilər. Məsələn, şəklin fraqmenti ilə iş 

mövzusunda şagirdin doldurması üçün müəllim aşağıdakı cədvəli formalaşdıra bilər:  

 

№ 



Meyarlar Yaxşı   Orta  

Zəif  


1  Seçdirmə alətini tanıyır 

 

 



 

Şəklin fraqmentini  seçdirə bilir 



 

 

 



Şəklin fraqmentinin yerini dəyişə bilir 

 

 

 



Şəklin fraqmentini silə bilir 

 

 

 



Şəklin fraqmentini çoxalda bilir 

 

 

 



 

Müşahidəyə görə bütün sinif üzrə formativ qiymətləndirmə aparmaq üçün belə cədvəldən istifadə  

etmək olar: 

 

 



Şagirdin A.S.A. 

Meyar-1 


Meyar-2 

Meyar-3 


Meyar-4 

Meyar-5 


Cəmi Nəticə Müəllimin qeydi 

1 Məmmədli Azər 2 





13 


Yaxşı 

 

2 Ağazadə Orxan 





10 



Orta 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Burada, 1, 2, 3 qiymətləri meyarlar üzrə uyğun olaraq zəif, orta və yaxşı  nəticələri göstərir. Ümumi 

qiyməti çıxarmaq üçün isə intervaldan istifadə etmək daha məqsədəuyğundur: məsələn, 5–8 arası 

“Zəif”, 9–11 arası “Orta”,  12–15 arası isə “Yaxşı”. 

 

Qrup diskussiyaları üçün özünüqiymətləndirmə.  Şagirdlər qruplar şəklində  işləyərkən dərsin 

sonunda müəllim tərəfindən onlara öz işlərini qiymətləndirmək üçün vaxt verilir. Müəllim  şagirdlərə 

bunun üçün müəyyən istiqamətlər də verə bilər. Şagirdlər qrup daxilində öz işlərini qiymətləndirdikdən 

sonra qrup işinin səmərəsini necə artırmaq barədə müəllimlə müzakirə apara bilərlər. 

 

Meyarlar Həmişə Adətən Bəzən Heç 



vaxt 

Diskussiyaya başlamazdan əvvəl biz tapşırığı dəqiqləşdiririk  

 

 

 



Biz verilmiş tapşırıqdan yayınmırıq  

 

 



 

Müzakirədə hamı iştirak edir 

 

 

 



 

Cavab verməzdən əvvəl həmsöhbətimizi dinləyirik  

 

 

 



Hansısa nəticəyə gəlməzdən əvvəl müəyyən mülahizələr 

söyləyirik 

 

 

 



 

Diskussiyanın sonunda vahid rəyə gəlirik  

 

 

 



Birimiz söylənilən bütün yaxşı fikirləri qeydə alır  

 

 



 

 

Qrup və cütlərin fəaliyyətinin qiymətləndirilməsi. Şagirdləri qiymətləndirmək üçün müəllim özü də 

şagirdlərlə birlikdə meyarlar üzrə qrup qiymətləndirməsini həyata keçirə bilər. Qrupların fəaliyyəti 

müvafiq meyarlarla qiymətləndirilir. Qiymətləndirmə ballarını ulduzlardan, müxtəlif işarələrdən, 




16 

 

simvollardan (smayliklərdən) istifadə etməklə göstərmək olar. Nəticədə isə hər qrupun topladığı ulduz, 



simvol (smayliklər) sayılır.  

 

Qrupun 



№-si 

Əməkdaşlıq Dinləmə Nizam-

intizam 

Çıxış edən qrupun 

təqdimatına edilən 

əlavə və düzəlişlər 

İşin düzgün yerinə 

yetirilməsi və   

tamamlanması 

Ümumi nəticə

     I 

 

 



 

 

 



 

     II 


 

 

 



 

 

 



    III 

 

 



 

 

 



 

    IV 


 

 

 



 

 

 



 

Şagirdləri cütlərə ayırdıqdan sonra onların işini qiymətləndirmək üçün cədvəl təqdim edilir (vaxt məh-

dudiyyəti olduqda müəllim bir neçə cütlüyü dinləyir, qalanların iş  vərəqlərini yığıb sonra 

qiymətləndirir).   

 

 

CÜTLÜKLƏRİN İŞLƏRİNİ QİYMƏTLƏNDİRMƏK ÜÇÜN MEYARLAR 



Cütdə işləyən 

şagirdlərin adı 

Əməkdaşlıq Dinləmə

Nizam-


intizam 

Tapmacanın 

düzgünlüyü

Tapmacanın 

çətinliyi 

İşin 


tamlığı 

Ümumi 


nəticə 

Anar və Lalə 

 

 

 



 

 

 



 

Alpay və Nigar   

 

 

 



 

 

 



 

Toplum halında qiymətləndirmə.  Toplum halında qiymətləndirmə  şagirdlərin bilik və bacarıqlarını 

ən obyektiv şəkildə qiymətləndirməyə imkan verir. Lakin bu üsul digər qiymətləndirmə formalarına 

nisbətən mürəkkəb olduğu üçün daha çox səy tələb edir. 

Bunun üçün hər bir şagird üçün bir qovluq ayrılır. Qiymətləndiriləcək işlər müəllim və ya şagirdin özü 

tərəfindən bu qovluğun içinə  yığılır. Müəllim və  şagirdlər qiymətləndiriləcək materialları müəyyən 

etdikdən sonra, şagirdlərin qoyulmuş məqsədə çatma səviyyəsini müəyyən etmək  üçün bu materiallar 

üzrə qiymətləndirmə meyarları barədə razılığa gəlirlər. Bu materiallar dərsin mövzuları üzrə çalışma və 

tapşırıqlardan, müxtəlif testlərdən, layihələrdən, tədqiqat işlərindən, ev tapşırıqlarından, özünüqiymət-

ləndirmə formalarından, dərsdənkənar praktik tapşırıqlardan və s. ibarət ola bilər.   

 

Summativ qiymətləndirmə vasitələri.  Bütün tədris vahidlərinin sonunda summativ qiymətləndirmə 

testləri nəzərdə tutulmuşdur. Bunların bir hissəsi dərslikdə, bir hissəsi isə İş dəftərində verilmişdir. 3-

cü tədris vahidindən fərqli olaraq, 1-ci və 2-ci tədris vahidləri üzrə qiymətləndirmə vasitələri hər 

vahidin sonunda verilmişdir. Kompyuterdə  iş bacarıqlarını qiymətləndirmək məqsədilə 3-cü tədris 

vahidi üzrə 2 summativ qiymətləndirmə nəzərdə tutulmuşdur. Bunlardan 1-ci Paint proqramında, 2-cisi 

isə WordPad proqramında iş bacarıqlarının qiymətləndirilməsi üçündür. Dərslikdə,  əsasən, sual və 

çalışmalar, İş dəftərində isə praktik bacarıqların inkişafı üzrə tapşırıqlar verilmişdir.  



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə