Microsoft Word girish-3 cap ucun 1-16



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə9/40
tarix14.10.2017
ölçüsü1,07 Mb.
#4908
1   ...   5   6   7   8   9   10   11   12   ...   40

 

20

Dərs 



2

 / Mövzu:

 TƏBİƏTDƏ İNFORMASİYA 

 

MOTİVASİYA 

Müəllim lövhədə belə bir sxem çəkir

Müəllim: 

– 

Bu sxemi necə başa düşürsünüz?  



İnformasiya ilə sxemdəki anlayışların hansı əlaqələri var?  

Sxemdə olan oxlar nəyi göstərir?  

Bəs oxların istiqamətləri nəyi göstərir? 

(Sxemdəki oxlar informasiyaların ötürülmə  

istiqamətini göstərir.) 

Müəllim sxemlə bağlı izahat verdikdən sonra: 

– 

Təbiətdə olan canlılar informasiyanı  



necə əldə edirlər? 

Şagirdlərin fikirləri dinlənilir. 

Lövhədə tədqiqat sualı və şagirdlərin fərziyyələri yazılır. 

 

Tədqiqat sualı: 



Təbiətdəki informasiyalardan insanlar necə istifadə edə bilərlər? 

 

TƏDQİQATIN APARILMASI 

Müəllim dərslikdən istifadə edərək,  şagirdlərin fəal iştirakı ilə yeni informasiyanı  şərh edir. Şagirdlər 4 

qrupa bölünür və hər qrupa müxtəlif şəkillər paylanılır.   

 

I qrup.İnsanlar təbiətdəki bu obyektlərdən istifadə edərək, özləri üçün hansı obyektləri yaratmışlar? On-

ların şəklini çəkin. 

 

  



  

 

 



II qrup. İnsanlar təbiətdəki bu obyektlərdən istifadə edərək, özləri üçün hansı obyektləri yaratmışlar? 

Onların şəklini çəkin. 



DƏRSİN MƏQSƏDİ 

•  təbiət və cəmiyyətdəki informasiyaların oxşar və fərqli cəhətlərini izah etmək; 

•  təbiət və cəmiyyətdəki informasiyaların qarşılıqlı əlaqəsini izah etmək; 

•  insanın təbiətdən aldığı informasiyalardan faydalanmasına dair nümunələr göstərmək. 



 

 

Əsas ANLAYIŞLAR   

Təbiətdə informasiya, cəmiyyətdə informasiya 

 

 

Dərsin TİPİ 

Deduktiv 

 

 

İstifadə olunan  



İŞ FORMALARI 

Bütün siniflə iş, qruplarla iş 

 

İstifadə olunan  

ÜSULLAR 

Şaxələndirmə, diskussiya, oyun  



 

Fənlərarası  

İNTEQRASİYA 

A-d. – 1.2.1, Riy. – 5.1.1, H-b. – 1.1.1, 1.1.2, 1.3.3, 4.2.2,  

X-d. – 2.2.1, Tex. – 3.1.2, Mus. – 2.1.2 

 

 

Təchizat 

Rəngli karandaşlar, əvvəlcədən hazırlanmış şəkillər (4 ədəd) 

İNSANLAR 

BİTKİLƏR 

HEYVANLAR  

TƏBİƏTDƏ OLAN 

İNFORMASİYALAR



 

 

21



  

  

 

 



III qrup. İnsanlar təbiətdəki bu obyektlərdən istifadə edərək, özləri üçün hansı obyektləri yaratmışlar? 

Onların şəklini çəkin.

 

 

  

  

 

IV qrup. İnsanlar təbiətdəki bu obyektlərdən istifadə edərək, özləri üçün hansı obyektləri yaratmışlar? 

Onların şəklini çəkin. 



  

  

 

 

MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ 

Hər qrupdan bir nəfər qrupun işini təqdim edir. Məlumat mübadiləsi aparılır. Müəllim suallar verir:  



I qrup üçün: 

Təyyarənin hansı hissələri qartala bənzəyir? İnsan daha nəyə baxarkən öz əksini görür?  

Körpülər insanlara nə üçün lazımdır?  

II qrup üçün:   İnsanlar evləri nə üçün tikirlər? Saat insanlara nə üçün lazımdır? İnsanlar çətirdən hansı  

məqsədlə istifadə edirlər?  



III qrup

 

üçün:  At  və avtomobilin hansı oxşar və  fərqli cəhətləri var? İnsanlar qayıqları  nə üçün 

düzəltmişlər?  Günəşlə lampanın fərqi nədir? 



IV qrup üçün:   Qədim insanlar stul kimi nədən istifadə edirdilər? Timsahla sualtı qayığın hansı oxşar və 

fərqli cəhətləri var? Helikopterin xarici görünüşündə cırcıramaya bənzərlik varmı? 



 

 

ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ  

Müəllim: 

 İnsanlar təbiətdən təcrid olunmuş halda, təbiətdən ayrı yaşaya bilərmi? İnsanlar öz qidalarını, 



bir şey tikmək və yaratmaq üçün istifadə etdikləri xammalı haradan əldə edirlər?  

– 

Şagirdlərin cavabları dinlənilir.  



 Təkcə insanlar yox, təbiətdə olan heyvan və bitkilər də informasiya alır.  

Şagirdlər sual verə bilər: 

– 

Bitkilər də? Misallarla cavab vermək olar: 



 Məsələn, bitkilərin də duyğu üzv-

ləri 



 reseptorları var. Bitkilər günəşi, işığı hiss edərkən öz yarpaqlarını ona tərəf yönəldir. Onların kökləri 



isə suya doğru uzanır. Heyvan və bitkilər informasiyanı müəyyən siqnallar vasitəsilə alır.  İnsan yaranan 

gündən təbiətlə  sıx  əlaqədədir. O, təbiətdən yalnız xammal deyil, həmçinin informasiya da alır.  İnsan 

təbiətdən hansı informasiyalar alır və onlardan necə istifadə edir? 

Şagirdlərin cavabları dinlənilir.  

Müəllim şagirdlərin iştirakı ilə ümumiləşdirmə aparır.  



 

22

 



 Təbiətdən informasiya alan insanlar onlardan öz məqsədləri üçün istifadə etməyə, faydalanmağa çalışır-

lar. Buludları, göy üzünün rəngini, bitki və heyvanları müşahidə etməklə yağış yağıb-yağmayacağını, soyuq 

və ya isti olacağını əvvəlcədən bilmək olur. İnsanlar texniki cihazların köməyi ilə də təbiətdən informasiya 

ala bilirlər. Məsələn, gözlə görünməyən çox kiçik obyektləri öyrənmək üçün mikroskopdan, uzaq məsafədə 

yerləşən obyektləri görmək üçün isə binokldan istifadə edilir.  

Müəllim dərsin əvvəlində irəli sürülən fərziyyələri xatırladır və onları şagirdlərin fəal iştirakı ilə qazanılmış 

biliklərlə müqayisə edir. 



 

YARADICI TƏTBİQETMƏ  

Müəllim lövhədə  çəkdiyi cədvəli doldurmağı  şagirdlərə  təklif edir. Bu mərhələdə  cədvəlin hər sətrini 

doldurmaq üçün bir şagird lövhəyə çağırıla bilər.  

Kim, nə Kimdən, nədən Hansı informasiyanı   qəbul edir 

Necə qəbul edir 

İnsan Cansız təbiətdən 

Şəlalə şırıltısı 

Eşitməklə 

Bitki Cansız təbiətdən  

 

Heyvan Heyvandan 



 

 

Heyvan Bitkilərdən  



 

İnsan Heyvandan   

 

İnsan Bitkidən  



 

Heyvan 


İnsandan  

 

Şagirdlər fərqli variantlar söyləsələr, onları da əlavə etmək olar. Məsələn,  şəlaləni görməklə  də ondan 



informasiya almaq olar.  

İş dəftərindəki 1–3-cü çalışmaların yerinə yetirilməsi.  



 

QİYMƏTLƏNDİRMƏ 

Müəllim  metodik vəsaitin  əvvəlində verilmiş formalardan biri ilə, yaxud özünün tərtib etdiyi digər me-

yarlar cədvəlinə əsasən qrupları qiymətləndirə bilər.  

Müəllim müşahidəyə əsasən aşağıdakı meyarlar üzrə formativ qiymətləndirmə apara bilər. 



 

№ Meyarlar Yaxşı Orta Zəif 

Təbiətdə və insanlar arasında informasiyaların fərqli və oxşar xüsusiyyətlərini izah 



edə bilir 

 

 



 

İnsanların təbiətdəki informasiyalardan faydalanmalarına dair misallar göstərə bilir   



 

 

3 Təbiətdə və insanlar arasında informasiyaların əlaqəsini izah edə bilir 



 

 

 



Təbiətdə  və insanlar arasında informasiya mənbələri və qəbuledicilərini müəyyən 

edə bilir 

 

 



 

Təbiətdə və cəmiyyətdəki obyektlər arasında informasiyanın ötürülməsini izah edə 



bilir 

 

 



 

Ev tapşırığı. İş dəftərindəki 4 və 5-ci çalışmaların yerinə yetirilməsi. 

 

 




Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə