Microsoft Word girish-3 cap ucun 1-16



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə10/40
tarix14.10.2017
ölçüsü1,07 Mb.
#4908
1   ...   6   7   8   9   10   11   12   13   ...   40

 

 

23



Dərs 

3

 / Mövzu:



 İNFORMASİYA İLƏ NƏ ETMƏK OLAR 

 

MOTİVASİYA 

Müəllim  şagirdlərə müraciət edir: 

  İnformasiya ilə 



bağlı insanın fəaliyyəti çoxcəhətlidir. Sizcə, bu 

fəaliyyətə  nələr daxildir? Biz informasiya ilə  nə edə 

bilərik?  Şagirdlər  əməliyyatların adını dedikcə, müəl-

lim onları lövhədə ayrı-ayrı dairələrin içində yazır. O, 

özü də bəzi əməliyyatları artıra bilər. Müəllim lövhədə 

sxem çəkir və sual işarəsinin yerinə  nə yazmağın 

mümkün olduğunu soruşur.  Şagirdlərin fərziyyələri 

dinlənilir. Fərziyyələr isə müxtəlif ola bilər: infor-

masiya ilə  iş, informasiya üzərində  əməliyyatlar. 

Müəllim  şagirdlərin fərziyyələrini dinlədikdən sonra 

sual işarəsini pozaraq, “İnformasiya ilə görülən işlər və 

ya İnformasiya prosesləri” sözlərini yazır. “İnformasiya 

prosesləri” anlayışı  şagirdlər üçün müəyyən çətinlik 

yarada bildiyindən dairənin içində bu anlayışı tək yox, 

əvvəlki cümlədə qeyd olunan şəkildə yazılması daha 

məqsədəuyğundur. Lövhədə  tədqiqat sualı  və 

şagirdlərin fərziyyələri yazılır. 

 

Tədqiqat sualı: 

İnformasiya ilə bağlı əməliyyatlar nə üçün lazımdır? 

 

TƏDQİQATIN APARILMASI 

Müəllim dərslikdən istifadə edərək, şagirdlərin fəal iştirakı ilə yeni informasiyanı şərh edir. 

Müəllim şagirdləri 4

5 qrupa bölür. Hər qrupa bir tapşırıq verilir.  



 

I qrup. Riyaziyyat dərsliyindən hesablamaya aid sadə bir misal verilir. Bu misalın kitabdan seçilməsi daha 

məqsədəuyğundur. Ona görə də kitabın səhifəsi və tapşırığın nömrəsi dəqiq göstərilir.  



II qrup.   Sinfin şəklini çəkin. 

III qrup. Boş çərçivələri doldurun. 

DƏRSİN MƏQSƏDİ 

•  informasiyanın qəbul edilməsi, ötürülməsi və saxlanmasını nümunələrlə izah etmək

•  informasiya ilə aparılan əməliyyatları müəyyən etmək; 

•  “informasiya prosesləri” anlayışını sadə misallarla izah etmək; 

•  təbiətdə, cəmiyyətdə və texnikada baş verən informasiya proseslərinə aid misallar 

göstərmək; 

•  təbiətdə və cəmiyyətdə baş verən informasiya proseslərinin qarşılıqlı əlaqəsini 

nümunələrlə izah etmək. 



 

 

Əsas ANLAYIŞLAR   

İnformasiyanın qəbulu, informasiyanın təqdim olunması, informasiyanın saxlanması, 

informasiyanın emalı, informasiyanın ötürülməsi, informasiya mübadiləsi, informasiya 

prosesləri 

 

 

Dərsin  TİPİ 

Deduktiv 

 

 

İstifadə olunan  



İŞ FORMALARI 

Qruplarla iş, fərdi iş 

 

İstifadə olunan  

ÜSULLAR 

Anlayışın çıxarılması, mini mühazirə, müzakirə  



 

Fənlərarası  

İNTEQRASİYA 

A-d. – 1.2.1, Riy. – 5.1.1, 5.1.3,  H-b. – 1.1.1, 1.1.2, 1.3.3, X-d. – 2.2.1 



 

 

Təchizat 

İş vərəqləri,  rəngli kvadratlar (qırmızı, göy, sarı, yaşıl), təmiz vərəqlər 



İnformasiyanın 

qәbulu 

İnformasiyanın 

saxlanılması 

İnformasiyanın

emalı 

İnformasiyanın

ötürülmәsi 

İnformasiyanın 

kodlaşdırılması 

Surәtinin 

çıxarılması 

Silinmәsi, 

lәğv edilmәsi 

İnformasiyanın 

toplanması 

İnformasiyanın 

axtarılması 




 

24

 



 

IV qrup. Sinfin pəncərəsindən gördüyünüz mənzərə barədə bir-iki cümlə yazın. 

Tapşırığı yerinə yetirdikdən sonra qrupların hər biri aşağıdakı suallara cavab yazır.  

 

 

MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ 

Hər qrupdan bir nümayəndə yerinə yetirdikləri tapşırıq və suallara yazdıqları cavab barədə məlumat verir. 

Müəllim qruplara aşağıdakı məzmunda suallar verə bilər: 

I qrup üçün: 

 Bu hesablamanı daha nəyin vasitəsilə aparmaq olar? (kalkulyatorun, kompyuterin) Nəticəni 



daha harada saxlamaq olardı? Yaddaşda saxlamaq olardımı? Saxladığınız informasiyanı başqasına necə 

çatdırmaq olar? 



II qrup üçün: 

 Daha nəyin  şəklini çəkə bilərdiniz? (binanın, heyvanların, yerin və s.) Bu zaman 



informasiya mənbəyi nə olacaqdır? Sinfi daha necə təsvir etmək olar? (fotoaparatla şəkli çəkmək, yazı ilə 

təsvir etmək, sözlə söyləmək və s.) Bu zaman informasiyanı necə saxlamaq olar? (uyğun olaraq fotoşəkildə, 

dəftərdə, yaddaşda)

 

III qrup üçün: 

  İlkin informasiya nədir? (fiqurlar, rənglər və sxem) İnformasiyanı necə emal etdiniz? 



(qaydanı müəyyən edib boş çərçivələri çəkdik) Şəkli belə dəyişsək, nəticə necə alınar? 

 

- Alınmış nəticəni başqasına necə ötürmək olar? (şəkillə, “göy kvadrat”, 



“qırmızı üçbucaq” sözlərini söyləməklə) 

IV qrup üçün: 

  İlkin informasiya nədir? Gördüyünüz  informasiyanı 



necə emal etdiniz? Pəncərədən görünən mənzərədə daha nələrin olmasını 

istərdiniz? Bu informasiyanı başqa cür necə emal etmək olardı? (əl və ya 

fotoaparatla şəklini çəkməklə, sözlərlə söyləmək və s.)  

 

ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ  

Müəllim sinfə müraciət edir: 

 “Proses” sözünü harada eşitmişsiniz?  



Şagirdlərin fikrini dinləyən müəllim onların fəal iştirakı ilə ümumi-

ləşdirmə aparır:  

  Ağacın böyüməsi, avtomobilin təmiri, binanın tikilməsi, xörəyin 



bişirilməsi, suyun qaynaması müəyyən zaman ərzində baş verir. Deməli, proses işin (hadisənin) başlanması, 

davam etməsi kimi başa düşülməlidir.  İşin başa çatması, hadisənin tamamlanması isə prosesin bitməsi 

deməkdir.  

Sonra müəllim aşağıdakı suallarla şagirdlərə müraciət edir:  

 Biz informasiya haqqında nələri öyrəndik? İnformasiya ilə bağlı fəaliyyətə nələr daxildir? İnformasiya ilə 



1. İnformasiyanın mənbəyi  nədir? ___________________________________________ 

2. Hansı informasiyanı  aldınız?  

___________________________________________ 

3. Onu necə dəyişdirdiniz?   ___________________________________________ 

4. İnformasiyanı harada saxladınız? ___________________________________________ 

 

5. İnformasiyanı necə çatdırdınız?  



___________________________________________  

RƏNGLİ  FİQURLAR 

 

 



RƏNGLİ  FİQURLAR 

 

 




Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə