Microsoft Word girish-3 cap ucun 1-16



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə18/40
tarix14.10.2017
ölçüsü1,07 Mb.
#4908
1   ...   14   15   16   17   18   19   20   21   ...   40

 

 

41



  Nə üçün kompyuter musiqi və  ədəbi  əsərlər yarada bilmir? (kompyuter yalnız insanın tərtib etdiyi 

proqramlar əsasında işləyir) 

 

ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ  

Müəllim aşağıdakı suallarla sinfə müraciət edir: 

 İnsan hansı qurğular vasitəsilə informasiya toplaya bilər? 



 Kompyuter bu qurğulardan nə ilə  fərqlənir?  

 Kompyuterin qurğularının çox olmasına səbəb nədir?         



 Hansı qurğular olmasa, kompyuter işləyə bilməz? Nə üçün?   

Müəllim tədqiqat suallarını yenə təkrarlayır:  1. Kompyuter informasiya ilə necə işləyir? 2. Kompyuterlə 

insan arasında oxşar və fərqli cəhətlər hansılardır? 

Şagirdlərin fəal iştirakı ilə ümumiləşdirmə aparan müəllim aşağıdakı  nəticələri çıxarır: 

  İnsan  



informasiyanı duyğu üzvləri vasitəsilə  ətraf mühitdən alır, onu beynində saxlayır, emal edir, başqalarına 

ötürür. Kompyuter də informasiyanı (dad, daktil və qoxu informasiyalarından başqa) giriş qurğuları 

vasitəsilə alır. Bu qurğulara klaviatura, skaner, mikrofon daxildir. Kompyuter informasiyanı yaddaş 

qurğularında saxlayır, prosessor vasitəsilə emal edir və  çıxış qurğuları vasitəsilə insanlara çatdırır. Çıxış 

qurğularına monitor, printer, səsucaldanlar aiddir.  

İnformasiyanın proseslərinə görə insanın fəaliyyəti ilə kompyuterin fəaliyyəti arasında həm oxşar, həm də 

fərqli cəhətlər var.  

Həm insan, həm də kompyuter informasiya ilə  işləyir, onu qəbul edir, saxlayır, emal edir və ötürür. Bu, 

oxşar cəhətlərdir. Fərqli cəhət odur ki, insan canlıdır və onun duyğu üzvləri var. Bu üzvlər vasitəsilə o

obyektlərin dadını, qoxusunu, onların hamar və ya kələ-kötür, yumşaq və ya sərt, küt və ya iti olmasını da 

öyrənə bilir. Kompyuter süni obyektdir, onun duyğu üzvləri yoxdur,  onu insan yaradıb və o, insan 

tərəfindən idarə olunur. Kompyuter insanların yaratdıqları  proqramlar əsasında işləyir. 

Tədqiqat sualı ilə əlaqədar irəli sürülmüş fərziyyələr nəticələrlə müqayisə edilir. Bu proses şagirdlərin fəal 

iştirakı ilə həyata keçirilir.  

 

YARADICI  TƏTBİQETMƏ  

Müəllim ayrıca vərəqdə əks etdirilmiş krossvordu şagirdlərə təqdim edir. 

 

 

 



 

 

6  



 

 

 



 

 

 



     

         

1   

     


         

 

2      



         

3   


     

         

4   

               



 

5                

 

 

 



 

         

 

 

 



 

         

 

 

     



         

 

 



     

         

 

İş dəftərindəki 1–3-cü çalışmaların yerinə yetirilməsi. 



Üfüqi:    1. Mətn və ədədi  informasiyanı daxil edən qurğu.  2. Qrafik informasiyanı daxil edən qurğu.  3. İnforma-

siyanı ekranda əks etdirən qurğu.  4. İnformasiyanı emal edən qurğu.  5. Səs informasiyasını kompyuterə daxil edən 

qurğu. 

 

Şaquli:  1.  İnformasiyanı qəbul edən, saxlayan, ötürən, emal edən qurğu. 6. Mətn və qrafik informasiyanı kağıza    



çıxaran qurğu. 


 

42

 QİYMƏTLƏNDİRMƏ 

Müəllim metodik vəsaitin əvvəlində verilmiş formalardan biri ilə, yaxud özünün tərtib etdiyi digər meyarlar 

cədvəlinə əsasən qrupları qiymətləndirə bilər.  

Müəllim müşahidəyə əsasən aşağıdakı meyarlar üzrə formativ qiymətləndirmə apara bilər. 

 

 

№ Meyarlar  Yaxşı Orta Zəif 

1 Kompyuterin 

əsas qurğularını tanıyır 

 

 

 



2 Kompyuterin 

qurğularının adlarını vacibliyinə görə sadalaya bilir 

 

 

 



3 Kompyuterin 

əsas qurğularının vəzifələrini izah edə bilir 

 

 

 



Kompyuterin qurğularını onların informasiya prosesindəki roluna 

görə qruplaşdıra bilir 

 

 



 

İnsanla kompyuteri informasiya ilə iş prinsiplərinə görə müqayisə 



edə bilir. 

 

 



 

Ev tapşırığı. İş dəftərindəki 4 və 5-ci çalışmaların yerinə yetirilməsi.

 


 

 

ALT STANDARTLAR ÜZRƏ  



REALLAŞDIRILACAQ BACARIQLAR 

 

TƏDRİS VAHİDİ –



2

ALQORİTM 

1.2.1. Obyektlər qrupundakı əşyaların ümumi əlamətlərini müəyyən edir. 

1.2.2. Oxşar obyektlər qrupundakı əşyaların ümumi əlamətlərini izah 

edir. 


1.2.3. Qrupdakı  obyektlərin  əlamətlərini  kəmiyyət baxımından 

müəyyən edir. 

1.2.4. Qrupdakı  obyektlərin əlamətlərini keyfiyyət  baxımından izah 

edir. 


 3.2.5. Kompyuterdə sadə öyrədici tipli proqramlarla işləyir. 

 

2.1.1. Hərəkəti,  hərəkətlər ardıcıllığını söz və işarələrlə təsvir etməyin 



mümkünlüyünü izah edir. 

2.1.2. Söz , işarə və sadə sxemlərlə təsvir edilmiş hərəkətlər fəaliyyətini 

təqdim edir.  

2.1.3. Sadə hərəkət və sadə sxemlərlə təsvir edilmiş hərəkət fəaliyyətini 

(xətti və dövri) icra edir. 

2.2.1. “Hamısı”, “heç biri”, “bəzisi” sözləri daxil olan mülahizələr 

söyləyir.  

2.2.2.  Məqsədəuyğun yolu müəyyənləşdirmək üçün müxtəlif variantlar 

seçir. 

2.2.3.  Verilmiş informasiyaya görə obyekti təsvir edir.



 

TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ 

SAATLARIN MİQDARI: 

9 saat 

 

QİYMƏTLƏNDİRMƏ:



1 saat


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə