Microsoft Word girish-3 cap ucun 1-16



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə16/40
tarix14.10.2017
ölçüsü1,07 Mb.
#4908
1   ...   12   13   14   15   16   17   18   19   ...   40

 

 

37



IV qrup.  Tapşırığı yerinə yetirin və aşağıdakı cədvəli doldurun. 

 

a) Şəkli rəngləyin.   

 

b) Verilmiş sözdə bir hərfi 



dəyişməklə yeni söz düzəldin: 

GÖZ  

c)  İki kibrit çöpünün yerini elə 

dəyişin ki, bayraq alınsın. 

  

 



 

 

Tapşırıq Qəbul olunan informasiya 

Nəticə 

Şəkli rənglə 

Rənglənməmiş şəkil Rənglənmiş şəkil 

Yeni söz düzəlt    

Kibrit (kibritlərin) çöpünün yerini dəyiş 

 

 



 

MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ 

Hər qrupdan bir nümayəndə icra etdikləri işlərin nəticələri barədə məlumat verir.  

Müəllim müəyyən suallar verə bilər:  İnformasiyanı necə  dəyişdirdiniz? (hər bir tapşırığa uyğun cavab 

verilir) 

 Şəkli daha necə dəyişmək olardı? (şəkli böyütmək, əlavələr etmək) 



 Qəbul olunan informasiya 

nəticəyə necə çevrildi? (o dəyişdirildi) 

Hər bir qrupa verilmiş 2-ci tapşırıq üçün belə sual verilə bilər: 

 Bu sözdən daha hansı söz düzəltmək olar? 



1-ci qrup. AYI (Mümkün cavablar: arı, acı, ay və s.) 

2-ci qrup.  BEL (Mümkün cavablar: bal, beş, yel, tel, bez və s. ) 

3-cü qrup. CAN (Mümkün cavablar: cin, cam, qan, xan, caz, şan, dan və s.) 

4-cü qrup. GÖZ  (Mümkün cavablar: köz, döz, gəz, göl və s. ) 



 

ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ  

Müəllim: 

 İnformasiya nə üçün dəyişdirilir? (hər hansı bir məqsədə çatmaq üçün)  



 İnformasiya hansı baxımdan dəyişdirilə bilər? (təqdimetmə formasına, məzmununa və miqdarına görə). 

Müəllim şagirdlərlə birlikdə bütün fikirləri ümumiləşdirərək aşağıdakı nəticələri çıxarır: 

  Qədimdə deyirdilər ki, insan duyğu üzvləri ilə öyrənir, öyrəndiklərini isə  ağlı ilə  dərk edir. Dərsin 



əvvəlindəki atalar sözündə qulaqdan girən informasiya “GİRİŞ  İNFORMASİYASI”, çıxan isə “ÇIXIŞ 

İNFORMASİYASI” adlanır. Ümumi adlarla desək, qəbul olunan informasiya giriş, ötürülən informasiya 

isə  çıxış informasiyası adlanır. Giriş informasiyası insan və ya hər hansı qurğu vasitəsilə  dəyişdirilərək, 

yəni emal olunaraq çıxış informasiyasına çevrilir. Müəllim bunu sxematik də göstərə bilər: 

 

 

 

Hər hansı bir obyektin emal olunması dedikdə onun formaca, məzmunca dəyişdirilməsi başa düşülür. Siz 

yəqin ki, “emalatxana” sözünü eşitmisiniz. Bu söz də “emal” sözündən götürülmüşdür.   

Deməli, informasiyanın emalı zamanı həm informasiyanın təqdimolunma forması, həm də məzmunu dəyişə 

bilər. İlkin informasiyanın emalından sonra alınan nəticə artıq yeni informasiyadır. 

Tədqiqat sualı ilə əlaqədar irəli sürülmüş fərziyyələr nəticələrlə müqayisə edilir. Bu proses şagirdlərin fəal 

iştirakı ilə həyata keçirilir.  

 



 

38

YARADICI TƏTBİQETMƏ  

Müəllim: 

 Bizə müəyyən tapşırıq verilmişdir. Gəlin giriş və çıxış informasiyalarını müəyyən edək.  



 

 

Müəllim cədvəlin sətirlərini artıra da bilər. 



------------------------------------------------------------------------------------------------------------------------------------------------------- 

 Oyun. Necə bilmək olar? 

Oyunu bütün siniflə və ya ayrı-ayrı qruplarla keçirmək olar. Qruplarla keçirilən oyunlarda bir qrup cavab verə bilmədiyi halda digər 

qrupun cavabları dinlənilir. Hər cavaba 1 xal verilir. Müəllim sual verir: 

Küçədə havanın soyuq və ya isti olmasını necə bilmək olar?(pəncərədən baxmaqla, termometrlə havanın temperaturunu ölçməklə, 

camaatın geyimini görməklə) 

Kartof bişibmi? (çəngəli batırmaqla) 

Yuyulmuş köynək quruyubmu?(toxunmaqla) 

Çay şirindir, ya yox?(dadına baxmaqla) 

Flomaster yazır, ya yox?(yazmaqla) 

İp möhkəm düyünlənib, ya yox?(dartmaqla) 

Stəkanda su varmı?(baxmaqla) 

Bağlı qutunun içində top varmı?(qutunu tərpətməklə)  

Evdə kimsə varmı?(telefonla və ya qapının zəngini basmaqla) 

Tozsoran işləyirmi?(işə salmaqla) 

Çəkilmiş parçaların uzunluğu eynidirmi?(ölçməklə) 

Kitab maraqlıdırmı?(oxumaqla) 

Çörək yumşaqdırmı?(toxunmaqla) 

------------------------------------------------------------------------------------------------------------------------------------------------------- 

Vaxt imkanından asılı olaraq İş dəftərindəki 1-4-cü çalışmalar yerinə yetirilir. Əks halda bu çalışmalardan 

bəziləri evə də verilə bilər.  

 

QİYMƏTLƏNDİRMƏ 

Müəllim  metodik vəsaitin  əvvəlində verilmiş formalardan biri ilə, yaxud özünün tərtib etdiyi digər me-

yarlar cədvəlinə əsasən qrupları qiymətləndirə bilər.  

Müəllim müşahidəyə əsasən aşağıdakı meyarlar üzrə formativ qiymətləndirmə apara bilər. 



 

 

№ Meyarlar Yaxşı Orta Zəif 

İnformasiyanı nə üçün emal edildiyini izah edə bilir 



 

 

 



2 Təbiətdə, cəmiyyətdə və texnikada informasiyanın emalına aid misallar göstərə bilir 

 

 



 

Sadə informasiyanın emalı proseslərində giriş  və  çıxış informasiyalarını müəyyən 



etməyi bacarır 

 

 



 

İnformasiyanın emalı prosesini giriş və çıxış informasiyalarının fərqi baxımından izah 



edə bilir 

 

 



 

Qoyulmuş məsələ və verilmiş tapşırıqların həllini informasiyanın emalı baxımından 



izah edə bilir 

 

 



 

Ev tapşırığı. İş dəftərindəki 2 və 6-cı çalışmaların yerinə yetirilməsi

.  



 

Tapşırıq Giriş informasiyası 

Çıxış informasiyası 

Vurma cədvəli 

Vuruqlar Hasil 

“Bakı  – İstanbul” təyyarə reysinin uçuş 

müddətinin müəyyən edilməsi 

Təyyarənin  Bakıdan qalxma vaxtı və 

İstanbula enmə vaxtı 

Uçuş müddəti 

Krossvordda sözün tapılması 

Sözdəki hərflərin sayı və aid olduğu 

mövzu 

Tapılmış söz 

Şifrlənmiş gizli məlumatın oxunması 

Şifrlənmiş məlumat Deşifrlənmiş mətn 

Xəstəlik diaqnozunun təyin edilməsi 

Xəstənin şikayətləri və analizlərin cavabı Diaqnoz 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə