Microsoft Word girish-3 cap ucun 1-16



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə15/40
tarix14.10.2017
ölçüsü1,07 Mb.
#4908
1   ...   11   12   13   14   15   16   17   18   ...   40

 

34

III qrup: iş dəftəri  1, 2 nömrəli  tapşırıqların c) 

bəndi  

IV qrup: iş dəftəri 1, 2 nömrəli  tapşırıqların  

d) bəndi 



 

MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ 

Müəllim hər qrupdan bir nümayəndəni lövhə qarşısına dəvət edir. Onlar müəyyən etdikləri sözləri 

söyləyirlər.  Müəllim suallarla müraciət edə bilər:  

 Rebusda hansı söz yazılmışdır? 



 Onu necə tapdınız? 

 Kodun açarı nədir? 



 Nəyə görə yazını dərhal oxuya bilmədiniz? 

 İnformasiyanı bərpa etmək üçün sizə nə lazımdır? (fərziyyələr dinlənilir) 



 

 

ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ  

Müəllim: 

 İnformasiyanın kodlaşdırılması nə deməkdir?  Rebus nədir?  



Müəllim şagirdlərin söylədiklərini ümumiləşdirib, onlarla birlikdə nəticə çıxarır: 

Gəlin “Bir qalanın sirri” filmini yada salaq. Simnar xan həkim babanı zindana saldırarkən o, qutunun içinə 

bir neçə əşya (zəncir, sim, qanlı daş parçası, nar) qoyur. Onu axtarmağa gələnlərin arasında olan müdrik bir 

qoca qutunun içindəkilərə baxıb, Həkim babanın nə demək istədiyini oxuyur: “Simnar xan Həkim babanı 



qandallayıb Qanlı qalaya aparmışdır.”  

Deməli, Həkim baba ötürmək istədiyi informasiyanı az adamım oxuya biləcəyi formada – rebusla 

kodlaşdırmışdı. Beləliklə, rebus kodlaşdırmanın bir növüdür. Rebus şəkillər, işarələr və  hərflərlə 

kodlaşdırılmış informasiyadır. Rebus həm də tapmacadır. Tapmaca söyləyərkən biz onun bəzi xassələrini 

sadalayırıq. Rebuslarda isə “gizlənmiş” sözü tapmaq üçün dərsliyinizdə verilmiş qaydaları bilmək lazımdır.  

Tədqiqat sualı ilə əlaqədar irəli sürülmüş fərziyyələr nəticələrlə müqayisə edilir. Müəllim dərsin əvvəlində 

irəli sürülən fərziyyələri xatırladır və onları şagirdlərin fəal iştirakı ilə qazanılmış biliklərlə müqayisə edir. 

 

YARADICI TƏTBİQETMƏ  

İş dəftərində  4-cü çalışmanı yerinə yetirməklə rebuslar yaradılır.  



 

QİYMƏTLƏNDİRMƏ 

Müəllim  metodik vəsaitin  əvvəlində verilmiş formalardan biri ilə, yaxud özünün tərtib etdiyi digər me-

yarlar cədvəlinə əsasən qrupları qiymətləndirə bilər.  

Müəllim müşahidəyə əsasən aşağıdakı meyarlar üzrə formativ qiymətləndirmə apara bilər. 



 

 Meyarlar Yaxşı Orta Zəif 

1 Kodlaşdırma anlayışını başa düşür 

 

 



 

2 Rebusun 

yaradılma qaydalarını izah edə bilir 

 

 



 

3 Rebusu 

oxumağı bacarır 

 

 



 

4 Rebusu 

yaratmağı bacarır 

 

 



 

Ev tapşırığı. İş dəftərindəki 3-cü çalışmanın yerinə yetirilməsi.  

 

 




 

 

35



Dərs 

7

 / Mövzu:



 İNFORMASİYANIN İŞLƏNMƏSİ 

 

MOTİVASİYA 



I variant. Müəllim: 

 “BİR QULAĞINDAN ALIB, O BİRİSİNDƏN ÖTÜRMƏK” məsəlini necə izah edə bilərsiniz?  



 Bu zaman hansı vacib proses baş vermir? 

 Bu proses olmasa, nə olar? 



Şagirdlərin cavabları dinlənilir. 

 

II variant. Müəllim aşağıdakı şəkli nümayiş etdirir, sonra şagirdlərə suallara cavab verməyi təklif edir. 

 

 

 



 Şəkildə nə görürsünüz? 

 Onu necə başa düşürsünüz? 



 Bu prosesi informasiya prosesi ilə müqayisə etsəniz, hansı nəticəni çıxararsınız? 

Cavablar dinlənilir.  

Lövhədə tədqiqat sualı və irəli sürülmüş fərziyyələr yazılır. 



 

Tədqiqat sualı: 

İnformasiyanın emalı nədir və nə üçün lazımdır? 

 

DƏRSİN MƏQSƏDİ 

•  təbiətdə, cəmiyyətdə və texnikada informasiyanın emalına aid misallar göstərmək

•  informasiyanın emalını şəxsi müşahidələrinə əsasən nümunələrlə izah etmək; 

•  sadə informasiyanın emalı proseslərində giriş  və  çıxış informasiyalarını müəyyən 

etmək; 

•  ilkin informasiyadan nəticənin alınmasını informasiyanın emalı prosesi kimi şərh 



etmək;  

•  qoyulmuş  məsələ  və verilmiş tapşırıqların həllini informasiyanın emalı baxımından 

izah etmək. 

 

 

Əsas ANLAYIŞLAR   

İnformasiyanın işlənməsi, qəbulu, informasiyanın təqdim olunması,  informasiyanın 

ötürülməsi, informasiya mübadiləsi, giriş informasiyası, çıxış informasiyası 



 

 

Dərsin TİPİ 

İnduktiv 

 

 

İstifadə olunan  



İŞ FORMALARI 

Qrup işi 

 

İstifadə olunan  

ÜSULLAR 

Mini mühazirə,  müzakirə, didaktik oyun, cədvəllə iş 



 

Fənlərarası  

İNTEQRASİYA 

A-d. – 4.1.2, 4.1.3, 4.1.4, 4.1.5, Riy. – 1.1.2, 1.1.8, 2.1.1, 2.2.3, H-b. – 2.2.3, X-d. – 

2.2.3, Tex. – 1.2.4, T-i. – 2.2.2, 2.2.3, Mus. – 3.1.1, 3.3.1, 3.3.2 

 

 

Təchizat 

İş vərəqləri, rəngli karandaşlar (qırmızı, göy, sarı, yaşıl), təmiz vərəqlər 




 

36

TƏDQİQATIN APARILMASI 

Dərslikdən istifadə edən müəllim  şagirdlərin fəal iştirakı ilə yeni informasiyanı  şərh edir.  Şagirdlər 4-5 

qrupa bölünür. Hər qrupa eyni xarakterli olan 3 sadə tapşırıq verilir. Tapşırığı yerinə yetirdikdən sonra hər 

bir qrup birinci sətirdəki nümunəyə əsasən cədvəli doldurur. 

 

I qrup. Tapşırığı yerinə yetirin və aşağıdakı cədvəli doldurun. 

 

a) Şəkli rəngləyin.   



 

b) Verilmiş sözdə bir hərfi də-

yişməklə yeni söz düzəldin: 

AYI  

c) Kibrit çöpünün birinin yerini də-

yişməklə evin yönünü dəyişin. 

 

 



 

II qrup. Tapşırığı yerinə yetirin və aşağıdakı cədvəli doldurun. 

 

a) Şəkli rəngləyin.   



 

b) Verilmiş sözdə bir hərfi də-

yişməklə yeni söz düzəldin: 

BEL  

 

c) İki kibrit çöpünün yerini elə dəyi-



şin ki, inək arxaya baxsın. 

 

 



III qrup. Tapşırığı yerinə yetirin və aşağıdakı cədvəli doldurun. 

 

 a) Şəkli rəngləyin.   



 

b) Verilmiş sözdə bir hərfi də-

yişməklə yeni söz düzəldin: 

CAN  

c)  İki kibrit çöpünün yerini elə  dəyişin 

ki, düymə xəkəndazın çölündə olsun. 

  

 



 

 

 

 

 



 

 

 



 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə