Microsoft Word girish-3 cap ucun 1-16



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə14/40
tarix14.10.2017
ölçüsü1,07 Mb.
#4908
1   ...   10   11   12   13   14   15   16   17   ...   40

 

32

Jestin mənası Jest 



Kim ev tapşırığını 

yerinə yetirməyib? 

Müəllim İş dəftərini sol əlinə götürüb sağ əli ilə dəftəri göstərir. 



Kimin sualı var? 

Müəllim sinfə işarə ilə göstərib sol əlinin baş barmağını alnına qoyur. 



Mən nə isə demək 

istəyirəm? 

Şəhadət barmağı ilə alt dodağa toxunmaq və ya aramla toxunmaq lazımdır. 

(Bu jest bizdə “sakit olun” kimi başa düşülür.) 

Sizə  nə lazımdır? və 

ya Siz nə demək 

istəyirsiniz? 

Müəllim gözlərində sual ifadəsi başını sola və sağa yellədir. Bu, onu bildirir ki, 

müəllim şagirdin dediyini başa düşməyib və təkrar etməsini xahiş edir, yaxud 

ondan “nə istədiyini” soruşur. 



Çox sağ ol!  

Müəllim  şagirdə  təşəkkür etmək istəyirsə, sağ  əlini ürəyinin üstünə qoyub, 

başını aşağı əyir; “bəli” jestindəki   kimi. 

 

-------------------------------------------------------------------------------------------------------------------------------- 

İnformasiyanın kodlaşdırılması haqqında əlavə məlumat:  

İnformasiyanın kodlaşdırılması onun müəyyən təqdimolunma formasına salınması prosesidir.   

Dar mənada “kodlaşdırma” termini dedikdə informasiyanın bir təqdimetmə formasından digərinə çevrilməsi başa 

düşülür. 

Kompyuter yalnız ədədi informasiya ilə işləyir. Ona görə də bütün digər informasiyalar (səs, şəkil, cihazların göstəriciləri 

və s.) kompyuterdə emal olunması üçün ədədi formaya çevrilməlidir. Məsələn, musiqi səsini ədədi formaya çevirmək üçün 

kiçik zaman fasilələrində müəyyən tezliklərdə onun intensivliyi ölçülür. İntensivlik ədədlərlə ifadə olunur. Bu ədədlərin 

özləri də sonra xüsusi qayda ilə yenidən kodlaşdırılaraq (ikilik say sistemində) rəqəmlər şəklində kompyuterə ötürülür. 

Bu proses cihaz və qurğular vasitəsilə aparıldığından insan iştirak etmir. Biz, sadəcə, səsləri kompyuter proqramları 

vasitəsilə lazım olan şəkildə emal edirik. Məsələn, müxtəlif səsləri bir-birinin üzərinə yazırıq, onlara müxtəlif effektlər 

veririk və s.  

Kompyuterdə mətn informasiyası da analoji olaraq emal edilir. Hər bir hərf kompyuterə daxil ediləndə o, müəyyən ədədlə 

əvəz olunur, yəni kodlaşdırılır. Mətnlər kompyuterdə  ədədlər  şəklində emal edilir. Emal edilmiş informasiyanı  çıxış 

qurğusuna verəndə də ədədlər dekodlaşdırılaraq yenidən mətn formasında ekrana və ya printerə çıxarılır.  

Bütün ədədlər kompyuterdə yalnız iki rəqəmin (bizim adət etdiyimiz on rəqəmdən fərqli olaraq)  0 və 1-in vasitəsilə təsvir 

olunur. Başqa sözlə, kompyuter adətən ikilik say sistemində  işləyir. Bu halda informasiyanın emalı üçün yaradılan 

qurğular daha sadə olur.   

Ona görə də ixtiyari informasiya kompyuterdə rəqəmlər vasitəsilə təsvir olunduğundan belə informasiyalar rəqəmli və ya 

rəqəmsal adlanır. “Rəqəmsal texnologiya” termininin yaranması da məhz bununla bağlıdır. 

-------------------------------------------------------------------------------------------------------------------------------- 

Vaxt imkanlarından asılı olaraq şagirdlər İş dəftərindəki 1

3-cü çalışmaları yerinə yetirirlər.



 

 

QİYMƏTLƏNDİRMƏ 

Müəllim metodik vəsaitin əvvəlində verilmiş formalardan biri ilə, yaxud özünün tərtib etdiyi digər meyarlar 

cədvəlinə əsasən qrupları qiymətləndirə bilər.  

Müəllim müşahidəyə əsasən aşağıdakı meyarlar üzrə formativ qiymətləndirmə apara bilər. 



 

№ Meyarlar Yaxşı Orta  Zəif 

İnformasiyanın kodlaşdırılmasına aid misallar göstərə bilir 



 

 

 



2 Kodlaşdırma anlayışını başa düşür 

 

 



 

İnformasiyanı sadə formada kodlaşdıra bilir 



 

 

 



4 Kodlaşdırılmış informasiyanın dekodlaşdırılmasına aid misallar göstərə bilir 

 

 



 

5 Sadə üsulla kodlaşdırılmış informasiyanı dekodlaşdıra bilir 

 

 

 



Ev tapşırığı. İş dəftərindəki 4 və 5-ci çalışmaların yerinə yetirilməsi.  

 

 



 

 

33



Dərs 

6

 / Mövzu:



 REBUS 

 

MOTİVASİYA 

Müəllim lövhədə bir rebus çəkir və şagirdlərə “Lövhədə hansı söz  kodlaşdırılıb?” sualını verir. 

 

 



 

 

 



(Aygün). Şəkillərin yerlərini dəyişsək, nə alınar? Belə kodlaşdırma növünə rebus deyilir. Rebuslarda 

şəkillərdən, hərflərdən,  rəqəmlərdən istifadə olunur.  

Lövhədə tədqiqat sualı və onunla bağlı fərziyyələr yazılır. 

 

Tədqiqat sualı: 

Rebusda kodlaşdırılmış informasiyanı necə oxumaq olar? 

 

TƏDQİQATIN APARILMASI 

Rebusu açmaq üçün bəzi qaydaları bilmək lazımdır. Müəllim rebusları düzəltmək üçün dərslikdə verilmiş 

əsas qaydalarla şagirdləri tanış edir. 

Tədqiqatı aparmaq üçün sinif kiçik qruplara bölünür və hər qrupa rebusları açmaq tapşırığı verilir. İş 

vərəqləri paylanır. 

I qrup:  iş dəftəri 1, 2 nömrəli  tapşırıqların  

a) bəndi 



II qrup: iş dəftəri 1, 2 nömrəli  tapşırıqların  

b)  bəndi 



DƏRSİN MƏQSƏDİ 

• rebusun kodlaşdırmanın bir növü olduğunu izah etmək

• rebusların düzəltmə qaydalarını izah etmək; 

• sadə rebuslarda olan informasiyanı oxumaq; 

• sadə rebuslar düzəltmək. 

 

 

Əsas ANLAYIŞLAR   

Kodlaşdırma, rebus 

 

 

Dərsin TİPİ 

İnduktiv 

 

 

İstifadə olunan  



İŞ FORMALARI 

Bütün siniflə iş, qruplarla iş 

 

İstifadə olunan  

ÜSULLAR 

Beyin həmləsi, mini mühazirə 



 

 

Fənlərarası  



İNTEQRASİYA 

A-d. – 1.1.2, Tex. – 4.1.2, T-i. – 2.2.1 



 

 

Təchizat 

Təmiz vərəqlər 




Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə