Microsoft Word girish-3 cap ucun 1-16



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə13/40
tarix14.10.2017
ölçüsü1,07 Mb.
#4908
1   ...   9   10   11   12   13   14   15   16   ...   40

 

30

Dərs 



5

 / Mövzu:

 İNFORMASİYANIN KODLAŞDIRILMASI 

 

MOTİVASİYA 

Müəllim lövhədə bir neçə sözdən ibarət cümlənin hərflərinin yerini axırdan əvvələ dəyişməklə tərsini yazır. 

Məsələn: 

 

RİDNƏF ILQARAM AKİTAMROFNİ 



(İnformatika maraqlı fəndir) 

 

Müəllim  şagirdlərə bu cümləni oxumağı təklif edir. Sonra müəllim qısa bir sözün güzgü əksini yazır (bu 



sözü böyük kağızda əvvəlcədən yazıb gətirmək də olar).  Məsələn:   

 

Müəllim: 



 Bu sözü oxuya bilərsinizmi? 

Müəllim bu sözü oxumaq üçün güzgüdən istifadə etməyin lazım olduğunu bildirir. 

 Nəyə görə  təqdim edilmiş sözləri oxumaqda çətinlik çəkdiniz? Bu cür yazıları necə adlandırmaq olar? 



Müəllim şagirdlərin fəal iştirakı ilə kodlaşdırılmış informasiya anlayışının mahiyyətini şərh edir.  

Lövhədə tədqiqat sualı və şagirdlərin fərziyyələri yazılır. 

 

Tədqiqat sualı: 

İnformasiyanı necə kodlaşdırmaq olar?  

 

TƏDQİQATIN APARILMASI 

Dərslikdən istifadə etməklə müəllim  şagirdlərin fəal iştirakı ilə yeni informasiyanı  şərh edir. Şagirdlər 4 

qrupa bölünür. Hər qrup təqdim olunmuş qaydaya uyğun olaraq informasiyanı kodlaşdırmalıdır.  

 

I qrup:    VƏTƏN, DÜNYA sözlərini kodlaşdırın.  



    Qayda: Hər hərfi Azərbaycan əlifbasındakı sıra nömrəsi ilə əvəz edin. 

 

II qrup:  SALAM, DOSTLAR sözlərini kodlaşdırın.  

 

   Qayda: Hər sözü əks istiqamətdə yazın. 



 

III qrup: KOMPYUTER, MONİTOR, SİÇAN  sözlərini kodlaşdırın.  

 

    Qayda: Hər bir hərfdən sonra K hərfini yazın. 



 

DƏRSİN MƏQSƏDİ 

•  təbiətdə və cəmiyyətdə kodlaşdırılmış sadə informasiyalara aid misallar göstərmək; 

•  informasiyanın sadə üsullarla kodlaşdırılma prosesini misallarla göstərmək

•  kodlaşdırmanın əhəmiyyətini izah etmək; 

•  təbiətdə və cəmiyyətdə kodlaşdırılmış informasiyanın bərpa edilməsinə 

(dekodlaşdırılmasına) misallar gətirmək. 



 

 

Əsas ANLAYIŞLAR   

Kodlaşdırma, dekodlaşdırma,  kod, Sezar kodu, Morze əlifbası 

 

 

Dərsin  TİPİ 

İnduktiv 

 

 

İstifadə olunan  



İŞ FORMALARI 

Bütün siniflə iş, qruplarla iş 

 

İstifadə olunan  

ÜSULLAR 

Mini mühazirə, beyin həmləsi 



 

Fənlərarası  

İNTEQRASİYA 

Riy. – 1.2.1, H-b. – 2.3.2, X-d. – 4.1.1 



 

 

Təchizat 

İki bayraq, kartoçkalar, təmiz vərəqlər, bayraq əlifbası yazılmış plakat. 




 

 

31



IV qrup: PAYIZ GƏLİR cümləni kodlaşdırın.  

 

    Qayda: Hər hərfi əlifbada ondan sonra gələn hərflə əvəz edin. 



Qruplar kodlaşdırılmış sözləri ayrı  vərəqdə yazıb yuxarıda qrupun nömrəsini qeyd edirlər. Qruplar bu 

vərəqləri digər bir qrupla dəyişirlər. Məsələn, I–II; II–III; III–IV; IV–I. 

Hər qrup kodlaşdırma açarını müəyyən edib, ilkin informasiyanı bərpa etməlidir. 

 

MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ 

Hər qrupdan bir nümayəndə aldığı nəticəni təqdim edir. Müəllim suallarla müraciət edir: 

 Hansı söz yazılmışdır? Onu necə tapdınız? Kodun açarı  nədir? Nəyə görə yazını oxuya bilmədiniz?  



İnformasiyanı bərpa etmək üçün sizə nə lazımdır? (fərziyyələr dinlənilir) 

 

ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ  

Müəllim: 

 Biz kodlaşdırma haqqında nəyi öyrəndik?  İnformasiya nə üçün kodlaşdırılır? Kodlaşdırma 



prosesi nədir? Kodlaşdırılmış informasiyadan necə istifadə etmək olar? 

Müəllim şagirdlərin fikirlərini ümumiləşdirib nəticə çıxarır: 

1.  Əldə etdikləri bilikləri, məlumatları qoruyub saxlamaq, gələcək nəsillərə çatdırmaq (ötürmək) qayğısı  

insanları uzaq keçmişdə çox düşündürmüşdür. Nəhayət, müxtəlif  əşyaların (daş, ağac, taxta, kağız və s.) 

üzərində məlumatları əks etdirmək üsullarını kəşf edən insanlar öz arzularına çatdılar. Artıq onlar müxtəlif 

işarələrdən, simvollardan, başqa sözlə,  kodlardan istifadə etməklə istənilən məlumatın saxlanmasına nail 

ola bildilər. İnformasiyanın kodlarla ifadə olunması prosesi onun kodlaşdırılması adlanır.   

2. Əlifba və rəqəmləri də kod adlandırmaq olar. Kodlara misal olaraq işıqforun işıqlarını, müəyyən səsləri 

(maşın siqnalı, gəmi fiti, məktəb zəngi), simvolları (yol hərəkəti nişanlarını, tibb müəssisələrinə  məxsus 

binalardakı lövhələri) göstərmək olar. Müəllim Sezar kodu haqqında məlumat verə bilər. Eyni 

informasiyanı müxtəlif üsullarla kodlaşdırmaq olar, lakin əvvəlcədən kodlaşdırma qaydasını müəyyən 

etmək lazımdır. 

3. Kodlaşdırılmış informasiyanın ilkin formasına qaytarılmasına dekodlaşdırma deyilir. 

4. İnformasiyanı dekodlaşdırmaq üçün onun  kodlaşdırma qaydasını (“açarını”) bilmək lazımdır. Müəllim 

şagirdləri tədqiqat sualı ilə əlaqədar irəli sürülmüş fərziyyələrlə yeni biliklərin müqayisəsinə cəlb edir.  

 

YARADICI TƏTBİQETMƏ  

Müəllim dərsin vaxt imkanından asılı olaraq aşağıdakı iki variantdan birini, yaxud hər ikisini tətbiq edə 

bilər:  


1.  Müəllim bayraq əlifbası barədə şagirdlərə məlumat verir: 

 Gəmilər bayraq əlifbası vasitəsilə dənizdə bir-biri ilə “danışır”.   



Müəllim dərslikdən istifadə etməklə  bəzi hərflərin kodunu göstərir. Sonra hər qrupdan bir nəfər lövhəyə 

çağırılır. Onların hər birinə iki bayraq verilir və birhecalı sözlərin (məsələn, KOD, TOP, KÜR, ANA və s.) 

hərflərini bayraqlarla göstərmələri təklif edilir.  

 

 



 

 

2. Müəllim sinifdə müəyyən jestlər və  işarələrlə  bəzi informasiyaları kodlaşdıra bilər (bunu uşaqlara 



mənimsətmək vacib deyil).  

Müəllim: 

  Uşaqlar, gəlin bundan sonra bəzi informasiyaları  işarələyək. Mənə  və sizə lazım olan 



informasiyaları səssiz çatdırmaq üçün həmin işarələrdən istifadə edəcəyik. 


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə