Microsoft Word girish-3 cap ucun 1-16



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə21/40
tarix14.10.2017
ölçüsü1,07 Mb.
#4908
1   ...   17   18   19   20   21   22   23   24   ...   40

 

48

soyuq); təyinatı (hansı  məqsəd üçün istifadə olunur); toxunaqlığı (hamar, kələ-kötür, tikanlı); materialı 



(dəmir, taxta, daş, şüşə); tərkibi (motor, təkər, qapıları, sükanı); hərəkətləri (gedir, uçur, tullanır, qaldırır) və 

digər əlamətlərini söyləyə bilərik.  

Obyektin elə  əlamətləri var ki, onları ölçmək olur. Məsələn, çəkisi, tərkib hissələrinin sayı, ölçüsü və s. 

Belə xassələr ölçülə bilən olduğuna görə  kəmiyyət xarakterlidir. Elə  əlamətlər də var ki, onları ölçmək 

olmur. Məsələn, rəngi, dadı, təyinatı, hərəkətləri və s. Bunlar isə kəmiyyət xarakterli əlamətlərdir. Qrupda 

hər obyektin fərqləndirici  əlamətləri var. Bu əlamətlərə görə qrupda olan hər obyektə xüsusi ad vermək 

olar. 

Müəllim dərsin əvvəlində tədqiqat sualına aid irəli sürülən fərziyyələrə qayıdır və onları uşaqlarla birlikdə 



əldə edilən yeni biliklərlə müqayisə edir. 

 

YARADICI TƏTBİQETMƏ  

----------------------------------------------------------------------------------------------------------------- 

Oyun. “Nə ilə fərqlənir” 

Müəllim obyektlər qrupunun  ümumi adını söyləyir.  Şagirdlər isə “Bu qrupa daxil olan obyektlər nə ilə 

fərqlənə bilər?” sualına cavab verməlidirlər.  

Daha çox fərqləndirici əlamət sadalayan şagird qalib hesab olunur.  

Məsələn: 

– Güllər ləçəklərinin sayı və  rəngi, ətri, saplağın uzunluğu, yarpaqların sayı ilə fərqlənir. 

– Axar çaylar uzunluğu, eni, dərinliyi, suyun axma sürəti, bu çaylarda üzən balıqların növləri ilə fərqlənir. 

– Gəmilər ölçüləri, göyərtələrinin sayı (mərtəbədən asılı olaraq), ekipajının sayı, xilasedici qayıqların sayı ilə, 

təyinatına görə (hərbi, ticarət, sərnişin) fərqlənir. 

----------------------------------------------------------------------------------------------------------------- 

Oyun. “Hansı əlamət?  Nəyin əlaməti?” 

Müəllim əlamətləri sadalayır, şagirdlər isə əlamətin özünü və bu əlamətin hansı obyektlərə xas ola biləcəyini 

söyləyirlər. 

Məsələn: 

– Sarı, ağ, bənövşəyi, qırmızı hansı əlamətdir? – Rəng əlaməti. 

 – Bu əlamət hansı obyektlərə xasdır? – Güllərə, paltarlara, bayraqlara, hava şarlarına və s.  

– 100 qr, 5 kq, 2 ton  çəkidir. Uyğun olaraq, karandaşa, qarpıza, filə aiddir. 

– Yumru, dördbucaqlı, oval forma əlamətləridir. Bu əlamətlər topa, dəftərə, yumurtaya xasdır. 

----------------------------------------------------------------------------------------------------------------- 

İş dəftərində 1, 2, 3, 4-cü çalışmaların yerinə yetirilməsi.  



  

QİYMƏTLƏNDİRMƏ 

Müəllim  metodik vəsaitin  əvvəlində verilmiş formalardan biri ilə, yaxud özünün tərtib etdiyi digər me-

yarlar cədvəlinə əsasən qrupları qiymətləndirə bilər.  

Müəllim öz müşahidəsinə  əsasən, dərsin məqsədlərinə uyğun meyarlarla, aşağıdakı  cədvəl üzrə formativ 

qiymətləndirmə aparır. 

 

№ Meyarlar Yaxşı Orta Zəif 



1 Obyektin 

müxtəlif əlamətlərini müəyyən edə bilirəm  

 

 



Əlamətlərinə görə obyekti müəyyən edə bilirəm  

 

 



3 Qrupdakı obyektlərin fərqləndirici əlamətlərini sadalaya bilirəm  

 

 



 

4 Qrupdakı obyektlərin xüsusi adını müəyyən edə bilirəm  

 

 



Qrupdakı obyektlərin  əlamətlərini kəmiyyət baxımdan müəyyən edə 

bilirəm 


 

 

 



Qrupdakı obyektlərin  əlamətlərini keyfiyyət baxımdan müəyyən edə 

bilirəm  

 

 



 

Ev tapşırığı

.  

İş dəftərindəki 5-ci çalışmanın yerinə yetirilməsi.

 

 



 

 

49



Dərs 

11

 / Mövzu:



 “HAMISI”, “HEÇ BİRİ”, “BƏZİSİ” 

 

MOTİVASİYA 

Müəllim sinfə sualla müraciət edir: - Kim qaça bilir? 

Uşaqların hamısı əlini qaldırır.  

Müəllim: 

 Gəlin bunu mülahizə kimi yazaq. 

Müəllim lövhədə yazır: “Sinifdəki uşaqların hamısı qaça bilir.” 

Müəllim: 



 Kim üzə bilir? Uşaqların bəzisi əlini qaldırır. Müəllim lövhədə əvvəlki cümlənin altında yazır: 

“Sinifdəki uşaqların bəziləri üzə bilir.”  

Müəllim: - Kim uça bilir? 

Uşaqların heç biri əl qaldırmır. Müəllim yenə yeni sətirdən yazır: “Sinifdəki uşaqların heç biri uça bilmir.” 

Müəllim aydın olması üçün belə bir cədvəl də çəkə bilər: 



Bacarıqlar 

Qaça bilir  

Üzə bilir 

Uça bilir 



Şagirdlər 

Hamısı 


Bəziləri Heç 

biri 


Lövhədə tədqiqat sualı və şagirdlərin fərziyyələri yazılır. 

 

Tədqiqat sualı: 

 “Hamısı”, “heç biri”, “bəzisi” sözlərindən necə istifadə etmək olar? 

 

TƏDQİQATIN APARILMASI 

Müəllim dərslikdən istifadə edərək,  şagirdlərin fəal iştirakı ilə yeni informasiyanı  şərh edir. Şagirdlər 4 

qrupa bölünürlər. Hər qrupa müəyyən bir obyektin adı verilir. Tapşırığın  şərti belədir:  Cümlələri elə 

tamamlayın ki, doğru və yalan mülahizələr alınsın.  

 

I qrup: Balıqlar 

 

 



DƏRSİN MƏQSƏDİ 

•  məntiqi mülahizələrə nümunələr söyləmək; 

•  sadə mülahizələrin doğru və yalan olmasını müəyyən etmək;  

•  “hamısı”, “heç biri”, “bəzisi” sözlərindən istifadə etməklə, mülahizələr qurmaq; 

•  “hamısı”, “heç biri”, “bəzisi” sözləri olan mülahizələrin doğru və ya yalan olduğunu 

müəyyən etmək; 

•  “hamısı”, “heç biri”, “bəzisi” sözlərindən istifadə etməklə doğru mülahizələri yalana 

və əksinə çevirmək. 



 

 

Əsas ANLAYIŞLAR   

Məntiqi mülahizə,  kvantor sözlər, doğru, yalan, hamısı, heç biri, bəzisi 

 

 

Dərsin  TİPİ 

İnduktiv 

 

 

İstifadə olunan  



İŞ FORMALARI 

Bütün siniflə iş, kiçik qruplarla iş,  fərdi iş 

 

İstifadə olunan  

ÜSULLAR 

Beyin həmləsi, Kerl diaqramı 



 

Fənlərarası  

İNTEQRASİYA 

A-d. – 2.2.4, Riy. – 5.2.1 



 

 

Təchizat 

İş vərəqləri 

DOĞRU MÜLAHİZƏLƏR 

Balıqların hamısı  

_______________________________________________________________ 

Balıqların heç biri  

_______________________________________________________________ 

Balıqların bəzisi   

_______________________________________________________________

 

YALAN MÜLAHİZƏLƏR 



Balıqların hamısı  

_______________________________________________________________ 

Balıqların heç biri  

_______________________________________________________________ 

Balıqların bəzisi



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə