Microsoft Word girish-3 cap ucun 1-16



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə20/40
tarix14.10.2017
ölçüsü1,07 Mb.
#4908
1   ...   16   17   18   19   20   21   22   23   ...   40

 

46

Dərs 



10

 / Mövzu:

 OBYEKTİN  FƏRQLƏNDİRİCİ ƏLAMƏTLƏRİ 

 

MOTİVASİYA 



Səhnələşdirilmiş oyun.  

Müəllim dərsdən əvvəl bir neçə uşaq kitabını rəfə düzür. Bu kitablar digər fənlər üzrə dərsliklər də ola bilər. 

Şagirdlərdən bir nəfər satıcı, bir neçə  nəfəri isə alıcı rolunda çıxış edirlər. Satıcı kitab rəfinin qarşısında 

dayanıb, alıcıların söylədikləri əlamətlərə görə kitabları müəyyən edib, onlara verməlidir. Əsas şərt isə odur 

ki, alıcılar kitabı  əl ilə göstərməməli və onun adını söyləməməlidirlər. Satıcıya kitabın yalnız  əlamətləri 

söylənilməlidir. Oyun bitdikdən sonra müəllim sinfə suallarla müraciət edir: 

 Kitabın hansı əlamətləri var? Kitablar bir-birindən nə ilə fərqlənir?  



Fikirlər dinlənilir. 

Lövhədə tədqiqat sualı və şagirdlərin fərziyyələri yazılır. 

 

Tədqiqat sualı: 

Eyni qrupa daxil olan obyektləri necə fərqləndirmək olar? 

 

TƏDQİQATIN APARILMASI 

Müəllim dərslikdən istifadə edərək, şagirdlərin fəal iştirakı ilə yeni informasiyanı şərh edir. Müəllim 

şagirdləri qruplara ayırır. Hər qrupa iş vərəqi  ilə birgə şəkil verilir. Bütün qruplar üçün tapşırığın şərti   

eynidir:  Verilmiş obyektləri bir sözlə adlandırın. Cədvəldə qrupa daxil olan hər bir obyektin fərqləndirici 



əlamətlərini qeyd edin. 

 

I qrup 



 

 

II qrup 

 

DƏRSİN MƏQSƏDİ 

•  obyektin müxtəlif əlamətlərini müəyyən etmək; 

•  qrupdakı obyektin fərqləndirici əlamətlərini söyləmək; 

•  qrupdakı obyektin xüsusi adını müəyyən etmək; 

•  qrupdakı obyektlərin əlamətlərini kəmiyyət baxımdan müəyyən etmək; 

•  qrupdakı obyektlərin əlamətlərini keyfiyyət baxımdan izah etmək. 



 

 

Əsas ANLAYIŞLAR   

Ümumi ad, xüsusi ad, kəmiyyət əlaməti, keyfiyyət əlaməti, fərqləndirici əlamət 

 

 

Dərsin TİPİ 

Deduktiv 

 

 

İstifadə olunan  



İŞ FORMALARI 

Bütün siniflə iş, qrup işi, fərdi iş 

 

İstifadə olunan  

ÜSULLAR 

Rollu oyun, müsahibə, didaktik oyun, beyin həmləsi 



 

Fənlərarası  

İNTEQRASİYA 

A-d. – 2.1.1, 2.2.2, 4.1.1, 4.1.5, Riy. – 4.1.1, 4.2.1, H-b. – 1.2.1, 2.4.1, 3.2.1,  X-d. – 

2.2.2, Tex. – 2.1.1, 2.1.2, T-i. – 2.1.1, 2.1.2, Mus. – 1.1.2, F-t. – 1.3.3 

 

 

Təchizat 

Əvvəlcədən hazırlanmış rəngli şəkillər, iş vərəqləri 




 

 

47



III qrup 

 

 

IV qrup 

 

 

Qrupun ümumi adı__________________ 

 

№ Obyektin 

adı 

Fərqləndirici əlamətləri 

1  


 

2  

 

3  

 

 

MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ 

Hər qrupdan bir nümayəndə yerinə yetirdikləri tapşırıq barədə  məlumat verir. Bu zaman digər  şagirdlər 

sual-cavablarla, fəal olaraq, müzakirəyə cəlb olunurlar. Müəllim çıxış edən qrupların üzvlərinə, yaxud sinfə 

müraciətlə müxtəlif suallar verə bilər.  



I qrup: – Hər bir obyektin xüsusi adı  nədir? 

 Çiçəkləri bir-birindən fərqləndirən hansı  əlamətlər var? 



(ləçəklərinin sayı, onların rəngi) 

 Şəkildəki nərgizlə qızılgülün digər güldən fərqli daha hansı əlaməti var?  



 Birinci çiçək digər ikisindən nə ilə fərqlənir? (bir ləçəyi var) Bu əlaməti kəmiyyət xarakterli hesab etmək 

olarmı? 

 Nərgizlə qızılgülün ətirli olması onların kəmiyyət əlamətidir, yoxsa keyfiyyət?  



II qrup: – Hər bir obyektin xüsusi adı  nədir? 

 Meyvələri bir-birindən fərqləndirən hansı  əlamətlərdir? 



(dadı, ətri, forması, rəngi, tərkibi) 

 Nar ilə limonun banandan fərqli hansı ümumi xassəsi var? (Hər ikisinin 



içində xırda hissələr – limonda tumlar, narda isə  dənələr var, hər ikisi adətən turş olur.) 

III qrup: – Hər bir obyektin xüsusi adı  nədir?  

 Dondurmanı tort və  şokoladdan fərqləndirən hansı 



əlamətdir? (soyuq olur) - Hər üç obyektin hansı ümumi xassəsi var? (çox isti olanda əriyir)  

IV qrup: – Hər bir obyektin xüsusi adı nədir? 

 Geyimləri bir-birindən hansı əlamətlər fərqləndirir? – Bu 



geyimlərin ölçüləri kəmiyyət əlamətidir, yoxsa keyfiyyət? 

 

ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ  

Müəllim sinfə sualla müraciət edir: 

  İnsanlar nə üçün obyektlərə ad verirlər?  İki müxtəlif obyektin eyni adı ola bilərmi? Misal göstərə 



bilərsinizmi? Nəyə  əsasən obyektləri bir qrupa daxil etmək olar? Bir qrupa daxil olan obyektləri necə 

fərqləndirmək olar?  

Şagirdlərin fikrini dinləyən müəllim onların fəal iştirakı ilə ümumiləşdirmə aparır:  

 Bütün obyektlərin adı olur. Obyekti qeyd etmək, haqqında informasiyanı ötürmək və saxlamaq rahat 



olsun deyə, onları adlandırırlar. Obyektlərin ümumi və xüsusi adları olur. Obyektləri onların ümumi əlamət-

lərinə görə qruplaşdırmaq olar. Qrupun adı onun daxil olan obyektlərin ümumi adıdır. Hər bir obyektin çox-

saylı  əlamətləri var. Biz obyektin forması (yumru, düzbucaqlı, üçbucaqlı, yastı, enli); rəngi (ağ, qara, 

qırmızı); ölçüsü (böyük, kiçik, uzun, qısa); çəkisi (ağır, yüngül); dadı (acı,  şirin, turş); temperaturu (isti, 




Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə