Microsoft Word girish-3 cap ucun 1-16



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə24/40
tarix14.10.2017
ölçüsü1,07 Mb.
#4908
1   ...   20   21   22   23   24   25   26   27   ...   40

 

54

    



 

 

MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ 

Hər qrupdan bir nümayəndə lövhə qarşısına çıxıb öz işini təqdim edir. Müəllim suallarla müraciət edir: 



I qrup: 

 Kvadratı hansı qayda ilə doldurdunuz? (sırada  ədədlər ardıcıl gəlir, hər növbəti sıra növbəti 

ədəddən başlayır) Kvadratı necə rənglədiniz? Qanunauyğunluğu necə dəyişdiniz? 

II qrup: 

 Cədvəli hansı qayda ilə doldurdunuz? Sözləri hansı qayda ilə əlavə etdiniz? Bu cədvəllər bir-

birinə nə ilə oxşayır?  

 İkinci sətrin fiqurlarının düzülüş qanunauyğunluğunu daha necə müəyyən etmək olar? (Hər sətirdəki fiqurlar 

özündən yuxarıdakından bir xana sağa sürüşdürməklə alınır) Qanunauyğunluğu necə dəyişdiniz? 

III qrup: 

  Sıradakı kvadratlar necə  dəyişir? (Hər növbəti kvadrat əvvəlki kvadratı saat əqrəbi 

istiqamətində fırlatmaqla alınır) Dairələr cədvəldə hansı qayda ilə yerləşdirilib? Kvadratları yenidən hansı 

qanunauyğunluqla düzdünüz?  



IV qrup:  

 Sırada hansı qanunauyğunluq var? Neçə cür oxlar cədvəldə dəyişir? Rombları yenidən hansı 

qanunauyğunluqla düzdünüz?  

 

ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ  

Müəllim sinfə sualla müraciət edir:  



 Siz tədqiqat işində  rəqəmlərin, fiqurların, sözlərin sırada və  cədvəllərdə düzülüş qanunauyğunluqlarını 

axtarıb tapırdınız. Qanunauyğunluğu necə başa düşdünüz? Qanunauyğunluqlara harada rast gəlmək olar?  

Cavablar dinlənildikdən sonra tədqiqat suallarına qayıdıb, daha konkret suallar verir:  



  Sıradakı obyektləri nizamı pozmadan davam etdirmək üçün nəyi bilmək lazımdır? (düzülüş 

qanunauyğunluğu) Bir obyektlər qrupunda olan qanunauyğunluğu başqa obyektlər qrupuna necə tətbiq et-

mək olar? (Birinci qrupdakı qanunauyğunluğu müəyyən edib, digərinə analoji olaraq tətbiq etmək olar.) 

Müəllim şagirdlərin fəal iştirakı ilə bütün fikirləri ümumiləşdirərək, aşağıdakı nəticələri çıxarır. Bu zaman 

o, dərslikdəki materialdan da istifadə edə bilər: 



 Biz təbiətdə  və gündəlik həyatımızda qanunauyğunluqlarla tez-tez rastlaşırıq.  Ədəd, fiqur və sözlərin 

yazılışında da müəyyən qanunauyğunluqlar ola bilər. Qanunauyğunluqlar yalnız sıralarda deyil, həm də 

cədvəllərdə olur.  Cədvəli tərtib edərkən sətir və sütunların doldurulma qaydasını bilmək lazımdır. Əgər bir 

obyektlər qrupundakı qanunauyğunluq digər obyektlər qrupuna tətbiq edilərsə, onda bu qayda bənzər 

qanunauyğunluq adlanır.  

Müəllim dərsin əvvəlində tədqiqat sualına aid irəli sürülən fərziyyələrə qayıdır və onları uşaqlarla birlikdə 

əldə edilən yeni biliklərlə müqayisə edir. 

III  qrup 

1. Sıranı davam edin.  

............  

2. Həmin qayda ilə cədvəlin boş 

xanalarına  fiqurlar çəkin. 

 

3. Kvadratları sıraya yeni qanunauyğun-



luqla düzün. 

 

IV qrup   

1. Sıranı davam edin.   

♦ ♦♦ ♦♦♦ 

2. Cədvəlin boş xanalarını həmin qayda ilə 

doldurun. 



↑  ↑↑

 

 



 

 

↓↓↓

 

 

3. Rombları sıraya yeni qanunauyğunluqla 



düzün. 

 



 

 

55



YARADICI TƏTBİQETMƏ  

1. Müəllim dairələri aşağıdakı kimi lövhədə çəkib suallar verir: 



 Dairələr hansı qanunauyğunluqla düzülmüşdür? Növbəti dairə hansı olmalıdır? Nə üçün? 

 

           a)   



     b) 

        


Sonra müəllim şagirdlərin düzülüşünə bənzər qanunauyğunluğu necə tətbiq etməyin mümkün olduğunu 

soruşur (bir oğlan, bir qız və ya iki oğlan bir qız).   

Müəllim növbəti tapşırığı izah edib, kodlaşdırılmış sözləri lövhədə yazır.  

2. Sözün kodlaşdırma qaydasını müəyyən et. Sonrakı sözləri eyni qayda ilə dekodlaşdır.  



KOD – KAOADA (hər bir hərfdən sonra A hərfi yazılır) 

Sözləri bənzər qanunauyğunluqla dekodlaşdır.   



ŞAİAFARAƏA – 

QAAANAUANAAAUAYAĞAUANALAUAQA – 

 

3. Müəllim lövhədə  



SÜNBÜL – BUĞDA – UN – XƏMİR – ÇÖRƏK sözlərini yazıb qanunauyğunluğu soruşur.  

Aşağıdakı sözləri bənzər qanunauyğunluqla düzün:  



AĞAC   EV    MEŞƏ    TAXTA  

  

4. Müəllim lövhədə ədədləri aşağıdakı qaydada yazır və şərti söyləyir:  



 Birinci sətirdə ədədlərin yazılış qanunauyğunluğunu müəyyən edin. Sonrakı sətirlərdən hansında qanuna-

uyğunluq birinci sətrə bənzərdir?  

3, 6, 12, 24, 48, 96 

5, 10, 20, 40, 80, 160 

2, 6, 18, 54, 162 

7, 14, 28, 56, 112, 224 

1, 2, 4, 8, 16, 32 

 

İş dəftərində 1–4-cü çalışmaların yerinə yetirilməsi.  



 

QİYMƏTLƏNDİRMƏ 

Müəllim  metodik vəsaitin  əvvəlində verilmiş formalardan biri ilə, yaxud özünün tərtib etdiyi digər me-

yarlar cədvəlinə əsasən qrupları qiymətləndirə bilər.  

Müəllim öz müşahidəsinə  əsasən dərsin məqsədlərinə uyğun meyarlarla aşağıdakı özünüqiymətləndirmə 

cədvəli üzrə formativ qiymətləndirmə aparır. 

 

№ Meyarlar  Yaxşı Orta Zəif 



1 Təbiətdə və gündəlik həyatda qanunauyğunluğa aid misallar göstərə bilirəm  

 

 



2 Hadisə və proseslərin başvermə qanunauyğunluqlarını nümunələrlə izah edə bilirəm  

   


3 Obyektləri müəyyən qanunauyğunluğa görə qruplaşdıra bilirəm  

 

 



4 Obyektlərin sıra ilə düzülmə qanunauyğunluğunu müəyyən edə bilirəm  

 

 



5 Sıranı düzülüş qanunauyğunluğuna görə davam etdirə bilirəm 

 

 



 

Obyektlərin cədvəlin sətir və sütunları üzrə düzülmə qanunauyğunluqlarını müəyyən 



edə bilirəm 

 

 



 

7 Bir 


obyektlər qrupundakı qanunauyğunluğu digər obyektlər qrupuna tətbiq edə bilirəm 

 

 



 

Ev tapşırığı. İş dəftərindəki 5-ci çalışmanın yerinə yetirilməsi. 

 



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə