Microsoft Word girish-3 cap ucun 1-16



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə27/40
tarix14.10.2017
ölçüsü1,07 Mb.
#4908
1   ...   23   24   25   26   27   28   29   30   ...   40

 

 

61



Dərs 

15

 / Mövzu:



 BUDAQLANMA 

 

MOTİVASİYA 

Müəllim lövhədə “əgər” sözü olan iki cümlə yazır:  

Əgər hava soyuqdursa, onda evdən çıxanda qalın geyinəcəyəm. 

Əgər kitab maraqlıdırsa, onda onu oxuyacağam. 

Bu iki cümləni birləşdirən nədir? (“əgər” sözü) “Əgər” sözünü biz nə vaxt işlədirik? (seçim olanda, 

şərtdən istifadə edərkən) 

 

Müəllim şagirdlərə verdiyi komandaları icra etmələrini tapşırır:  



1.  Ayağa qalxın. 

2.  Sol əlinizi qaldırın (bütün sinif sol əlini qaldırır).  

3.  Əlinizi endirin və əyləşin. 

 

Müəllim şagirdlərə yenə verdiyi komandaları icra etmələrini tapşırır:  



1.  Ayağa qalxın. 

2.  Qızlar  sol əlini, oğlanlar isə sağ əlini qaldırsınlar. 

3.  Əlinizi endirin və əyləşin. 

 

Müəllim:  



 Hər iki halda komandalar yerinə yetirilərkən eyni nəticələr alındımı? 



 Komandaların icrası nədən asılı olaraq dəyişdi? 



 Şərtdən asılı olaraq alqoritmin icrası hansı istiqamətlərdə getdi? 



 Buna budaqlanma deyilir.  

 

Lövhədə tədqiqat sualı və şagirdlərin fərziyyələri yazılır. 



 

Tədqiqat sualı: 

Budaqlanan alqoritmlər necə icra olunur? 

 

TƏDQİQATIN APARILMASI 

Müəllim dərslikdən istifadə edərək, şagirdlərin fəal iştirakı ilə yeni informasiyanı şərh edir.  

O, lövhədə aşağıdakı sxemləri  çəkir: 

DƏRSİN MƏQSƏDİ 

•  sadə hərəkət fəaliyyətində olan şərtləri müəyyən etmək

•  şərtdən asılı olaraq hərəkət fəaliyyətini müəyyən etmək; 

•  şərti alqoritmləri sözlə təqdim etmək

•  şərti alqoritmləri blok-sxemlə göstərmək; 

•  blok-sxemlə verilmiş alqoritmi düzgün yerinə yetirmək 

•  sonrakı fəaliyyətə görə şərti müəyyən etmək. 

 

 

Əsas ANLAYIŞLAR   

Şərt, budaqlanma, şərti alqoritm, budaqlanan alqoritm 

 

 

Dərsin TİPİ 

Deduktiv 

 

 

İstifadə olunan  



İŞ FORMALARI 

Bütün siniflə iş, qruplarla iş 

 

İstifadə olunan  

ÜSULLAR 

Diskussiya, mini mühazirə, oyun  



 

Fənlərarası  

İNTEQRASİYA 

A-d. – 2.2.3, Riy. – 1.2.4, 1.2.5, 2.1.2, H-b. – 4.2.1, 4.2.4, Tex. – 1.2.3, 2.1.4,  

F-t. – 1.2.1, 2.1.1, 2.1.3 

 

 

Təchizat 

Rəngli karandaşlar, iş vərəqləri 



 

 

Proqram təminatı 

Oyun tipli kompyuter proqramları 



 

62

 



 

 

 



 

        


     

 

 



Şərti alqoritmlərin yazılışında blok-sxemlərdən daha çox istifadə olunur. Belə alqoritmlərə həm də 

budaqlanan alqoritmlər deyilir. Şərt ödənərsə 

 bir, əks halda, digər komandalar yerinə yetirilir. 





 

1-ci komandalar ardıcıllığına hansı sxem uyğun gəlir?  





 

Bəs 2-ci komandalar ardıcıllığına?  





 

Bu iki sxem bir-birindən nə ilə fərqlənir? (şərtin olması) 





 

Elə ola bilərmi ki, bir şagird həm sol əlini, həm də sağ əlini qaldırsın?  





 

Niyə ola bilməz? 

 

Müəllim sinfi 4 qrupa bölür və hər qrupa iki tapşırığı olan  iş vərəqlərini paylayır. 



Ayağa qalx 

Sol əlini qaldır 

Başlanğıc 

Son 


Son 

Başlanğıc 

Ayağa qalx 

Qızsan? 


Sol əlini qaldır 

Sağ əlini qaldır 

Hə 

Yox



 

 

63



Qrupun nömrəsi ............. 

1. Alqoritmi yerinə yetirin və nəticəni göstərin. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



2. Blok-sxemin şərt blokunda uyğun şərti yazın. 

 

 



 

 

 



 

 

MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ 

Hər qrupdan bir nümayəndə işlərini təqdim edir. 

Müəllim müxtəlif suallar verə bilər. 



1-ci tapşırıq üzrə 

-  Bütün qrupların nəticələri eyni alındımı? Nə üçün?  

-  Hər bir qrup hansı şəkli çəkdi?  

-  Alqoritmi necə yerinə yetirdiniz? 

-  Bu alqoritmdə şərt hansıdır? 

-  Bütün qrupların nəticələrinin eyni alınması üçün alqoritmi necə dəyişmək lazımdır?  



2-ci tapşırıq üzrə 

-  Şərt blokunda nə üçün “Hava istidirmi?” şərtini yazdınız? 

-  Alqoritm necə icra olunacaq? 

 

Pəncərəni bağla   



Pəncərəni aç 

Yox 


Başlanğıc 

 

Yox 


Alma şəkli çək 

 



Günəş şəkli çək 



 

Göy şar şəkli çək 

Ev şəklini çək 

Son 


Yox 


Yox 

1-ci qrupa 

daxilsənmi? 

2-ci qrupa 

daxilsənmi? 

3-cü qrupa 

daxilsənmi? 



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə