Microsoft Word girish-3 cap ucun 1-16



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə6/40
tarix14.10.2017
ölçüsü1,07 Mb.
#4908
1   2   3   4   5   6   7   8   9   ...   40

13 

 

Yeni təlim prinsipləri imkanları  məhdud olan uşaqların ümumi təhsil mühitinə inteqrasiya etmələrini 



və ümumi proqram əsasında təhsil almalarını tələb edir.  

İnklüziv təlimin əsasını hər bir şagirdə fərdi yanaşma ideyası təşkil edir. Belə ki, təlim hər bir uşağa 

məxsus tələbatların ödənilməsi zəminində  təşkil olunmalıdır. Hər bir şagird təlimdə  uğur qazanması 

üçün tələb olunan psixoloji yardım, diqqət və qayğı ilə əhatə olunmalıdır.  

3-cü sinif informatika dərslərində inklüzivlik aşağıdakı vasitələrlə təmin olunması nəzərdə tutulur: 

 



bütün dərslərdə diskussiya, müsahibə, didaktik oyunlardan və fərdi, cütlərlə və qrup işi forma-

larından istifadə etməklə interaktiv təlim vasitəsilə şagirdlərin fəallığı təmin edilir;  

 

müəllimin məqsədindən asılı olaraq, bəzi strategiyalar istisna olmaqla, şagirdləri cütlərə  və 



qruplara “qabiliyyətlərinə” görə deyil, elə ayırmaq lazımdır ki, hər bir qrupda təlim nəticələri 

müxtəlif olan şagirdlər iştirak etsinlər; 

 

müəllim fərdi və cütlərlə aparılan tədqiqat işləri zamanı  fərqli inkişaf xüsusiyyətlərinə malik 



uşaqlara xüsusi yardım göstərir; 

 



müəllim qrup işlərində  fərqli inkişaf xüsusiyyətlərinə malik uşaqların ümumi diskussiya və 

müzakirələrə fəal qoşulmalarını təmin edir;  

 

müəllim fərqli inkişafa malik uşaqlara tapşırıqlar verərkən  İş  dəftərindəki çalışmaların 



işarələrinə diqqət yetirib, diferensial yanaşma prinsipini gözləyir;  

 



özünüqiymətləndirmə və formativ qiymətləndirmə zamanı meyarlar elə müəyyən edilir ki,  şa-

girdlərdə qiymətləndirmə ilə bağlı streslərin  əmələ  gəlməsinin qarşısını alınsın. Fərqli inkişaf 

xüsusiyyətlərinə malik uşaqların qiymətləndirməsi prosesində müəllimin onlara xüsusi 

münasibətinin böyük əhəmiyyəti var.

  

 

MÜASİR İNFORMASİYA TEXNOLOGİYALARININ TƏTBİQİ 



 

3-cü sinif məzmun standartlarında nəzərdə tutulmuş bəzi bacarıqların reallaşmasında informasiya tex-

nologiyalarından geniş istifadəyə ehtiyac vardır. 3.1.1, 3.2.1, 3.2.3, 3.2.5 saylı  məzmun standartlarını 

reallaşdırmaq məqsədilə öyrədici oyun proqramlarında müxtəlif işlər nəzərdə tutulmuşdur. Klaviatura 

və siçanla iş  vərdişlərini formalaşdırmaq məqsədilə müəllimlər 

http://soft-free.ru/content/view/1845 /118/

 

saytından klaviatura trenajorunun sərbəst versiyasını yükləyib dərs prosesində istifadə edə bilərlər.  



İstifadəsi nəzərdə tutulan və komplektə əlavə olunan elektron tədris vəsaitindən  hərəkətlər ardıcıllığı, 

alqoritmlərin oxlarla təqdim edilməsi, məqsədəuyğun yolun seçilməsində labirint, qrafik redaktorda 

mozaika və naxışların yaradılması, rənglər palitrası ilə  iş bacarıqlarının reallaşdırılmasında geniş is-

tifadə edilə bilər. 

Kompyuterdən sərbəst istifadə etmək imkanı olan müəllimlər əlavə olunan elektron tədris vəsaitindən 

bütün tədris ili boyu praktik işlərdə istifadə edə bilərlər.  İnternetə qoşulan məktəblər isə 

www.pixart.ws/infoko

 saytına daxil olub, bu vəsaitdən onlayn rejimdə də istifadə edə bilərlər.  

Göstərilən resurslardan interaktiv lövhələrdə iş zamanı istifadə edilə bilər. İş dəftərində xüsusi işarəli 

tapşırıqları müəllim kompyuterə daxil etməklə şagirdlərin interaktiv lövhədə işləmələri üçün müxtəlif 

tapşırıqlar tərtib edə bilər.  

 

ŞAGİRD NAİLİYYƏTLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ 



 

«Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası» (Azərbaycan 

Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli 9 nömrəli qərarı ilə  təsdiq edilmişdir) 

Azərbaycanda ümumi təhsilin müasirləşdirilməsi və yeniləşdirilməsi məqsədi ilə hazırlanmış milli 

kurikulum çərçivə sənədi ilə bilavasitə əlaqəlidir və onun tərkib hissəsini təşkil edir.  

Fənlər üzrə məzmun standartlarının müəyyən edilməsində əsas məqsəd həmin standartların şagird tərə-

findən mənimsənilməsi istiqamətində  hədəflərin təyin edilməsidir. Qəbul edilmiş standartlara uyğun 



14 

 

bilik və bacarıqlara nail olmaq üçün şagirdin fəaliyyəti fasiləsiz stimullaşdırılmalı, onların daha yüksək 



səviyyəli standartları mənimsəməsi üçün müvafiq şərait yaradılmalıdır. 

Bu baxımdan şagird nailiyyətlərinin qiymətləndirilməsi davamlı, dinamik və rəsmi olmayan prosesdir. 

Bu prosesdə müəllimlərin  şagirdlər üzərində müşahidəsi,  şagirdlərin sinif işlərini və ev tapşırıqlarını 

yerinə yetirmələri, yazılı və şifahi cavabları vacibdir.  

Müəllim tərəfindən qiymətləndirmə meyarları  əsasında müəyyən təlim mərhələsinin  əvvəlində  və so-

nunda şagirdin tədris proqramının mənimsənilməsi üzrə irəliləyiş səviyyəsi və digər nailiyyətləri barə-

də hesabatlar verilir. Məzmun standartlarının mənimsənilməsi istiqamətində əsasən aşağıdakı qiymət-

ləndirmə növlərindən istifadə olunur: 

İlkin səviyyənin qiymətləndirilməsi (diaqnostik qiymətləndirmə).  Şagirdlər  əsas bilik və bacarıqlara 

müəyyən dərəcədə malikdirlərmi? Şagirdlər tədris edilmiş materialın hansı hissəsini bilirlər? İlkin sə-

viyyənin qiymətləndirilməsi (diaqnostik qiymətləndirmə)  şagirdin biliyini müəyyən edir və  təlimin 

düzgün qurulmasında müəllimə kömək göstərir. 

İrəliləyişlərin monitorinqi (formativ qiymətləndirmə). Standartların mənimsənilməsinə doğru şagirdlər 

kifayət qədər irəliləyə bilirlərmi? Qəbul edilmiş standartların reallaşmasına istiqamətlənən irəliləyiş-

lərin monitorinqi (formativ qiymətləndirmə) sinifdə hər bir şagirdin inkişafının hərəkətverici amilinə, 

təlimin həlledici komponentinə çevrilir. Müəllim yalnız belə monitorinq vasitəsilə  tədris prosesini 

tənzimləyir, bütün şagirdlərin irəliləyişlərini təmin edir, eyni zamanda uğur qazana bilməyən  şagird-

lərin ehtiyaclarını öyrənərək, onlara əlavə köməklik göstərir. Bu mənada  şagirdlərin faktik fəaliyyə-

tinin nəticələri müəllim üçün real indikatorlara çevrilir. 

Yekun  (summativ) qiymətləndirmə.  Şagirdlər verilmiş standart və ya standartlar qrupunda müəyyən 

edilmiş  məqsədlərə nail olublarmı? Yekun (summativ) qiymətləndirmə standartların mənimsənilməsi 

istiqamətində şagirdlərin əldə etdiyi irəliləyişləri dəyərləndirir. Bu qiymətləndirmə növü mövzunun, bəhs 

və bölmənin, yaxud da tədris ilinin sonunda eyni qaydada həyata keçirilir. Yekun (summativ) qiymət-

ləndirmənin  ən mühüm cəhəti  şagirdlərin mənimsədiklərini tətbiqetmə qabiliyyətinə  nə  dərəcədə malik 

olduqlarını aşkara çıxarmaqdır.  

Müəllim üçün metodik vəsaitdə hər bir mövzunun sonunda qiymətləndirmə meyarları müəyyən olun-

muşdur. Bu meyarlar mövzuda nəzərdə tutulan standartların reallaşmasına nə dərəcə nail olunduğunu 

qiymətləndirmək məqsədilə müəyyən edilir. 

Müəllim tövsiyə olunan bu üsul və formalardan öz məqsədinə uyğun şəkildə istifadə edib, məqsədin-

dən asılı olaraq, yeni meyarlar da yarada bilər. 

 

Dərəcələr üzrə qiymətləndirmə.  Müəllim uşaqlara yaxşı  nəticə dedikdə  nəyin nəzərdə tutulduğunu 

bildirməlidir. Buna nail olmaq üçün qiymətləndirmə meyarlarını aydınlaşdırmaq tələb olunur. Müasir 

üsullara  əsaslanan təlimdə  şagird nailiyyətlərini qiymətləndirərkən yaxşı  və pis cavabların, sadəcə, 

cəmi nəzərdə tutulmur. Bu zaman biliyi qiymətləndirmək üçün dərəcələrdən istifadə etmək 

məqsədəuyğundur. Dərəcələr dedikdə  şagirdlərin fəaliyyətini  yüksək, orta və  aşağı balla 

qiymətləndirməyə imkan verən dəqiq ifadə olunmuş qaydalar nəzərdə tutulur.  

Məsələn, “İnsan və informasiya” mövzusunda, dərsin məqsədindən asılı olaraq, müəllim  şagirdlərlə 

müzakirə edərək qiymətləndirmə meyarlarını  aşağıdakı kimi müəyyən edə bilər. Bu meyarlar yazı 

taxtasında yazılır. Tədqiqat işinin əvvəlində isə əla, yaxşı, orta və zəif nəticələrin nə olduğu izah edir:  

 

  



Meyarlar 

Əla Yaxşı Orta  Zəif 

1  İnformasiya mənbələrini müəyyən edə bilir 



2  İnsanın duyğu üzvlərinin rolunu izah edə bilir 





İnformasiyanı hansı duyğu üzvü vasitəsilə qəbul edilməsindən 



asılı olaraq onun növünü müəyyən edə bilir 

+ + + - 


4  İnsanların həyatında informasiyanın əhəmiyyətini izah edə bilir 



5  İnsanların informasiyanı necə əldə etmələrini izah edə bilir 








Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə