Microsoft Word girish-3 cap ucun 1-16



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə3/40
tarix14.10.2017
ölçüsü1,07 Mb.
#4908
1   2   3   4   5   6   7   8   9   ...   40

 

sesində məzmun xətlərinin hər birindəki məzmunun sadədən mürəkkəbə doğru dəyişməsi, dərinləşməsi 



və genişləndirilməsi nəzərdə tutulur.  Buna görə  də  məzmun xətləri yalnız kurikulumun quruluşunu 

tərtib  etməyə  və bu barədə mülahizə yürütməyə xidmət edir. Qeyd etmək lazımdır ki, fənnin 

məzmununa daxil olan hər hansı bir anlayış    və ya bacarıqlar yalnız bir məzmun xətti çərçivəsində 

məhdudlaşmır.  

Dərslik komplektinin mövzular üzrə strukturunu formalaşdırarkən bütün ibtidai təhsil pilləsi üzrə alt 

standartlar təhlil edilmiş  və  tədris prosesində  məzmun standartlarının məzmun xətləri üzrə nisbəti  

müəyyən edilmişdir. Bu nisbət aşağıdakı diaqramlarda əks olunmuşdur. Birinci diaqramda dörd sinfin 

hər biri üçün nəzərdə tutulmuş məzmun xətləri üzrə alt standartların paylanma nisbəti göstərilir. İkinci 

diaqramda isə ibtidai sinif pilləsi (bütün dörd sinif) üzrə alt standartların paylanma nisbəti 

göstərilmişdir.  

Mövzuları müəyyənləşdirərkən bu nisbət gözlənilmişdir. Üfüqi inteqrasiya prinsipini nəzərə alsaq, elə 

mövzular var ki, müxtəlif məzmun xətləri üzrə bir neçə bacarığın reallaşmasına xidmət edir. Amma 

əsasən, məzmun xətləri üzrə mövzuların bölünməsi belədir: 1–4 məzmun xətti üzrə 10 mövzu, 2-ci 

məzmun xətti üzrə 6 mövzu, 3-cü məzmun xətti üzrə isə 12 mövzu müəyyən edilmişdir. Müəllimlər bu 

bölgü ilə “Fənn üzrə məzmun standartlarının reallaşma cədvəli”ndə ətraflı tanış ola bilərlər. 3-cü sinif 

şagirdlərində reallaşdırılacaq 35 alt standartın 19-u kompyuterdə praktik bacarıqların formalaşdırılma-

sını nəzərdə tutur. Bu məqsədlə kompyuterdə praktik dərslər üçün summativ qiymətləndirmə ilə birgə 

13 saat ayrılması tövsiyə olunur. Lakin müəllim mövzular üzrə bacarıqların reallaşdırılmasına ayrılan 

saatları yerli şərait və bəzi subyektiv xüsusiyyətlərə görə dəyişə bilərlər.  

 

   



 

 

 



İ

btidai t

ə

hsil pill

ə

si üzr

ə

(1-4 sinifl

ə

r) 

m

ə

zmun alt standartların paylanma diaqramı

3-cü m


ə

zmun


 x

ə

tti üzr



ə

 

2-ci m



ə

zmun


 x

ə

tti üzr



ə

1-ci m


ə

zmun 


x

ə

tti üzr



ə

 

4-cü m



ə

zmun 


x

ə

tti üzr



ə

Alt standartların 

sinifl

ə

r üzr

ə

 paylanm a diaqram ı

1-ci sinif

2-ci sinif

3-cü sinif

4-cü sinif

1-ci m


ə

zmun x


ə

tti üzr


ə

 alt standarlar

2-ci m

ə

zmun x



ə

tti üzr


ə

 alt standarlar

3-cü m

ə

zmun x



ə

tti üzr


ə

 alt standarlar

4-cü m

ə

zmun x



ə

tti üzr


ə

 alt standarlar




 

3-CÜ SİNİF ÜZRƏ MƏZMUN STANDARTLARI



 

 

III sinfin sonunda şagird:  

 



İnformasiyalar, informasiyaların təsvir formaları, informasiya mənbələri, informasiyanın ötü-

rülməsi vasitələri haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir. 

 

Obyektlər qrupundakı əşyaları əlamətlərinə görə tanıdığını nümayiş etdirir.  



 

Hərəkətlər ardıcıllığını söz və işarələrlə təsvir etmək (alqoritmləşdirmək) bacarığını nümayiş 



etdirir.  

 



Məntiqi  mühakimələri anladığını nümayiş etdirir. 

 



Kompyuter haqqında ümumi biliklərə malik olduğunu  nümayiş etdirir. 

 



Kompyuterdə əməliyyatları icra edir. 

 



Kompyuterdə müxtəlif şəkillər çəkir. 

 



Kompyuterdə  mətnlər yığır.  

 



Cəmiyyətin inkişafında informasiya prosesləri və informasiya texnologiyalarının  əhəmiyyə-

tini  anladığını  nümayiş etdirir. 



1. İnformasiya və informasiya prosesləri 

Şagird:  

1.1.  

İnformasiyalar, informasiyaların təsvir formaları, informasiya mənbələri, informasiyanın 

ötürülməsi vasitələri   haqqında təsəvvürə malik olduğunu nümayiş  etdirir. 

1.1.1. Təbiət və cəmiyyətdəki informasiyalara,  informasiya proseslərinə aid nümunələr göstərir. 

1.1.2.   Təbiət və cəmiyyətdəki informasiyaların qarşılıqlı əlaqəsini nümunələrlə izah edir.  

1.1.3.   Müvafiq şəraitə uyğun informasiyanın  müxtəlif ötürülmə vasitələrini seçir. 

1.1.4.   Təbiət və cəmiyyətdəki informasiyaların oxşar və fərqli cəhətlərini izah edir. 

 

1.2.  Obyektlər qrupundakı əşyaları əlamətlərinə görə tanıdığını nümayiş etdirir.  

1.2.1. Obyektlər qrupundakı əşyaların ümumi əlamətlərini müəyyən edir. 

1.2.2. Oxşar obyektlər qrupundakı əşyaların ümumi əlamətlərini izah edir. 

1.2.3. Qrupdakı obyektlərin əlamətlərini  kəmiyyət baxımından müəyyən edir. 

1.2.4. Qrupdakı obyektlərin əlamətlərini keyfiyyət baxımından izah edir. 

 

2. Formallaşdırma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdırma 

Şagird:  

2.1.   Hərəkətlər ardıcıllığını söz və işarələrlə təsvir etmək (alqoritmləşdirmək) bacarığı nümayiş 

etdirir.  

2.1.1. Hərəkəti, hərəkətlər ardıcıllığını söz və işarələrlə təsvir etməyin mümkünlüyünü izah edir. 

2.1.2. Söz, işarə və sadə sxemlərlə təsvir edilmiş hərəkət fəaliyyətini təqdim edir.  

2.1.3. Sadə hərəkət fəaliyyətini (xətti və dövri) icra edir. 

 

2.2.  Məntiqi  mühakimələri anladığını nümayiş etdirir

2.2.1. “Hamısı”, “heç biri”, “bəzisi” sözləri daxil olan mülahizələr söyləyir.  

2.2.2.  Məqsədəuyğun yolu müəyyənləşdirmək üçün müxtəlif variantlar seçir. 

2.2.3.  Verilmiş informasiyaya görə obyekti təsvir edir.  

 

3. Kompyuter, informasiya-kommunikasiya texnologiyaları və sistemləri 

Şagird:  

3.1.  Kompyuter haqqında ümumi biliklərə malik olduğunu  nümayiş etdirir. 

3.1.1.   Kompyuterin  əsas qurğularının (klaviatura, maus, monitor, sistem bloku) funksiyalarını  

ümumi şəkildə  şərh edir. 

3.1.2.   Kompyuterin  əsas qurğuları ilə  iş zamanı    tələb olunan ümumi qaydaları  və texniki 

təhlükəsizlik qaydalarını izah edir. 



Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə