48
soyuq); təyinatı (hansı məqsəd üçün istifadə olunur); toxunaqlığı (hamar, kələ-kötür, tikanlı); materialı
(dəmir, taxta, daş, şüşə); tərkibi (motor, təkər, qapıları, sükanı); hərəkətləri (gedir, uçur, tullanır, qaldırır) və
digər əlamətlərini söyləyə bilərik.
Obyektin elə əlamətləri var ki, onları ölçmək olur. Məsələn, çəkisi, tərkib hissələrinin sayı, ölçüsü və s.
Belə xassələr ölçülə bilən olduğuna görə kəmiyyət xarakterlidir. Elə əlamətlər də var ki, onları ölçmək
olmur. Məsələn, rəngi, dadı, təyinatı, hərəkətləri və s. Bunlar isə kəmiyyət xarakterli əlamətlərdir. Qrupda
hər obyektin fərqləndirici əlamətləri var. Bu əlamətlərə görə qrupda olan hər obyektə xüsusi ad vermək
olar.
Müəllim dərsin əvvəlində tədqiqat sualına aid irəli sürülən fərziyyələrə qayıdır və onları uşaqlarla birlikdə
əldə edilən yeni biliklərlə müqayisə edir.
YARADICI TƏTBİQETMƏ
-----------------------------------------------------------------------------------------------------------------
Oyun. “Nə ilə fərqlənir”
Müəllim obyektlər qrupunun ümumi adını söyləyir. Şagirdlər isə “Bu qrupa daxil olan obyektlər nə ilə
fərqlənə bilər?” sualına cavab verməlidirlər.
Daha çox fərqləndirici əlamət sadalayan şagird qalib hesab olunur.
Məsələn:
– Güllər ləçəklərinin sayı və rəngi, ətri, saplağın uzunluğu, yarpaqların sayı ilə fərqlənir.
– Axar çaylar uzunluğu, eni, dərinliyi, suyun axma sürəti, bu çaylarda üzən balıqların növləri ilə fərqlənir.
– Gəmilər ölçüləri, göyərtələrinin sayı (mərtəbədən asılı olaraq), ekipajının sayı, xilasedici qayıqların sayı ilə,
təyinatına görə (hərbi, ticarət, sərnişin) fərqlənir.
-----------------------------------------------------------------------------------------------------------------
Oyun. “Hansı əlamət? Nəyin əlaməti?”
Müəllim əlamətləri sadalayır, şagirdlər isə əlamətin özünü və bu əlamətin hansı obyektlərə xas ola biləcəyini
söyləyirlər.
Məsələn:
– Sarı, ağ, bənövşəyi, qırmızı hansı əlamətdir? – Rəng əlaməti.
–
Bu əlamət hansı obyektlərə xasdır? – Güllərə, paltarlara, bayraqlara, hava şarlarına və s.
– 100 qr, 5 kq, 2 ton çəkidir. Uyğun olaraq, karandaşa, qarpıza, filə aiddir.
– Yumru, dördbucaqlı, oval forma əlamətləridir. Bu əlamətlər topa, dəftərə, yumurtaya xasdır.
-----------------------------------------------------------------------------------------------------------------
İş dəftərində 1, 2, 3, 4-cü çalışmaların yerinə yetirilməsi.
QİYMƏTLƏNDİRMƏ
Müəllim metodik vəsaitin əvvəlində verilmiş formalardan biri ilə, yaxud özünün tərtib etdiyi digər me-
yarlar cədvəlinə əsasən qrupları qiymətləndirə bilər.
Müəllim öz müşahidəsinə əsasən, dərsin məqsədlərinə uyğun meyarlarla, aşağıdakı cədvəl üzrə formativ
qiymətləndirmə aparır.
№ Meyarlar Yaxşı Orta Zəif
1
Obyektin
müxtəlif əlamətlərini müəyyən edə bilirəm
2
Əlamətlərinə görə obyekti müəyyən edə bilirəm
3 Qrupdakı obyektlərin fərqləndirici əlamətlərini sadalaya bilirəm
4 Qrupdakı obyektlərin xüsusi adını müəyyən edə bilirəm
5
Qrupdakı obyektlərin əlamətlərini kəmiyyət baxımdan
müəyyən edə
bilirəm
6
Qrupdakı obyektlərin əlamətlərini keyfiyyət baxımdan müəyyən edə
bilirəm
Ev tapşırığı
.
İş dəftərindəki 5-ci çalışmanın yerinə yetirilməsi.
49
Dərs
11
/ Mövzu:
“HAMISI”, “HEÇ BİRİ”, “BƏZİSİ”
MOTİVASİYA
Müəllim sinfə sualla müraciət edir: - Kim qaça bilir?
Uşaqların hamısı əlini qaldırır.
Müəllim:
–
Gəlin bunu mülahizə kimi yazaq.
Müəllim lövhədə yazır: “Sinifdəki uşaqların hamısı qaça bilir.”
Müəllim:
–
Kim üzə bilir? Uşaqların bəzisi əlini qaldırır. Müəllim lövhədə əvvəlki cümlənin altında yazır:
“Sinifdəki uşaqların bəziləri üzə bilir.”
Müəllim: - Kim uça bilir?
Uşaqların heç biri əl qaldırmır. Müəllim yenə yeni sətirdən yazır: “Sinifdəki uşaqların heç biri uça bilmir.”
Müəllim aydın olması üçün belə bir cədvəl də çəkə bilər:
Bacarıqlar
Qaça bilir
Üzə bilir
Uça bilir
Şagirdlər
Hamısı
Bəziləri Heç
biri
Lövhədə tədqiqat sualı və şagirdlərin fərziyyələri yazılır.
Tədqiqat sualı:
“Hamısı”, “heç biri”, “bəzisi” sözlərindən necə istifadə etmək olar?
TƏDQİQATIN APARILMASI
Müəllim dərslikdən istifadə edərək, şagirdlərin fəal iştirakı ilə yeni informasiyanı şərh edir. Şagirdlər 4
qrupa bölünürlər. Hər qrupa müəyyən bir obyektin adı verilir. Tapşırığın şərti belədir: Cümlələri elə
tamamlayın ki, doğru və yalan mülahizələr alınsın.
I qrup: Balıqlar
DƏRSİN MƏQSƏDİ
• məntiqi mülahizələrə nümunələr söyləmək;
• sadə mülahizələrin doğru və yalan olmasını müəyyən etmək;
• “hamısı”, “heç biri”, “bəzisi” sözlərindən istifadə etməklə, mülahizələr qurmaq;
• “hamısı”, “heç biri”, “bəzisi” sözləri olan mülahizələrin doğru və ya yalan olduğunu
müəyyən etmək;
• “hamısı”, “heç biri”, “bəzisi” sözlərindən istifadə etməklə doğru mülahizələri yalana
və əksinə çevirmək.
Əsas ANLAYIŞLAR
Məntiqi mülahizə, kvantor sözlər, doğru, yalan, hamısı, heç biri, bəzisi
Dərsin TİPİ
İnduktiv
İstifadə olunan
İŞ FORMALARI
Bütün siniflə iş, kiçik qruplarla iş, fərdi iş
İstifadə olunan
ÜSULLAR
Beyin həmləsi, Kerl diaqramı
Fənlərarası
İNTEQRASİYA
A-d. – 2.2.4, Riy. – 5.2.1
Təchizat
İş vərəqləri
DOĞRU MÜLAHİZƏLƏR
Balıqların hamısı
_______________________________________________________________
Balıqların heç biri
_______________________________________________________________
Balıqların bəzisi
_______________________________________________________________
YALAN MÜLAHİZƏLƏR
Balıqların hamısı
_______________________________________________________________
Balıqların heç biri
_______________________________________________________________
Balıqların bəzisi