50
II qrup: Quşlar
III qrup: Avtomobil
IV qrup: İnsan
MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ
Hər qrupdan bir nəfər yerinə yetirdikləri tapşırığın nəticəsini təqdim edir. Məlumat mübadiləsi baş verir.
Müəllim və digər şagirdlər işlərini təqdim edən qrupa müxtəlif suallar verə bilər. Məsələn:
I qrup:
–
Niyə “Balıqların bəziləri suda üzür” mülahizəsi yalandır?
–
Nəyə görə “Balıqların hamısı yırtıcıdır” mülahizəsi yalandır? Hansı yırtıcı balıqları tanıyırsan?
II qrup:
–
“Quşların hamısı uçurmu”? Hansı quşlar uçmur? (2-ci sinif dərsliyində dəvəquşunun uça
bilmədiyi barədə məlumat verilmişdi.) Mülahizəni necə dəyişmək lazımdır ki, o, doğru olsun?
–
Niyə “Quşların bəzisi üzür” mülahizəsi doğrudur? Onu yalan mülahizəyə necə çevirmək olar?
III qrup:
–
“Avtomobillərin heç biri uçmur” mülahizəsi doğrudurmu? Onu yalan mülahizəyə necə
çevirmək olar?
–
“Avtomobillərin bəzisi benzinlə işləmir” mülahizəsi doğrudurmu? Niyə?
–
“Avtomobillərin bəzisi su ilə işləyir” mülahizəsini doğru mülahizəyə necə çevirmək olar?
IV qrup:
–
“İnsanların hamısı kosmosa uçur” mülahizəsini elə dəyişin ki, o, doğru alınsın.
–
“İnsanların hamısının ürəyi var” mülahizəsini yalan mülahizəyə çevirin.
DOĞRU MÜLAHİZƏLƏR
Quşların hamısı
______________________________________________________________
Quşların heç biri
______________________________________________________________
Quşların bəzisi
______________________________________________________________
YALAN MÜLAHİZƏLƏR
Quşların hamısı
_____________________________________________________________
Quşların heç biri
_____________________________________________________________
Quşların bəzisi
_____________________________________________________________
DOĞRU MÜLAHİZƏLƏR
Avtomobillərin hamısı ______________________________________________________________
Avtomobillərin heç biri ______________________________________________________________
Avtomobillərin bəzisi ______________________________________________________________

İnsanların hamısı
______________________________________________________________
İnsanların heç biri
______________________________________________________________
İnsanların bəzisi

51
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ
Müəllim şagirdlərlə birlikdə bütün fikirləri ümumiləşdirərək aşağıdakı nəticələri çıxarır:
–
İnsanlar öz fikirlərini söyləyərkən bəzən “hamısı”, “heç biri”, “bəzisi” sözlərindən istifadə edirlər.
İnformatikada bu sözlər kvantor sözlər adlanır. “Hamısı” və “heç biri” sözlərindən istifadə etməklə,
söylənilən fikirlər qrupa daxil olan bütün obyektlərə aid edilir. “Bəzisi” sözlərindən istifadə etməklə,
söylənilən fikirlər isə qrupa daxil olan bir qisim obyektlərə aid olur. Əgər mülahizədə “hamısı” sözündən
istifadə olunubsa, onda “heç biri” sözü ilə onu əvəz etsək, mülahizənin qiyməti doğrudan yalana və ya
əksinə dəyişər.
Tədqiqat sualı ilə əlaqədar irəli sürülmüş fərziyyələr nəticələrlə müqayisə edilir. Bu proses şagirdlərin fəal
iştirakı ilə həyata keçirilir.
YARADICI TƏTBİQETMƏ
Müəllim şagirdlərə söylədiyi mülahizələrin doğru və ya yalan olduğunu müəyyənləşdirməyi təklif edir.
Müəllim mülahizələri söylədikcə, əyanilik üçün aşağıdakı dairələrin uyğun hissələrini nümayiş etdirə bilər.
_____________________________________________________________________________________
Kvantor sözlər haqqında əlavə məlumat
Çoxluqlar nəzəriyyəsinə görə, A çoxluğunun “hamısı” onun özünə, “bəzisi” altçoxluğuna, “heç biri” isə A
çoxluğunun inkarına uyğundur.
Məntiqdə “hamısı”, “hər biri”, “heç biri” (bu sözlər mühakimənin bütün obyektlərə şamil edildiyini bildirir),
“bəziləri”, “çoxu”, “ayrıca götürülmüş”(bu sözlər isə mühakimənin bir qisim obyektə aid edildiyini bildirir)
sözləri kvantor sözlər adlanır.
_____________________________________________________________________________________
Güllər
Qırmızı
rəngli
obyektlər
Güllərin hamısı qırmızı rəngdədir.
Qırmızı rəngli obyektlərin bəzisi güllərdir.
Güllərin heç biri qırmızı rəngdə deyil.
Güllərin bəzisi qırmızı rəngdədir.
Qırmızı rəngli obyektlərin hamısı güllərdir.
Qırmızı rəngli obyektlərin heç biri gül deyil.