52
İş dəftərindəki 1, 2 və 4-cü çalışmaların yerinə yetirilməsi. Müəllim İş dəftərində 4-cü çalışmaya xüsusi
diqqət yetirir və Kerl diaqramını şagirdlərə izah edir.
QİYMƏTLƏNDİRMƏ
Müəllim metodik vəsaitin əvvəlində verilmiş formalardan biri ilə, yaxud özünün tərtib etdiyi digər me-
yarlar cədvəlinə əsasən qrupları qiymətləndirə bilər.
Müəllim öz müşahidəsinə əsasən, dərsin məqsədlərinə uyğun meyarlarla aşağıdakı cədvəl üzrə formativ
qiymətləndirmə aparır.
№ Meyarlar Yaxşı Orta Zəif
1 Müxtəlif situasiyalarda məntiqi mülahizələrə nümunələr
göstərə bilir
2 Sadə mülahizələrin doğru və yalan olmasını müəyyən edə bilir
3 “Hamısı”, “heç biri”, “bəzisi” sözlərindən istifadə etməklə mülahizələr qurur
4
“Hamısı”, “heç biri”, “bəzisi” sözləri olan sadə mülahizələrin doğru və ya
yalan olduğunu müəyyən edə bilir
5
“Hamısı”, “heç biri”, “bəzisi” sözlərindən istifadə etməklə doğru mülahizələri
yalana və ya əksinə çevirə bilir
Ev tapşırığı. İş dəftərindəki 3-cü çalışmaların yerinə yetirilməsi.
Dərs
12
/ Mövzu:
QANUNAUYĞUNLUQ
MOTİVASİYA
Müəllim lövhədən sözlər yazılmış kağızları müxtəlif ardıcıllıqla asır.
Müəllim:
- Bu sözlər hansı ardıcıllıqla düzülməlidir?
O, sözləri düzgün ardıcıllıqla düzür.
- Bu sözlərdən biri olmasa, o birisi ola bilərmi? Hansı sözdən sonra hansının gəldiyini necə bildiniz?
DƏRSİN MƏQSƏDİ
• təbiət və cəmiyyətdə qanunauyğunluqlara dair misallar gətirmək;
• hadisə və proseslərin başvermə qanunauyğunluqlarını nümunələrlə izah etmək;
• obyektləri ümumi qanunauyğunluğa görə qruplaşdırmaq;
• obyektlərin sıra ilə düzülmə ardıcıllığında qanunauyğunluqları müəyyən etmək;
• obyektlərin cədvəlin sətir və sütunları üzrə düzülmə ardıcıllığında qanuna-
uyğunluqları müəyyən etmək;
• obyektlərin düzülüş qanunauyğunluğuna əsasən cədvəlin sətir və sütunlarını davam
etdirmək;
• verilmiş qanunauyğunluğu müəyyən edib, bənzər qanunauyğunluğu digər obyektlərə
tətbiq etmək.
Əsas ANLAYIŞLAR
Qanunauyğunluq, bənzər qanunauyğunluq
Dərsin TİPİ
İnduktiv
İstifadə olunan
İŞ FORMALARI
Bütün siniflə iş, fərdi iş, qruplarla iş
İstifadə olunan
ÜSULLAR
Müzakirə, beyin həmləsi, oyun
Fənlərarası
İNTEQRASİYA
H-b. – 1.2.1, F-t. – 2.1.1
Təchizat
Sözlər yazılmış vərəqlər, rəngli karandaşlar, iş vərəqləri, qiymətləndirmə blankları
KÖRPƏ
MƏKTƏBLİ
CAVAN
YAŞLI
QOCA
53
I qrup
1. Qanunauyğunluğu müəyyən edib,
cədvəlin boş xanalarını doldurun.
1 2 3 4
2 4 1
3 4 1
2 3
2. Həmin qanunauyğunluqla kvadratın
xanalarını hər rəqəmə uyğun bir rəng
seçməklə, 4 müxtəlif rənglə boya.
3. Rəqəmlərin cədvəldə yeni düzülüş
qanunauyğunluğu yaradın və cədvəli
doldurun.
- Buradan hansı nəticə çıxara bilərik?
Müəllim “qanunauyğunluq” anlayışını izah edir:
- Bəzi hadisələr vaxtaşırı təkrarlanır. Ona görə də baş verəcək hadisələri qabaqcadan bilmək olur. Deməli
burada bir qanunauyğunluq özünü göstərir.
Lövhədə tədqiqat sualı və şagirdlərin fərziyyələri yazılır.
Tədqiqat sualı:
1. Obyektlər qrupundakı qanunauyğunluğu hansı yolla müəyyən etmək olar?
2. Bir obyektlər qrupundakı qanunauyğunluğu digərinə necə tətbiq etmək olar?
TƏDQİQATIN APARILMASI
Müəllim dərslikdən istifadə edərək şagirdlərin fəal iştirakı ilə yeni informasiyanı şərh edir. Müəllim
şagirdləri 4 qrupa bölür və hər qrupa 3 tapşırıq verilir.
II qrup
1. Qanunauyğunluğu müəyyən edib,
cədvəlin boş xanaların uyğun fiqur-
ları çəkin.
2. Eyni qayda ilə sözləri cədvəlin boş
xanalarına yazın.
DUZ
QAR
SÜD
BAL
3. Fiqurların cədvəldə yeni düzülüş
qanunauyğunluğu yaradın və cədvəli
doldurun.