32
Jestin mənası Jest
Kim ev tapşırığını
yerinə yetirməyib?
Müəllim İş dəftərini sol əlinə götürüb sağ əli ilə dəftəri göstərir.
Kimin sualı var?
Müəllim sinfə işarə ilə göstərib sol əlinin baş barmağını alnına qoyur.
Mən nə isə demək
istəyirəm?
Şəhadət barmağı ilə alt dodağa toxunmaq və ya aramla toxunmaq lazımdır.
(Bu jest bizdə “sakit olun” kimi başa düşülür.)
Sizə nə lazımdır? və
ya Siz nə demək
istəyirsiniz?
Müəllim gözlərində sual ifadəsi başını sola və sağa yellədir. Bu, onu bildirir ki,
müəllim şagirdin dediyini başa düşməyib və təkrar etməsini xahiş edir, yaxud
ondan “nə istədiyini” soruşur.
Çox sağ ol!
Müəllim şagirdə təşəkkür etmək istəyirsə, sağ əlini ürəyinin üstünə qoyub,
başını aşağı əyir; “bəli” jestindəki kimi.
--------------------------------------------------------------------------------------------------------------------------------
İnformasiyanın kodlaşdırılması haqqında əlavə məlumat:
İnformasiyanın kodlaşdırılması onun müəyyən təqdimolunma formasına salınması prosesidir.
Dar mənada “kodlaşdırma” termini dedikdə informasiyanın bir təqdimetmə formasından digərinə çevrilməsi başa
düşülür.
Kompyuter yalnız ədədi informasiya ilə işləyir. Ona görə də bütün digər informasiyalar (səs, şəkil, cihazların göstəriciləri
və s.) kompyuterdə emal olunması üçün ədədi formaya çevrilməlidir. Məsələn, musiqi səsini ədədi formaya çevirmək üçün
kiçik zaman fasilələrində müəyyən tezliklərdə onun intensivliyi ölçülür. İntensivlik ədədlərlə ifadə olunur. Bu ədədlərin
özləri də sonra xüsusi qayda ilə yenidən kodlaşdırılaraq (ikilik say sistemində) rəqəmlər şəklində kompyuterə ötürülür.
Bu proses cihaz və qurğular vasitəsilə aparıldığından insan iştirak etmir. Biz, sadəcə, səsləri kompyuter proqramları
vasitəsilə lazım olan şəkildə emal edirik. Məsələn, müxtəlif səsləri bir-birinin üzərinə yazırıq, onlara müxtəlif effektlər
veririk və s.
Kompyuterdə mətn informasiyası da analoji olaraq emal edilir. Hər bir hərf kompyuterə daxil ediləndə o, müəyyən ədədlə
əvəz olunur, yəni kodlaşdırılır. Mətnlər kompyuterdə ədədlər şəklində emal edilir. Emal edilmiş informasiyanı çıxış
qurğusuna verəndə də ədədlər dekodlaşdırılaraq yenidən mətn formasında ekrana və ya printerə çıxarılır.
Bütün ədədlər kompyuterdə yalnız iki rəqəmin (bizim adət etdiyimiz on rəqəmdən fərqli olaraq) 0 və 1-in vasitəsilə təsvir
olunur. Başqa sözlə, kompyuter adətən ikilik say sistemində işləyir. Bu halda informasiyanın emalı üçün yaradılan
qurğular daha sadə olur.
Ona görə də ixtiyari informasiya kompyuterdə rəqəmlər vasitəsilə təsvir olunduğundan belə informasiyalar rəqəmli və ya
rəqəmsal adlanır. “Rəqəmsal texnologiya” termininin yaranması da məhz bununla bağlıdır.
--------------------------------------------------------------------------------------------------------------------------------
Vaxt imkanlarından asılı olaraq şagirdlər İş dəftərindəki 1
–
3-cü çalışmaları yerinə yetirirlər.
QİYMƏTLƏNDİRMƏ
Müəllim metodik vəsaitin əvvəlində verilmiş formalardan biri ilə, yaxud özünün tərtib etdiyi digər meyarlar
cədvəlinə əsasən qrupları qiymətləndirə bilər.
Müəllim müşahidəyə əsasən aşağıdakı meyarlar üzrə formativ qiymətləndirmə apara bilər.
№ Meyarlar Yaxşı Orta Zəif
1
İnformasiyanın kodlaşdırılmasına aid misallar göstərə bilir
2 Kodlaşdırma anlayışını başa düşür
3
İnformasiyanı sadə formada kodlaşdıra bilir
4 Kodlaşdırılmış informasiyanın dekodlaşdırılmasına
aid misallar göstərə bilir
5 Sadə üsulla kodlaşdırılmış informasiyanı dekodlaşdıra bilir
Ev tapşırığı. İş dəftərindəki 4 və 5-ci çalışmaların yerinə yetirilməsi.
33
Dərs
6
/ Mövzu:
REBUS
MOTİVASİYA
Müəllim lövhədə bir rebus çəkir və şagirdlərə “Lövhədə hansı söz kodlaşdırılıb?” sualını verir.
(Aygün). Şəkillərin yerlərini dəyişsək, nə alınar? Belə kodlaşdırma növünə
rebus deyilir. Rebuslarda
şəkillərdən, hərflərdən, rəqəmlərdən istifadə olunur.
Lövhədə tədqiqat sualı və onunla bağlı fərziyyələr yazılır.
Tədqiqat sualı:
Rebusda kodlaşdırılmış informasiyanı necə oxumaq olar?
TƏDQİQATIN APARILMASI
Rebusu açmaq üçün bəzi qaydaları bilmək lazımdır. Müəllim rebusları düzəltmək üçün dərslikdə verilmiş
əsas qaydalarla şagirdləri tanış edir.
Tədqiqatı aparmaq üçün sinif kiçik qruplara bölünür və hər qrupa rebusları açmaq tapşırığı verilir. İş
vərəqləri paylanır.
I qrup: iş dəftəri 1, 2 nömrəli tapşırıqların
a) bəndi
II qrup: iş dəftəri 1, 2 nömrəli tapşırıqların
b) bəndi
DƏRSİN MƏQSƏDİ
• rebusun kodlaşdırmanın bir növü olduğunu izah etmək;
• rebusların düzəltmə qaydalarını izah etmək;
• sadə rebuslarda olan informasiyanı oxumaq;
• sadə rebuslar düzəltmək.
Əsas ANLAYIŞLAR
Kodlaşdırma, rebus
Dərsin TİPİ
İnduktiv
İstifadə olunan
İŞ FORMALARI
Bütün siniflə iş, qruplarla iş
İstifadə olunan
ÜSULLAR
Beyin həmləsi, mini mühazirə
Fənlərarası
İNTEQRASİYA
A-d. – 1.1.2, Tex. – 4.1.2, T-i. – 2.2.1
Təchizat
Təmiz vərəqlər