61
Dərs
15
/ Mövzu:
BUDAQLANMA
MOTİVASİYA
Müəllim lövhədə “əgər” sözü olan iki cümlə yazır:
Əgər hava soyuqdursa, onda evdən çıxanda qalın geyinəcəyəm.
Əgər kitab maraqlıdırsa, onda onu oxuyacağam.
–
Bu iki cümləni birləşdirən nədir? (“əgər” sözü) “Əgər” sözünü biz nə vaxt işlədirik? (seçim olanda,
şərtdən istifadə edərkən)
Müəllim şagirdlərə verdiyi komandaları icra etmələrini tapşırır:
1. Ayağa qalxın.
2. Sol əlinizi qaldırın (bütün sinif sol əlini qaldırır).
3. Əlinizi endirin və əyləşin.
Müəllim şagirdlərə yenə verdiyi komandaları icra etmələrini tapşırır:
1. Ayağa qalxın.
2. Qızlar sol əlini, oğlanlar isə sağ əlini qaldırsınlar.
3. Əlinizi endirin və əyləşin.
Müəllim:
–
Hər iki halda komandalar yerinə yetirilərkən eyni nəticələr alındımı?
–
Komandaların icrası nədən asılı olaraq dəyişdi?
–
Şərtdən asılı olaraq alqoritmin icrası hansı istiqamətlərdə getdi?
–
Buna budaqlanma deyilir.
Lövhədə tədqiqat sualı və şagirdlərin fərziyyələri yazılır.
Tədqiqat sualı:
Budaqlanan alqoritmlər necə icra olunur?
TƏDQİQATIN APARILMASI
Müəllim dərslikdən istifadə edərək, şagirdlərin fəal iştirakı ilə yeni informasiyanı şərh edir.
O, lövhədə aşağıdakı sxemləri çəkir:
DƏRSİN MƏQSƏDİ
• sadə hərəkət fəaliyyətində olan şərtləri müəyyən etmək;
• şərtdən asılı olaraq hərəkət fəaliyyətini müəyyən etmək;
• şərti alqoritmləri sözlə təqdim etmək;
• şərti alqoritmləri blok-sxemlə göstərmək;
• blok-sxemlə verilmiş alqoritmi düzgün yerinə yetirmək
• sonrakı fəaliyyətə görə şərti müəyyən etmək.
Əsas ANLAYIŞLAR
Şərt, budaqlanma, şərti alqoritm, budaqlanan alqoritm
Dərsin TİPİ
Deduktiv
İstifadə olunan
İŞ FORMALARI
Bütün siniflə iş, qruplarla iş
İstifadə olunan
ÜSULLAR
Diskussiya, mini mühazirə, oyun
Fənlərarası
İNTEQRASİYA
A-d. – 2.2.3, Riy. – 1.2.4, 1.2.5, 2.1.2, H-b. – 4.2.1, 4.2.4, Tex. – 1.2.3, 2.1.4,
F-t. – 1.2.1, 2.1.1, 2.1.3
Təchizat
Rəngli karandaşlar, iş vərəqləri
Proqram təminatı
Oyun tipli kompyuter proqramları
62
Şərti alqoritmlərin yazılışında blok-sxemlərdən daha çox istifadə olunur.
Belə alqoritmlərə həm də
budaqlanan alqoritmlər deyilir. Şərt ödənərsə
–
bir, əks halda, digər komandalar yerinə yetirilir.
–
1-ci komandalar ardıcıllığına hansı sxem uyğun gəlir?
–
Bəs 2-ci komandalar ardıcıllığına?
–
Bu iki sxem bir-birindən nə ilə fərqlənir? (şərtin olması)
–
Elə ola bilərmi ki, bir şagird həm sol əlini, həm də sağ əlini qaldırsın?
–
Niyə ola bilməz?
Müəllim sinfi 4 qrupa bölür və hər qrupa iki tapşırığı olan iş vərəqlərini paylayır.
Ayağa qalx
Sol əlini qaldır
Başlanğıc
Son
Son
Başlanğıc
Ayağa qalx
Qızsan?
Sol əlini qaldır
Sağ əlini qaldır
Hə
Yox
63
Qrupun nömrəsi .............
1. Alqoritmi yerinə yetirin və nəticəni göstərin.
2. Blok-sxemin şərt blokunda uyğun şərti yazın.
MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ
Hər qrupdan bir nümayəndə işlərini təqdim edir.
Müəllim müxtəlif suallar verə bilər.
1-ci tapşırıq üzrə
- Bütün qrupların nəticələri eyni alındımı? Nə üçün?
- Hər bir qrup hansı şəkli çəkdi?
- Alqoritmi necə yerinə yetirdiniz?
- Bu alqoritmdə şərt hansıdır?
- Bütün qrupların nəticələrinin eyni alınması üçün alqoritmi necə dəyişmək lazımdır?
2-ci tapşırıq üzrə
- Şərt blokunda nə üçün “Hava istidirmi?” şərtini yazdınız?
- Alqoritm necə icra olunacaq?
Pəncərəni bağla
Pəncərəni aç
Yox
Hə
Başlanğıc
Yox
Hə
Alma şəkli çək
Hə
Günəş şəkli çək
Göy şar şəkli çək
Ev şəklini çək
Son
Hə
Yox
Yox
1-ci qrupa
daxilsənmi?
2-ci qrupa
daxilsənmi?
3-cü qrupa
daxilsənmi?