70
MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ
Hər qrupdan bir nümayəndə öz işlərini təqdim edir.
Müəllim təqdimat zamanı müxtəlif suallar verə bilər:
I qrupa:
–
“Hə” sözünü harada yazmaq lazımdır? Bəs, “yox” sözünü?
–
Alqoritmi yerinə yetirəndən sonra səbətdə neçə alma olacaq? Hansı addımlar bir dəfə təkrarlanır?
Qırmızı rənglə boyanmış addımlar neçə dəfə təkrarlanır?
II qrupa:
–
Hansı addımlar bir neçə dəfə təkrarlanacaq?
–
“Kranı bağla” komandasını şərtdən əvvəl, yoxsa sonra yazmaq lazımdır?
–
Bu komanda neçə dəfə təkrarlanır?
III qrupa:
–
Alqoritmdə hansı şərt yoxlanılır?
–
Nə vaxt dayanmaq lazımdır?
–
Siz qırmızı karandaşla hansı blokları rənglədiniz?
–
Dövr neçə dəfə təkrarlanır?
IV qrupa:
–
Alqoritmdə hansı addımlar təkrarlanır?
–
Bu təkrarlanma nədən asılıdır?
–
Alqoritmdə hərəkətlər nə vaxt bir dəfə təkrarlanacaq? (əgər bir düymə olsa)
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ
Müəllim suallar verir:
–
Dövr olan alqoritmdə nə təkrarlanır?
–
Dövr olan alqoritm adi şərti olan alqoritmdən nə ilə fərqlənir?
–
Dövri alqoritmləri necə yazmaq olar?
Müəllim cavabları ümumiləşdirib şagirdlərlə birlikdə nəticə çıxarır:
–
Təkrarlanan hərəkətlər ardıcıllığı dövr adlanır. Təkrarlanan hərəkətlərdən ibarət olan alqoritmə isə dövri
alqoritm deyilir.
1. Əgər alqoritmdə ardıcıl gələn və təkrarlanan addımlar varsa, onda bu addımları bir neçə dəfə yazmamaq
üçün dövr təşkil edilir.
2. Şərti alqoritmlər kimi, dövri alqoritmləri də blok-sxem şəklində göstərmək daha əlverişli olur.
3. Dövrü təşkil etmək üçün şərt blokundan istifadə edilir.
4. Şərt bloku rombun içində yazılır, bir girişi və iki çıxışı olur.
5. Bu blok adi şərt blokundan onunla fərqlənir ki, şərtin bir oxu dövrün başlanğıcına, digəri isə sonrakı
addıma keçir; təkrarlanan hərəkətlər şərt ödənilənə kimi davam etdirilir.
III qrup:
Yolkanın bəzədilməsi
Addımları bloklarda elə
yerləşdirin ki,
alqoritmdə dövr alınsın.
Qutuda oyuncaq qaldımı?
Oyuncaq
qutusunu götür
Son
Başlanğıc
Oyuncağı yolkadan as
Hə
Yox
Qutudan bir oyuncaq götür
Təkrarlanan
blokları qırmızı
karandaşla
rəngləyin.
IV qrup:
Köynəyin geyinməsi
Addımları bloklarda elə
yerləşdirin ki, alqoritmdə
dövr alınsın.
Bütün düymələr bağlanıbmı?
Köynəyini geyin
Son
Başlanğıc
Düyməni bağla
Hə
Yox
Təkrarlanan
blokları qırmızı
karandaşla
rəngləyin.
71
Müəllim dərsin əvvəlində tədqiqat sualına aid irəli sürülən fərziyyələrə qayıdır və onları uşaqlarla
birlikdə
əldə edilən yeni biliklərlə müqayisə edir.
YARADICI TƏTBİQETMƏ
-----------------------------------------------------------------------------------------------------------------------------------------------------
Oyun. Neçə dəfə
Müəllim hər hansı dövri prosesin adını çəkir. Uşaqlar isə hansı hərəkətlərin neçə dəfə təkrarlandığını söyləyirlər. Məsələn:
Proses Təkrarlanan hərəkətlər Təkrarlanan hərəkətlərin sayı
Riyaziyyat dərsindən evə verilmiş misal-
ları həll edirsiniz
Misalların həll edilməsi Evə verilən misalların sayı qədər
Siz yemək yeyirsiniz
Yeməyi ağzınıza aparmaq və çeynəmək Yemək qurtarana, yaxud doyana kimi
Siz krossvord həll edirsiniz
Sözlərin tapılması
Doldurulası sətir və sütunların sayı
qədər
Telefonla dostunuza zəng edirsiniz
Dostunuzun telefon nömrəsini yığırsınız Rəqəmlərin sayı qədər
Siz dağılmış muncuqları yerdən
yığırsınız.
Muncuqların bir-bir yerdən götürülməsi Muncuqların sayı qədər
Sabahkı dərs cədvəlinə görə dərslikləri
çantaya yığırsınız
Dərsliyin çantaya qoyulması
Dərsliklərin sayı qədər
-----------------------------------------------------------------------------------------------------------------------------------------------------
Müəllim şagirdlərlə birlikdə kompyuter otağında iş qaydalarını təkrarlayır. Şagirdlər kompyuterin
qarşısında əyləşirlər. Müəllim mövzuda nəzərdə tutulmuş bacarıqları reallaşdırmaq məqsədilə şagirdləri
öyrədici kompyuter proqramı olan İNFO-KO elektron vəsaitində “Məntiqi oyunlar” bölməsindəki
tapşırıqları yerinə yetirməyi tapşırır.
İş dəftərində 1–3-cü çalışmaların yerinə yetirilməsi.
QİYMƏTLƏNDİRMƏ
Müəllim fərdi özünüqiymətləndirmə formasından istifadə etməklə, formativ qiymətləndirmə aparır.
№ Meyarlar Yaxşı Orta Zəif
1
Ətrafımızda təkrarlanan proseslərə sadə nümunələr göstərə bilirəm
2
Sadə təkrarlanan proseslərdə təkrarlanan hərəkətlər və təkrarlanmaların sayını
müəyyən edə bilirəm
3 Dövri
alqoritmlə xətti alqoritmi
fərqləndirə bilirəm
4 Dövri
alqoritmdə təkrarlanan addımları müəyyən edə bilirəm.
5 Alqoritmlərdə dövrün bitməsi şərtini müəyyən edə bilirəm
6 Dövri
alqoritmdə dövrün sona çatması şərtini sözlərlə izah edə bilirəm.
7
Dövri alqoritmi yerinə yetirə bilirəm
Ev tapşırığı.
Təkrarlanan hərəkətlər ardıcıllığı olan nağılları yada salaraq, onlardan nümunələr gətirin.
İş dəftərindəki 4-cü çalışmanın yerinə yetirilməsi.