ALT STANDARTLAR ÜZRƏ
REALLAŞDIRILACAQ BACARIQLAR
2.1.3. Sadə hərəkət və sadə sxemlərlə təsvir edilmiş hərəkət fəaliyyətini (xətti və dövri) icra edir.
2.2.1. “Hamısı”, “heç biri”, “bəzisi” sözləri daxil olan mülahizələr söyləyir.
2.2.2. Məqsədəuyğun yolu müəyyənləşdirmək üçün müxtəlif variantlar seçir.
3.1.1. Kompyuterin əsas qurğularının (klaviatura, maus, monitor, sistem bloku) funksiyalarını ümumi şəkildə
şərh edir.
3.1.2. Kompyuterin əsas qurğuları ilə iş zamanı tələb olunan ümumi qaydaları və texniki təhlükəsizlik
qaydalarını izah edir.
3.2.1. Klaviatura və mausla işləmək bacarıqlarını nümayiş etdirir.
3.2.2. Kompyuterdə zəruri əməliyyatları (proqram pəncərəsinin elementləri ilə iş, iş masasında qovluq
yaratmaq, hesablamalar aparmaq) icra edir.
3.2.3. Əlavə məlumatlar almaq üçün kompyuterdəki sadə proqramların (kalkulyator, bloknot, sadə qrafik və
mətn redaktorları, sadə oyunlar) arayış menyusundan istifadə edir.
3.2.5. Kompyuterdə sadə öyrədici tipli proqramlarla işləyir.
3.2.6. Müvafiq mərhələdə iş zamanı texniki təhlükəsizlik qaydalarına riayət edir.
3.3.1. Alətlər qutusundakı alətlərdən istifadə bacarığını nümayiş etdirir.
3.3.2 Rənglər palitrasında rənglərin yeni çalarlarını yaradır.
3.3.3. Şəkil çəkilən səhifənin müvafiq parametrlərini müəyyənləşdirir.
3.3.4. Müxtəlif şəkillərin (mozaikalar, naxışlar) çəkilməsində müvafiq əməliyyatları (fraqmentlər kəsib
götürmək və ya surətini çıxarmaq) yerinə yetirir.
3.3.5 Çəkilmiş şəkilləri kompyuterin yaddaşında saxlayır.
3.3.6 Kompyuterin yaddaşında saxlanılan şəkilləri monitorun ekranına çıxarır və yenidən redaktə edir.
3.4.1. Yığdığı və ya hazır mətnlər üzərində müvafiq əməliyyatları (mətnin bir hissəsini kəsib götürmək,
surətini çıxarmaq, mətnə şəkillər daxil etmək, zəruri hallarda müəyyən sözləri tapıb yenisi ilə əvəz
etmək) yerinə yetirir.
3.4.2. Müxtəlif mətnlərdən istifadə etməklə yeni mətn (mətnlər) yaradır.
3.4.3. Mətn yığılan səhifənin müvafiq parametrlərini müəyyənləşdirir.
3.4.4. Sadə formatlaşdırma bacarıqları nümayiş etdirir.
3.4.5 Hazır olan mətnləri kompyuterin yaddaşında saxlayır.
3.4.6. Yaddaşdakı hazır mətnləri ekrana çıxarır və yenidən redaktə edir.
4.1.2. Müvafiq
mərhələdə istifadə etdiyi kompyuter proqramlarının əhəmiyyətini izah edir.
TƏDRİS VAHİDİ –
3
KOMPYUTER
TƏDRİS VAHİDİ ÜZRƏ ÜMUMİ
SAATLARIN MİQDARI:
11 saat
QİYMƏTLƏNDİRMƏ:
2 saat
73
Dərs
18
/ Mövzu:
KOMPYUTERİN İŞ MASASI
MOTİVASİYA
Müəllim 2-ci sinifdə keçilmiş materialları yada salmaq üçün müxtəlif suallar verir: – Proqram nədir?
(Proqram kompyuter üçün yazılmış alqoritmdir.) Kompyuteri işə salarkən ilkin olaraq monitorun ekranında
əks olunan təsvir necə adlanır? Nə üçün o, “iş masası” adlanır? İş masasında olan proqramları bir-birindən
necə fərqləndirmək olar? Onları necə başlatmaq olar? Proqramı başladarkən ilk olaraq nə açılır? (proqram
pəncərəsi)
Müəllim şagirdlərlə bu suallar üzrə fikir mübadiləsi aparır. O, növbəti sualla sinfə müraciət edir: – Proqram
pəncərəsinin yuxarı sağ küncündə olan üç düymə nə üçündür?
Müəllim şagirdlərlə birgə proqram pəncərəsinin əsas hissələrinin adını yada salırlar:
– Pəncərəni böyüdüb-kiçiltmək üçün
və ya
düymələrindən istifadə olunur. Pəncərəni tapşırıqlar
zolağına endirmək üçün isə
düyməsindən istifadə edilir. Pəncərəni qapatmaq üçün
düyməsi
nəzərdə tutulub. Bəzən proqramda rahat işləmək üçün proqram pəncərəsinin ölçüsünü dəyişmək lazım gəlir.
Lövhədə tədqiqat sualı və şagirdlərin fərziyyələri yazılır.
Tədqiqat sualı:
Proqram pəncərəsinin ölçüsünü və yerini necə dəyişmək olar?
TƏDQİQATIN APARILMASI
Müəllim dərslikdən istifadə edərək, şagirdlərin fəal iştirakı ilə, yeni informasiyanı şərh edir. Bu zaman o,
noutbukdan və proyektordan istifadə edərək, şagirdlərə iş masasında bəzi əməliyyatları nümayiş etdirir.
Bunun üçün Paint və ya WordPad proqramlarından biri başladıla bilər. Müəllim şagirdlərə dərslikdə
verilmiş İş masasında pəncərənin yerinin dəyişdirilməsi alqoritmini icra edərək şərh edir. Sonra müəllim
Pəncərənin ölçüsünün dəyişdirilməsi alqoritmini proyektor vasitəsilə şərh edir.
Tədqiqat işinə başlamazdan əvvəl müəllim şagirdlərlə kompyuterdə iş və təhlükəsizlik qaydalarını
təkrarlayır. Bu zaman o, şagirdlərin diqqətini İş dəftərinin sonunda verilmiş şəkillərə cəlb edir.
Müəllim şagirdləri cütlüklərə ayırır. Tədqiqat zamanı müəllim xüsusi qayğıya ehtiyacı olan şagirdlərə
böyük həssaslıqla yanaşmalıdır. Hər cütlük bir kompyuter qarşısında əyləşib aşağıdakı tapşırıqları yerinə
yetirir.
Tapşırıq:
1. İş masasında hər hansı proqram simgəsini seçdir.
2. Siçanı qoşa çıqqıldatmaqla proqramı başlat.
3. Dərslikdəki alqoritmdən istifadə edib, pəncərənin ölçüsünü kiçilt.
4. Proqram pəncərəsini iş masasının aşağı sağ küncündə yerləşdir.
DƏRSİN MƏQSƏDİ
• iş masasında lazım olan obyekti müəyyən etmək;
• siçanın göstəricisi ilə iş masasında obyekti seçdirmək;
• siçanın göstəricisi ilə proqram pəncərəsini açmaq;
• proqram pəncərəsi elementlərinin funksiyalarını izah etmək;
• proqram pəncərəsinin ölçülərini dəyişmək.
Əsas ANLAYIŞLAR
Proqram, iş masası, START düyməsi, tapşırıqlar zolağı, proqram pəncərəsi, menyu, baş
menyu
Dərsin TİPİ
Empirik (praktik)
İstifadə olunan
İŞ FORMALARI
Bütün siniflə iş, cütlərlə iş
İstifadə olunan
ÜSULLAR
Müsahibə, kompyuterdə praktik iş
Fənlərarası
İNTEQRASİYA
H-b. – 4.2.3, Tex. – 3.1.4
Təchizat
Kompyuter otağı, noutbuk, proyektor, iş vərəqləri
Proqram təminatı
Windows əməliyyat sistemi