68
MƏLUMAT MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ
Hər qrupdan bir nümayəndə öz işlərini təqdim edir. Müəllim hər qrupa əlavə suallar verə bilər. Məsələn:
I qrup: Əgər təbiəti sevirsənsə, hara gedə bilərsən?
- Teatra getmək üçün hansı şərtlər ödənməlidir? Bəs sirkə?
II qrup: Topla hansı oyunlar oynamaq olar? Futbol oynamaq üçün hansı şərtlər ödənməlidir?
Kompyuterdə məntiqi oyunlar oynamaq üçün?
III qrup: Dəftər almaq üçün sxemin hansı yolu ilə getmək lazımdır? Boş bloklarda nə yazıla bilər? Çörək
almaq üçün hansı şərtlər ödənməlidir?
IV qrup: Sadə karandaşla hansı şəkli çəkmək olar? Boş çərçivədə daha nə yazmaq olar? Yarpaq çəkmək
üçün hansı şərtlər ödənməlidir?
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏ
Müəllim suallar verir:
–
Siz müəyyən bir yerə getmək üçün yolu necə müəyyən edirsiniz? Nə üçün bir neçə seçim varsa,
düşünməli oluruq?
Müəllim cavabları ümumiləşdirib şagirdlərlə birlikdə nəticə çıxarır:
–
Məqsəddən asılı olaraq, biz gedəcəyimiz yolu müəyyən edirik. Əgər bir neçə seçim varsa, bu zaman biz
ən münasib olan yolu seçirik. Bu seçimi alqoritmlə də göstərmək olur. Bunun üçün şərtdən istifadə edilir.
Biz şərti rombşəkilli blokda yerləşdiririk. Şərt ödənilirsə
–
bir, ödənmirsə
–
digər yolla getməli oluruq.
Müəllim dərsin əvvəlində tədqiqat sualına aid irəli sürülən fərziyyələri xatırladır və onları şagirdlərin fəal
iştirakı ilə qazanılmış biliklərlə müqayisə edir.
YARADICI TƏTBİQETMƏ
Müəllim şagirdlərlə birlikdə kompyuter otağında iş qaydalarını təkrarlayır. Şagirdlər kompyuterin
qarşısında əyləşirlər. Müəllim mövzuda nəzərdə tutulmuş bacarıqları reallaşdırmaq məqsədilə şagirdləri
öyrədici kompyuter proqramı olan İNFO-KO elektron vəsaitində “Labirint” bölməsindəki tapşırıqları yerinə
yetirməyi tapşırır.
İş dəftərindəki 1–3-cü çalışmaların yerinə yetirilməsi.
QİYMƏTLƏNDİRMƏ
Müəllim metodik vəsaitin əvvəlində verilmiş formalardan biri ilə, yaxud özünün tərtib etdiyi digər me-
yarlar cədvəlinə əsasən qrupları qiymətləndirə bilər.
Müəllim öz müşahidəsinə əsasən dərsin məqsədlərinə uyğun meyarlarla aşağıdakı cədvəl üzrə formativ
qiymətləndirmə aparır.
Meyarlar
I qrup
II qrup
III qrup
IV qrup
Blok-sxemdə blokların mənalarını başa düşür
Sxemlə yazılmış alqoritmi yerinə yetirir
Variantları araşdırıb, məqsədəuyğun yolu tapır
Şərtdən asılı olaraq alınacaq
nəticəni müəyyən edə bilir
Bir neçə şərti olan alqoritmləri yerinə yetirə bilir
Ev tapşırığı. İş dəftərindəki 4-cü çalışmanın yerinə yetirilməsi.
69
Dərs
17
/ Mövzu:
TƏKRARLANAN HƏRƏKƏTLƏR
MOTİVASİYA
Müəllim dərslikdə verilmiş hazırlıq sualına istinad edir:
–
Hovuzu quyunun suyu ilə doldurmaq üçün nə etmək lazımdır? Bu zaman hansı hərəkətlər bir neçə dəfə
təkrarlanacaq?
Şagirdlərin fikirləri dinlənilir. Müəllim:
–
Suyu eyni zamanda 2 vedrə ilə daşısan, təkrarlanan hərəkətlərin sayı necə dəyişər?
Təkrarlanan hərəkətlər dövr, belə hərəkətlər olan alqoritm isə dövri alqoritm adlanır.
Lövhədə tədqiqat sualı və şagirdlərin fərziyyələri yazılır.
Tədqiqat sualı:
Dövri alqoritmlər hansı xüsusiyyətlərə malikdir və onları necə qurmaq olar?
TƏDQİQATIN APARILMASI
Müəllim dərslikdən istifadə edərək, şagirdlərin fəal iştirakı ilə yeni informasiyanı şərh edir. Sonra müəllim
şagirdləri kiçik qruplara bölür və hər qrupa tapşırıq verir.
DƏRSİN MƏQSƏDİ
• təbiətdə və ətraf aləmdə təkrarlanan proseslərə nümunələr göstərmək;
• dövri alqoritmlə xətti alqoritmləri fərqləndirmək;
• dövr olan alqoritmləri yerinə yetirmək;
• dövr olan alqoritmlərdə təkrarlanan addımları müəyyən etmək;
• sadə dövri alqoritmləri blok-sxemlərlə təsvir etmək.
Əsas ANLAYIŞLAR
Alqoritm, dövr, dövri alqoritm, təkrarlanan göstərişlər, şərt
Dərsin TİPİ
İnduktiv
İstifadə olunan
İŞ FORMALARI
Qruplarla iş
İstifadə olunan
ÜSULLAR
Diskussiya, beyin həmləsi, oyun
Fənlərarası
İNTEQRASİYA
H-b. – 4.2.1, 4.2.4, Tex. – 1.2.3, 2.1.4, F-t. – 1.2.1, 2.1.1, 2.1.3
Təchizat
İş vərəqləri
Proqram təminatı
Oyun tipli kompyuter proqramları
I qrup:
Almaların yığılması
Addımları bloklarda elə
yerləşdirin ki,
alqoritmdə dövr alınsın.
Almanı səbətə qoy
Ağacda alma qalıbmı?
Alma ağacına yaxınlaş
Son
Başlanğıc
Almanı dər
Hə
Yox
Təkrarlanan
blokları qırmızı
karandaşla
rəngləyin.
II qrup:
Qabların yuyulması
Addımları bloklarda
elə yerləşdirin ki,
alqoritmdə dövr
alınsın.
Kranı bağla
Bütün boşqablar
yuyulubmu?
Son
Başlanğıc
Kranı aç
Hə
Yox
Çirkli boşqabı yu
Təkrarlanan
blokları qırmızı
karandaşla
rəngləyin.