Microsoft Word Gulnara-kitab son doc



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə15/61
tarix30.10.2018
ölçüsü1,55 Mb.
#76565
1   ...   11   12   13   14   15   16   17   18   ...   61

AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi 
********************************************************** 
 
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
53
 
 
 
  
gələn indiki zamandır. Məs.: yazmaqdayam, yazmaqda-
san, yazmaqdadır, yazmaqdayıq, yazmaqdasınız, yaz-
maqdadırlar və s.  
Bəzi dilçilərimiz isə -maqda, -məkdə şəkilçisini in-
diki zamanın 2-ci bir forması kimi deyil, felin xüsusi 
forması  şəklində  təqdim etmişlər. Z.Tağızadə  -maqda
2
 
şəkilçisinin felin davamlı  şəklinin morfoloji göstəricisi 
olduğunu qeyd edir
1

Prof.T.Ə.Əfəndiyeva  -maqda, -məkdə  şəkilçisi ilə 
bağlı yazır:“Bu şəkilçi ilə əmələ gələn zaman formaları-
nı (danışanın nöqteyi-nəzərindən) maksimal şəkildə ob-
yektiv olan xəbər şəklinin zaman formaları qrupuna aid 
etmək lazımdır”
2
.  
Azərbaycan dilindən başqa türk, qaqauz, qırğız, 
qazax, qaraqalpaq, noqay, özbək, qaraçay-balkar, uyğur, 
qumuq dillərində də -maqda,-məkdə və eyni mənanı bil-
dirən bu və ya digər formalardan istifadə olunur. Bu dil-
lərdən türk dilində  -makta, -mekte,  -mada, -mede, qa-
qauz dilində  -makta, -mekte, qumuq dilində  -maqda,      
-mekde, özbək dilində  -maqda, uyğur dilində  -maqta,    
-məktə, krım tatarlarının dilində  -maqta, -mekte  şəkilçi 
variantları, qazax dilində -(u)uda, -(ü)üde,qırğız dilində 
-(u)uda, -(ü)üdö, qaraçay-balkar dilində  -ıuçu, -ıuçan
noqay dilində isə -(u)uda, -(ü)üde şəkilçiləri işlənir. 
                                                 
1
 Müasir Azərbaycan dilinin morfologiyası. Bakı, APİ-nin nəşri, 1961,     s. 145.  
2
 Əfəndiyeva T.Ə.Felin keçmiş zaman formaları.Bakı,“Nurlan”,2005,s. 24.  
AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi 
********************************************************** 
 
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
54
 
 
 
 
Bu forma qaraçay-balkar dilində bir qədər fərqli 
mövqeyə malikdir. Belə ki, sadaladığımız türk dillərin-
də bu şəkilçilərdən yalnız biri müşahidə olunduğu hal-
da, qaraçay-balkar dilində  hər iki şəkilçi variantından 
istifadə olunur.“-makta formasına hərdən türkməncədə 
də, əsas etibarilə də mətbuatda rast gəlinir”
1
.  
Azərbaycan dilində bu “zaman forması”na münasi-
bətlə bağlı fikir ayrılığı mövcuddur. Bu, digər türk dillə-
rində də özünü göstərir.  Belə ki, haqqında danışdığımız 
forma yuxarıda sadaladığımız türk dillərində müşahidə 
olunsa da,əgər dilçilərin birinci qismi(məsələn,A.N. Ko-
nonov)  -maqda,  -məkdə formasını felin indiki zaman 
forması kimi qəbul edib xüsusi terminlərlə verirsə, ikin-
ci qisim dilçilər(N.N.Canaşia, A.Qulamov) onu zaman 
forması hesab etmir və ad forması adlandırırlar. Üçüncü 
qrup dilçilər (A.Xaciyev) isə birinci qrup dilçilər  kimi    
-maqda,  -məkdə formasını indiki zaman forması olaraq 
qəbul edir, lakin onu xüsusi terminlərlə deyil, sadəcə in-
diki zamanın daxilində göstərirlər.  
A.N.Kononov türk və özbək dillərində  -makta,      
-mekte şəkilçili xüsusi zaman formasının olduğunu qeyd 
edərək onu davamlı indiki zaman adlandırır
2
.  
                                                 
1
Serebrennikov B.A.,Hacıyeva N.Z.Türk dillərinin müqayisəli tarixi qramma-
tikası. Bakı, Səda nəşriyyatı, 2002, s. 219.  
2
Кононов А.Н. Грамматика современного турецкого литературного языка. 
М.-Л.,Изд. АН СССР, 1956, с.229; Кононов А.Н.Грамматика современного 
узбекского литературного языка.М.-Л.,Изд.АН. СССР, 1960, с. 214.  


AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi 
********************************************************** 
 
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
55
 
 
 
  
Fikrimizcə, məsdər+yerlik hal şəkilçisini, başqa 
sözlə desək,  -maqda,-məkdə  formasını müstəqil zaman 
forması kimi təqdim etmək düzgün deyildir.  
Əvvəlcə qeyd edək ki,bütün zaman formaları müs-
təqil təsriflənmə xüsusiyyətinə malikdir. Həmin zaman 
formalarını əmələ gətirən morfoloji göstəricilərdən fərq-
li olaraq -maqda, -məkdə forması “məsdərin isim kimi 
hallanması olub, öz-özlüyündə qeyri-predikativ forma-
dır”
1
. Ona görə  də onu nəinki müstəqil, yaxud yarım-
müstəqil zaman forması kimi, ümumiyyətlə felin za-
manları daxilində vermək düzgün deyildir.Doğrudur, 
biz  -maqda, -məkdə formasının hərəkət və zaman an-
layışına malik olmasını inkar etmirik. Amma yalnız bu 
xüsusiyyətinə görə onu müstəqil zaman forması kimi 
vermək olmaz. Çünki felin digər şəkillərində də zaman 
anlayışı vardır və yalnız zaman anlayışının olması hələ 
onun felin müstəqil zaman forması olmasına dəlalət et-
mir. Digər tərəfdən də dilimizdəki bütün zaman forma-
ları inkar şəkilçisi qəbul etdiyi halda, -maqda, -məkdə 
formasının  -ma, -mə inkarlıq  şəkilçisi qəbul etməsi 
mümkünsüzdür.  
Maraqlıdır ki, -maqda,-məkdə forması xəbərlik şə-
kilçisi qəbul etmiş ismin zamanlar üzrə dəyişmə forması 
ilə üst-üstə düşür: 
                                                 
1
Məmmədova N. Azərbaycan dilində fel şəkilllərinin semantikası. Nam. 
Dis.  Bakı, 2000, s. 12.  
AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi 
********************************************************** 
 
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
56
 
 
 
 
oxumaqda idim                 müəllim idim 
oxumaqdayam                  müəlliməm 
oxumaqda olacağam         müəllim olacağam  
Yeri gəlmişkən, diqqəti bir məsələyə də yönəltmək 
istərdik.  
Dilçilikdə “şəxs kateqoriyası” və “xəbərlik kateqo-
riyası” adlandırılan, əslində, isə eyni şəkilçilərlə forma-
laşan,mahiyyətcə eyni vəzifəni yerinə yetirməyə xidmət 
edən bu kateqoriyanı xüsusi terminlərlə  təqdim etmək 
və onları bir-birindən fərqləndirmək düzgün deyildir. 
getmişəm   gedirəm       gedəcəyəm    mühəndisəm 
getmisən    gedirsən      gedəcəksən    mühəndissən 
getmişdir   gedir           gedəcəkdir     mühəndisdir 
getmişik     gedirik        gedəcəyik       mühəndisik 
getmisiniz  gedirsiniz   gedəcəksiniz   mühəndissiniz 
getmişlər  gedirlər      gedəcəklər      mühədis(dir)lər 
Göründüyü kimi, mahiyyət etibarilə fərq müşahidə 
olunmur.Yeganə fərq ondan ibarətdir ki,əgər şəkilçi bi-
rində fellərə artırılırsa, digərində adlara (burada ismə) 
əlavə olunur.Bunları birləşdirən digər xüsusiyyət həm-
çinin, onların sıra kateqoriyasına görə də eyniliyidir. Bu 
kateqoriya felin zamanlarında hər üç zaman üzrə özünü 
göstərir.  
Y.Seyidova görə, “Xəbərlik sintaktik termin oldu-
ğuna görə burada termin kimi,“şəxs” sözünə üstünlük 
verilə bilər və  tərəddüd etmədən həmin kateqoriyanı 
“şəxs kateqoriyası” adlandırmaq olar.  


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə