Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
109
cəmində şəxs sonluğunda s samitinin (-san
2
,-sın
4
,-sınız
4
)
işlənməsi şərtdir.Yalnız oğuz qrupu türk dillərindən
olan qaqauz dilində -acak, -ecek
şəkilçisi ilə ifadə
olunan qəti gələcək zaman təsrif olunarkən ikinci şəxsin
təkində -san, -sen
deyil, -an, -en, cəmində -sınız, -siniz,
-sunuz, -sünüz deyil, -nız, -niz, -nuz, -nüz şəxs sonlu-
ğundan istifadə olunduğunun şahidi oluruq. Məs.: Bu-
rayı kaç türlü anılmış yılaççılar geldi, hiç birisi de bişey
yapamadı da sen mi alıştıracan? – Gel biz seni geçire-
lim, teklif etmiş şeytannar yalpak -ama bize suyun orta-
sında biraz kemanca çalacanmı?(Masallar); -Nayın, bu-
rasını da mı göreceniz? (D.Kara Çoban); - Göreceyniz
siz! Taptınız şeytanna, şeytan da olacэnız...; – Gidecän!
–Baardı bir öküz sesindä şef hem sıbıttı Savastioglunun
gözlerinä bir eşil kiat–yarına gelecez, hazır bulalım (N.
Baboglu).
Azərbaycan və türk dillərindən fərqli olaraq qaqauz
dilində bu xüsusiyyət ədəbi dil norması sayılır.
Qəti gələcək zamanda ikinci şəxsin təkində şəxs
sonluğunun bu cür ifadəsi Şəki dialektinin Qışlaq şivə-
sində də müşahidə olunur
1
. Yalnız burada ikinci şəxsin
cəmində də müəyyən dəyişikliklər özünü göstərir. Məs.:
alıcanalıcūzdiycənsən, diycūz< deyəcəksiniz və s.
Orta əsr Azərbaycan dili materiallarına nəzər yetir-
dikdə, qrammatik gələcək zamanda -acaq, -əcək zaman
1
İslamov M.İ. Azərbaycan dilinin Nuxa dialekti. Bakı, 1968,
s. 126.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
110
şəkilçisini əvəz edən -isər şəkliçisinin işləndiyinin şahi-
di oluruq. Müasir ədəbi dilimizdə bu şəkilçidən istifadə
olunmur. Maraqlıdır ki, -isər formasına dilimizin dia-
lekt və şivələrində də rast gəlinmir.
S.Əlizadə yazır:“Ədəbi dilimizin tarixində XVI əsr-
dən başlayaraq - acaq, -əcək şəkilçisi qəti gələcək zama-
nı ifadə edən əsas forma olmuşdur. Bunun isə xüsusi
əhəmiyyəti vardır. -acaq, -əcək formasının qəti gələcək
zaman şəkilçisi kimi fəallaşması, universallıq kəsb et-
məsi ədəbi dilimizin tarixində yeni mərhələnin başlan-
masını xəbər verirdi, eyni zamanda(türk) osmanlı ədəbi
dilinə rəğmən yeni morfoloji hadisə təsiri bağışlayırdı.
Çünki XIV-XV əsr Azərbaycan və XVI əsr osmanlı
ədəbi dilləri üçün qəti gələcək zamanda -isər forması
səciyyəvi idi”
1
.
Z.Budaqova və T.Hacıyevin birgə müəllifləri olduq-
ları “Azərbaycan dili” kitabında yazılır:“Gələcək məz-
munu bildirmək üçün -isər Füzuli dilində son dərəcə
seyrəlir. O biri tərəfdən həmin zaman kəsiyindəcə bədii
üslubun folklor-danışıq təzahüründə, xüsusilə onun nəsr
qolunda -acaq üstünləşir ki, bu da ədəbi-gəlmə müqabi-
lində xalq dili formasının fəallaşmasına dəlalət edir.
Daha bu, ədəbi dil normasında zaman irəliləyişi ilə bağ-
lı təkamül deməkdir. XIII-XIV yüzilliklərlə XV-XVI
yüzilliklər arasında yarımmərhələ səviyyəsində norma
fərqləri yaranmasına dəlalət edir
2
.
1
Əlizadə S.Q. Orta əsrlərdə Azərbaycan yazı dili.Bakı,ADU,1985, s. 65.
2
Budaqova Z., Hacıyev T. Azərbaycan dili. Bakı, Elm, 1992, s. 73.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
111
H.Mirzəzadə -isər şəkilçisini Azərbaycan dilinə
məxsus şəkilçi hesab etmir və bununla bağlı yazır:
“Bizcə, bu şəkilçi Azərbaycan dilinə xas şəkilçi deyil-
dir, onu başqa türk dillərinin təsiri kimi qəbul etmək
daha doğru olardı. Xalq dilində öz əksini tapmamış
-isər şəkilçisinə xalq yaradıcılığı materiallarında da rast
gəlmək olmur
1
.
Qeyri-qəti gələcək zaman.Bu zaman formasının
şəkilçiləri müasir Azərbaycan dilində -ar,-er; türkmən
dilində -ar, -er; türk və qaqauz dillərində -ar, -er (-är),
-ır, -ir, -ur, -ür, -r; qazax, noqay, qaraqalpaq, xakas dil-
lərində -r, -ar, -er; qaraçay-balkar, qumuq, tuva dillə-
rində -(ı)r,-(i)r, -(u)r, -(ü)r, -ar, -er; qırğız, yakut dil-
lərində -r, -ar, -er, -or, -ör; başqırd dilində -ır, -ir, -ur,
-ür; altay dilində -r, -ır, -ir, -ur, -ür, -ar, -er, -or, -ör;
barabin tatarlarının dilində -r, -ır, -ir, -ar, -ər variantla-
rında müşahidə olunur.
-ar, -ər şəkilçili zaman formasının müşahidə olun-
duğu hər bir türk dilində bu formal əlamət iki variantda
olduğuna görə, yəni açıq damaq saitləri ilə işləndikləri
üçün birinci və ikinci şəxsin cəmində təsdiq və inka-
rında şəxs şəkilçiləri dörd variantda olduğu halda, yal-
nız onların iki variantından istifadə olunur. Başqa sözlə
desək, І şəxsin cəmində -ıq, -ik, -uq, -ük yaxud -ız, -iz,
-uz, -üz şəxs sonluqlarından -ıq, -ik yaxud -ız, -iz; ІІ
şəxsin cəmində isə -sınız, -siniz, -sunuz, -sünüz yaxud
1
Mirzəzadə H.Azərbaycan dilinin tarixi qrammatikası.Bakı,1990,
s.154.
Dostları ilə paylaş: |