Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
106
özbək: uracaksan uracaksiz
başqırd: ukıyacakhıŋ ukıyacakhığız
krım-tatar: alacakъsınъ alacakъsı(nъı)z
kazan-tatar: oçaçaksıŋ oçaçaksız
yakut: bastıağıŋ bastıaxxıt
III şəxs:
Azərb.: alacaqdır alacaqlar
türk: gelecek gelecekler
türkmən: ol bilcek
olar bilcek
qaqauz: bulacek bulaceklar
noqay: alayak alayaklar
qumuq: atažäq atažäqlar
özbək: uracak uracaklar
başqırd: ukıyacak ukıyacaktar
krım-tatar: alacakъ alacakъ(lar)
kazan-tatar: oçaçak oçaçaklar
yakut: bastıağa bastıaxtara
Azərb.:–Bəli,elədir. Birinci dərs ana dilidir, arada
nəğmə ilə
qovuşacaqdır.Nəğməmiz böyük şair Füzuli-
nin “Meyvələrin söhbəti” poemasından bir parçanın
avazla, mahnı təki
oxunub öyrədilməsi olacaqdır(S.Əh-
mədov, Yasaq edilmiş oyun); türk: Orhan – Sağ olun...
Elimden geldiği kadar faydalı olma ğa
çalışacağım
(N.Hikmet,Her şeye rağmen); qaqauz:Gezdim sürüleri,
sürekleri xem xergeleri, öbür günä xepsi yola deyni
xazır olaceklar (N. Baboqlu, Legendanın izi); kazan-
tatar: El axırına bik küp torak yortlar faydalanuqa
tapşı-
rılaçak. Kultura saraen kiləse elqa salıp
beterəçəkbez
(Татарско русский словарь) və s.
Göründüyü kimi, bu morfoloji əlamət müasir Azər-
baycan
dilində -acaq, -əcək, türk dilində
-acak, -ecek,
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
107
türkmən dilində
-cak, -cek, qaqauz dilində
-acek, -ecek,
noqay dilində
-ayak, -eyek, qumuq dilində
-ažaq, -ežєk,
başqırd dilində
-acak, -əcək,
özbək dilində -acak, ka-
zan-tatar dilində
-açak, -eçek, krım-tatar dilində
-acaқ,
-ecek, yakut dilində
-ıax, -iex, -uax, -üex formalarında
təzahür edir.
Müasir türkmən dilində
-acaq, -əcək şəkilçisi
-cak,
-cek şəklində özünü göstərir və türkmən dilində yalnız
qəti gələcək zaman formasında şəxs şəkilçilərinə təsa-
düf olunmur. Daha dəqiq desək, bu formalı fellər şəxs-
lər üzrə təsrif olunmur. Buna görə də fel formasından
əvvəl şəxs əvəzlikləri işlənir:
men bulcak, sen bulcak, ol
bulcak, biz bulcak, siz bulcak, olar bulcak və s.
M.Şirəliyev bu münasibətlə yazır:“Bu hadisəni mən-
cə, dissimilyasiyanın təsiri ilə
c qarışıq səsinin parçalan-
ması nəticəsi kimi izah etmək olar. Nuxa və Quba dia-
lektlərində III şəxs tək
və cəmdə gələcək zaman şə-
kilçisi feli bağlama
(-a,-ə) şəkilçisi olmadan
-cax şəklin-
də işlənir. Nuxa dialektində
-cax şəkilçisindən əlavə
-
cıx' şəkilçisi də işlənir”
1
.
Türkmən dilində qəti gələcək zamanın inkar forması
bütün zaman formalarının inkarını əmələ gətirən
-ma,-
mə inkarlıq şəkilçisi ilə yox,
dəl “deyil” sözü ilə
meydana çıxır. Təbii olaraq bu məqamda da şəxs şəkil-
çiləri işlənmir və şəxs əvəzliklərinin fel formasından
1
Şirəliyev M.Azərbaycan dialektologiyasının əsasları.Bakı, 1962,
s. 236.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
108
əvvəl iştirakı vacibləşir:
men alcek dəl, sen görcek dəl,
ol bilcek dəl və s.
Naxçıvan dialektində II şəxs tək və cəmdə qəti gə-
ləcək zamanı ifadə edən
-as, -əs, qazax dialektində
-aş,
-əş şəkilçilərinə də təsadüf edilir. Məsələn:
tutassan, tu-
tassız (Naxçıvan), gedəşşəŋ, gedəşşiŋiz (Qazax)
1
.
Tovuz rayonunun Düz Qırıqlı, Qovlar və Xatınlı
kənd şivələrində ikinci şəxs tək və cəmdə daha səciy-
yəvi zaman şəkilçiləri işlədilir. Düz Qırıqlı və Qovlar
kənd şivələrində işlədilən
-ış/-iş/-uş/üş (səssizlə bitən-
lərdə),
-yış/-yiş/-yuş/-yüş(səsli ilə bitənlərdə)
; və Xatınlı
kənd şivəsində işlədilən -
aş/-eş/-oş/-öş(səssizlə bitənlər-
də),
-yaş/-yeş/-yoş/-yöş(səsli ilə bitənlərdə)
zaman şəkil-
çilərinə başqa dialekt və şivələrimizdə, demək olar ki,
təsadüf
edilmir
2
.
Müasir Azərbaycan dilinin dialektlərində daha bir
xüsusiyyət diqqəti cəlb edir.Borçalı rayonu şivələrində
II şəxsin tək və cəmində
-acaq
2
şəkilçisinin fonetik va-
riantı olan
–ac,-əc, bəzən də
-aj,-əj şəkilçisilə
-an
2
(tək-
də) və
ınız
4
(cəmdə) şəxs sonluqları işlədilir.Məsələn:
bi-
ləjən (biləcəksən),
oxuyajınız (oxuyacaqsınız),
vurajan
(vuracaqsan) və s.
Bu vəziyyət türk dilində də müşahidə olunur. Məs.:
Sıtkı – Köye bir saatte mi
varacağın? (N. Hikmet).
Göründüyü kimi, şəxs sonluğundakı
s samiti düşür.
Halbuki,bütün türk ədəbi dillərində ikinci şəxsin tək və
1
Yenə orada,s. 235.
2
Şirəliyev M.Azərbaycan dialektologiyasının əsasları.Bakı, 1962,
s. 125.