Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
184
edir:Azərb.:Bax, bu ispiçkanı nişan qoyacam. Əgər bi-
rinci gülləyə vura bilsəm,gedirik. Əgər vura bilməsəm,
sən deyən olsun, qayıdırıq(İ.Şıxlı, Ölən dünyam); Əgər
Səriyyə soruşsa ki, “o nə gurultudur” mən tamam biga-
nə ifadə ilə deyirəm ki, “görəsən, yenə yuxarıdan hey-
vandan-zaddan keçib nədir...yıxıl yat.. (İ.Əfəndiyev); -
Şamil müəllim, onda belə danışaq - mayın birində nü-
mayiş qurtqran kimi yığışıb gedirik Ziya balamızın
elçiliyinə, danışdıq? (S.Səxavət, Daş evlər).
Bu cümlələrdə gələcəkdə nəzərdə tutulan və ya
ehtimal olunan hərəkət indiki zaman şəkilçisi ilə ifadə
olunmuşdur, başqa sözlə, gedərik, qayıdarıq, deyərəm,
gedərik əvəzinə gedirik, qayıdırıq, deyirəm, gedirik
işlənmişdir.
-ar<-acaq. Azərb.:-Yox,Adil, -dedi, -körpünü sa-
lıb qurtarmayınca heç yerə getmərəm(İ.Əfəndiyev,
Körpüsalanlar); türk: Eski azatlıların çocuklarına da
bayramda bir şey yapamazsan gözüm açıkta giderim
1
-dı<-acaq. “-dı... şəkilçisi vasitəsilə ifadə olunan
gələcək zaman anlayışında qətilik daha kəskin çalarlı-
dır, icra olunmaq üçün nəzərdə tutulan hərəkət qarşı-
sıalınmazdır. -acaq... şəkilçisi ilə ifadə olunmuş gələ-
cəklik nə qədər qəti olsa da, hərəkətin icrasında istisna
ola bilər, müsahib hərəkətin icra olunmasına etiraz edə
bilər, onu təxirə sala bilər və s”
2
.
Azərb.: –Gəlməyəcəklər ki?.. – Bəlkə yayda gəl-
dilər. Ancaq deyirdi ki, getmək istəmirəm (S.Səxavət,
Daş evlər); -Klubda gənclərin iclası olacaq, sonra da
1
http://yazıkiiteratura.boom.ru/linqva.html.
2
Məmmədov İ. Azərbaycan dilində qrammatik sinonimlik. Bakı, Azərb.
Dövlət Universiteti, 1985, s. 109.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
185
kino göstərəcəklər, gələcəksənmi? – Bəlkə gəldim, -
deyə Zərifə könülsüz cavab verdi(M.Süleymanov, Ye-
rin sirri); -Dur, Səriyyə xala, gəl halallaşaq, kim bilir
bir də bir-birimizi grəcəyikmi? Bəlkə mən Rəştə, əmi-
min yanına getdim...; -Səriyyə xala, bu oğlan sənə Səa-
dət xanımın evini nişan verər. Onun əsil adı Qəmərba-
nudur. Bəlkə Gülnazı tapdın (M.İbrahimov, Gələcək
gün); - Yəqin bu mənim axırıncı quyumdu. Kim bilir,
bəlkə Minnət qarıdan tez ölüb getdim...(İ.Məlikzadə,
Quyu); ...Sabah orada görüşərik. Bəlkə,Gülmalı kişinin
oğlunu da orada gördüm (S.Əhmədov, Gülmalı kişinin
axırı); türk:Müneccim-(Düşünür) Hastayı iyi edemez-
lerse biz de öldük (N.Hikmet).
-dı < -ar. Azərb.: - Birdən gəldi?.. –Bu, əlbəttə, o
deyən söz idi ki, yəni mən sənə inanıram, öz işində ol,
mənə fikir vermə (Elçin, Ağ dəvə);
Türk və Azərbaycan dillərinin zaman baxımından
oxşar cəhətlərindən biri də -maz, -məz şəkilçisinin bi-
rinci şəxsin təkini ifadə edə bilməsidir. Belə ki, bəzən
üçüncü şəxsin təki birinci şəxsin təkini əvəz edə bilir
və bu zaman heç bir şəxs sonluğundan istifadə olun-
mur. Maraqlısı budur ki, üçüncü şəxsin təki birinci
şəxsin təkinin yerində işlənərkən gələcək zaman for-
masını deyil, indiki zamanın inkarını ifadə edir. Məs.:
Azərbaycan dilində:
Hiç məraq istəməz, xayır, haşa
Bana sən mane olmadın əsla.
Şu qəza doğdu bir təsadüfdən,
Məni tale ayırdı Arifdən (H.Cavid, İblis)
İstəməz başqa laf!
Söylə, açıq söylə, hər nə var, söylə!
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
186
Doğru söylə, İsmət! Şaşırma böylə.(H.Cavid, Ana)
-Dərisini sənin üçün qurudacağıq, -dedi. –Sağ olun,
istəməz (İ.Əfəndiyev); -Kağızlarını bəri ver baxım. –
İstəməz, -Əsmər başını buladı, kağızlarda hər şey
yerindədir (M.Süleymanov); türk dilində: Mehmene
Banu – gidin (Servinaza). Sen Gülteni yolla buraya.
Gelen –İstemez, kimse gelmesin(N.Hikmet); Kahval-
tıdan sonra Hayriye Hanım, kocasının öğle yemeğini
hazırlamağa başlamıştı. Ali Rıza bey, kızararak: -İste-
mez hanım, zahmet etme...dedi (R.N.Güntekin, Yaprak
dökümü).
Türk dilində geniş zamanın birinci şəxsin təkinin
inkarını bildirən -mam, -məm şəkilçisi bəzən indiki za-
man formasını əvəz edə bilir və bu xüsusiyyətə Azər-
baycan dilində də rast gəlinir. Azərbaycan dilində:
Bilməm, bu da bir həyatmı, yahu?
Bir gün bizə Varmı rahət uyqu? (H.Cavid, İblis)
Qaqauz dilinin səciyyəvi xüsusiyyətlərindən biri də
açan “haçan” sözünün feli bağlama şəkilçilərini əvəz
edə bilməsidir; məs.:
Açan biz geldik, kız yoktu orada (D.Kara Çoban,
Tamannık); Tätü, ama niҗeydi o zaman, açan siz
başladınız? Hadi soolä! Söölesänä ba-a-a!; Açan
sesleyiҗilär bunnarı işittilär hepsi başladılar bayıla-
bayıla gülmää, sadä benim çoҗuum Lambu eltenmädi
gülsün, o, bezbelli, yınanamazdı, ani bu işlär var aslı;
Açan o etişti, primprietor taa gelmemişti (N.Baboqlu).
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
187
NƏTİCƏ
Türk dillərində felin zamanlar sistemində ümumi
cəhətlərlə yanaşı xüsusi cəhətlərin olması onu göstərir
ki, hər bir türk dilində felin zamanlarının özünəməxsus
inkişaf tarixi vardır. Müasir türk dillərində felin za-
manları mövzusunda apardığımız tədqiqat nəticəsində
əldə olunmuş nəticələr aşağıdakılardan ibarətdir:
1. İstər Azərbaycan dilçiliyində, istərsə də digər
türk dillərində felin zamanları ilə bağlı kifayət qədər
tədqiqatlar aparılsa da, onların sayının müəyyənləş-
dirilməsi ilə bağlı qəti fikir söyləmək çətindir. Çünki
hər bir türk dilində fel 3 məntiqi zaman kateqoriyasına
əsaslansa da, qrammatik cəhətdən müxtəliflik hökm
sürür.
2.Türk dillərində felin zaman formalarının müqayi-
səsindən aydın olur ki, felin bəzi zaman şəkilçiləri
(-ar, -dı) bütün türk dillərində, bəzi zaman şəkilçiləri
qrup daxilində (-mış) – oğuz qrupu türk dillərində və
salar dilində; bəziləri (-a, -e, -y; -qan, -kən) əksər türk
dillərində – qıpçaq, bulqar, karluq qrupu türk dillərində
özünü göstərir.
Bəzi zaman şəkilçiləri qrup daxilində (-mış) – oğuz
və karluq qrupu türk dillərində və tuva dilində mü-
şahidə olunur. Lakin -mış zaman şəkilçisinin istifadə
olunduğu digər türk dillərindən fərqli olaraq salar di-
lində fərqli mövqedə çıxış edir və bu xüsusiyyət yalnız
bu dil üçün xarakterik hesab olunur. Belə ki, salar di-
lində -mış zaman şəkilçisi -dı şəkilçisinin fonetik va-
riantı olan -ži-nin ekvivalenti hesab olunaraq, biri digə-
Dostları ilə paylaş: |