Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
181
mızda da olsa aydınlatmaya
yardımcı oluruz (A.Men-
güç, Kum saati); qaqauz:
-Kurtar beni, kardaşım, büük
iilik sana
yaparım! (Qaqauz folkloru).
3. Qeyri-qəti gələcək zaman gələcəkdə ardıcıl
icra olunacaq iş, hal yaxud hərəkəti bildirir. Məs.:
Azərb.: – Qış
ötər, yaz
keçər, yay
gələr. Bu ağac bir
armud
bar verər. O armud yetişəndə verərsən Mahmu-
da
yeyər, həmən də sənin dərdinə
əlac olar(Elçin,
Mahmud və Məryəm).
4.
-ar, -ər şəkilçili gələcək zamanın spesifik cə-
hətlərindən biri məhz onun bütün zamanları əhatə edə
bilməsidir. Məs.:türk:Sarhoşluk kusur yaratmaz, kusur-
ları gözönüne
çıkarır (A.Boysan, Zıkkımlanmak); De-
nizde
boğulan insan seni de boğar(A.Mengüç, Çim-
mek mi?).
-ar, -ər şəkilçili gələcək zamanın bu xüsusiyyəti,
eyni zamanda, atalar sözləri, zərb məsəlləri, tapmaca-
larda geniş yayıldığından, demək olar ki,
bütün türk
dilləri üçün səciyyəvidir. Məs.:Azərb.:Özgəsinə quyu
qazan özü
düşər; Cücəni payızda
sayarlar; türk:İt
hü-
rür, kervan
yürür; Kör Allah`a nasıl bakarsa Allah da
köre öyle
bakar; türkmən:Yurdı belet
çapar; noqay:
Tav tavqa jalukpas, Adam adamqa
jaluqur “Dağ dağa
rast gəlməz, İnsan insana rast gələr”
1
; uyğur: Aq yädä
bala
yatur Kır) “ağ yerdə bala yatar”(Tarla)
2
. Bu
xüsusiyyət
-ar,-ər şəkilçili gələcək zamanın inkar for-
masındada geniş yayılmışdır.Məs.:türk:Görünen köy
klavuz
istemez; uyğur:Kuruk şakka koşkaç
konmas
3
.
1
Н.А.Баскаков. Ногайский язык и его диалекты, s.158
2
С.Е. Малов. Уйгурские тексты, s.119
3
Yenə orada. s.122
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
182
Gələcək zamanla bağlı bəzi
üslubi məqamlar da
xüsusi maraq doğurur.
-acaq<-ır. Bu üslubi məqam zamanı
-acaq şəkil-
çili gələcək zaman forması ilə işlənmiş fel mənaca in-
diki zamanın ifadəsinə xidmət edir: türk: Orhan – (Ay-
şeye) Ben sizi bir yerlerden tanıyacağım...(N.Hikmet);
qaqauz: Uzattı şişeyi Varaklıya: - İçeҗän mi? (D.Kara
Çoban).
-ır<-acaq. Bəzən indiki zaman şəkilçiləri qəti
gələcək zamanın şəkilçilərinin ekvivalenti kimi çıxış
edərək biri digərinin sinonimi olur və cümlədə
-ır
indiki zaman şəkilçisi asanlıqla
-acaq qəti gələcək
zaman şəkilçisinin yerində işlənə bilir.
Aşağıdakı nümunələr də sübut edir ki,
bu türk dil-
lərində geniş yayılmış üslubi məqamlardandır.
A.Axundov indiki zamanın gələcək zaman
məqamında işlənməsinin səbəbini gələcəyin qəti hesab
edilməsi ilə bağlayır
1
.
Azərb.:Bu gün tennis oynayırıqmı? – deyə nəvaziş-
lə gülümsəyərək ondan soruşdum; -Demək, bunu qur-
tarandan sonra yuxarıda, Qızılqayanın altındakı körpü-
nü başlayırıq?(İ.Əfəndiyev,Körpüsalanlar); -İşdən çıx-
mışam. Çamadanımı hazırla, axşam yola düşürəm (İ.
Məlizadə, İki gün qabaq); -Tələbəyəm. Bu
il universi-
teti qurtarıram(S.Səxavət,Daş evlər); Gələn il köçürəm
Şuşaya - ana vətənə. Qəti sözümdü...(İ.Məlikzadə, Gü-
nəşli payız); Toçilov sevindi:-Nə yaxşı, nə yaxşı! Qu-
yu bəs havaxt qurtarır?; Gülşən radioya yaxınlaşdı: -
Filarmoniyada bu axşam yaxşı konsert verirlər, görək
1
Axundov A.A. Dilin estetikası. Bakı, Yazıçı, 1985,
s. 83.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
183
nə oxuyurlar, -dedi (M.Süleymanov,Yerin sirri); Məm-
mədbağır:- Qəzeti oxuyub gedib yatıram...-dedi (Elçin,
Ağ dəvə); Gəldiyev paltosunun boğazını qaldırıb, dəh-
lizə çıxanda Ağca xanım dalınca gəldi: “Axşam göz-
ləyirəm” (Mir Cəlal, Açıq kitab); türk: -Şişman kadın-
(oturduğu yerden müdüre) Peki ama, ben yarın sabah
Parise gidiyorum...Dört saat şimdi gece yarısı sıra bek-
liyemem doğrusu kasanızın önünde; Şişman kadın –
Niye iltimasmış? Ben yarın şafakla Parise uçuyorum
(N.Hikmet); Zerzevatçı- (Hizmetçiye) Başınız
sağ ol-
sun...Allah gani gani rahmet eylesin...Cenaze ne vakit
kalkıyor?; Ferhad- İnsan yıllarca da konuşmasa ana
dilini unutur mu, baba. İşe ne zaman başlıyorsunuz?
(N.Hikmet); qaqauz: - Kömür bulacez yarın bän gide-
rim rayona, kopardaҗam kolxoza deyni iki-üç ton
(N.Baboqlu, Legendanın izi).
Bu cümlələrdə “hərəkətin icrası məntiqi cəhətdən
gələcək
zamana aid olduğu halda, qrammatik cəhətdən
indiki zamanı bildirir. Ümumiyyətlə, bütün qrammatik
zaman formalarında belə məntiqi sərbəstlik müşahidə
olunur”
1
.
İ.Tahirov bu xüsusiyyəti, yəni
-dı şəkilçili keçmiş,
-ır şəkilçili indiki zamanın
gələcək zaman yerində iş-
lənməsini gələcək zaman mikrosahəsində ikinci dərə-
cəli morfoloji komponentlər sırasında göstərir
2
.
-ır<-ar. Bəzən indiki zaman forması qeyri-qəti gə-
ləcək zaman formasının yerində işlənərək onu əvəz
1
Axundov A.A. Ümumi dilçilik ( Dilçiliyin tarixi nəzəriyyəsi və
metodları). Bakı, “Maarif” nəşriyyatı, 1979, s. 83.
2
Tahirov İ. Temporallıq sahəsinin üfüqi strukturu (Azərbaycan dili ma-
terialları əsasında). //Türkologiya №1-2, Bakı, 2007, yanvar-iyun, s. 51.