Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
175
tərir”.
1
Yalnız Azərbaycan dilində deyil, digər türk dil-
lərində də indiki zaman formasının yaratdığı üslubi xü-
susiyyətləri izləyərkən onların daha geniş təzahürə ma-
lik olduqlarının şahidi oluruq.
-ır<-dı. Bəzən türk dillərində indiki zamanı ifadə
edən müvafiq morfoloji göstəricilər -dı şəkilçili qəti
keçmiş zamanın yerində işlənə bilir. Bu da o deməkdir
ki, indiki zaman keçmiş zamanı əvəz etməklə hərəkəti
daha qabarıq ifadə edir. Bunu aşağıdakı nümunələrdən
də görmək olar:türk:Kadınlar, erkekler, çocuklar. Bun-
ların bir kısmı düğün evinin saadetini sokaktan seyre-
diyor; bir kısmı içerideki kargaşalıktan ardına kadar
açılmış kapılardan cesaret alarak yavaş yavaş bahçeye
yayılıyor. Ali Rıza beyin özene bezene işlediği çiçek
tarhlarının kenarına oturuyor (R.N.Güntekin, Yaprak
dökümü); qaqauz:Dädu oturэr da bekleer. O bakэr uz
kendi önünä, xiç çevirmeer kafasını başka taraflara.
Onun gözleri batэrlar sade bir ona görünən erä (D.Kara
Çoban, İxtiar); qaraqalpaq:Bödene buqup catırqan tül-
küniŋ kasına kelse, tülküniŋ işek-silesi қatıp, cer tır-
malap külip atırqanın köredi(85,139); kazan-tatar:
Bezdna avılına törle yaktan dürt meŋləp krestyan jıela.
Alar alpavıt jirləren tartıp ala başlıylar. Alpavıtlar Ka-
zanqa kaça. Eş zurqa kitə. Kuzqalış kürşe Samar, Pen-
za, Sember qubernalarına jəelə... “Bütün ətrafdan dörd
minə qədər kəndli Bezdnaya yığışır. Onlar mülkədar
torpaqlarını ələ keçirməyə başlayırlar.Mülkədarlar Qa-
zana qaçırlar. İş ciddi görkəm alır. Üsyan qonşu Sa-
1
Axundov A.A. Felin zamanları. Bakı, ADU nəşri, 1961, s. 110.
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
176
mara, Penza və Simbirsk quberniyalarına yayılır” (K.
Nəjmi).
-ır < -mış, -ıb. :Azərb.: Kamil onun sözünü kəsdi:
- Buyu dənizə buraxıb gedirsiz, bir neçə aydan sonra
bünövrə kürsülərini gətirib qurursuz. Daha fikirləşmir-
siz ki, külək, dalğalar buyu sürükləyib aparır başqa ye-
rə, bunula da layihə nöqtəsi dəyişir. Quyu da qazılır ta-
mam başqa yerdə; neft də ala bilmirsiz(M.Süleyma-
nov,Dalğalar qoynunda); İyirmi ilə yaxındır ki, görüş-
mürük, tanımazsan da (H.Abbaszadə); - A sədr, mən
iyirmi ildi quyu qazmıram. İndi qollarımda heylə güc
də qalmayıb (İ.Məlikzadə, Quyu)
Bu cümlələrdə gedirsiz –getmişsiniz, qurursuz –
qurmuşsunuz, fikirləşmirsiz – fikirləşməmişsiniz, apa-
rır – aparıb, dəyişir–dəyişib, qazılır – qazılıb, bilmirsiz
– bilməmişsiniz, görüşmürük – görüşməmişik, qazmı-
ram – qazmamışam mənalarını ifadə edir.
-dı<-ır. Türk dillərində -dı şəkilçili keçmiş zaman
forması indiki zamanın yerində işlənərək indiki zaman
mənasının ifadə olunmasına xidmət edir:Azərb.:Ana-
xanım Feyzullanı görüb:-Hər vaxtınız xeyir.–dedi, son-
ra Həcərə tərəf döndü – yaxşı, bacı, mən getdim (Anar,
Dantenin yubileyi); Uşaq, “anam gəldi” deyə sürətlə
qapıya yüyürdü (İ.Əfəndiyev); -Bala, nənəmə deyərsən
ki, mən çarxları almağa getdim(M.İbrahimov, Böyük
dayaq); -Sən də orda otur, -dedi, səsini də çıxartma,
bildin!?(M.Süleymanlı,Şanapipik);–Xudahafiz, Ağata-
lıb, mən getdim! – deyə o, iş paltarını soyunmadan əl-
üzünü yuyub, nahar etmədən evdən qaçdı. Suğraxanım
ərinin arxasınca çığırdı: - Hara getdin, a kişi? (S.Dağlı,
Absətəli avsaytdadır) türk: İsmilin sesi- Ah yandım...;
Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
177
İbrahim - İsmailin ah yandım demesiyle omuzuma yas-
lanması bir oldu...; Orhan - Geliyoruz...(Gitmeğe dav-
ranır durur) Gidemem...Öldüm...Yazık...;Avrupalı: Ni-
ye güldün? Biz ölüyüz, unuttun mu? Ölüler güler mi?
(N.Hikmet); Siyen(sözünü keserek)–Yetmiş mi?Aaa!
(Güler) Diha -Ne oldu? Neye güldün?(A.Nesin,Hadi
öldürsene Canikom); kazan-tatar:-Bernərsə birəse bul-
ma, sıηar Tavık ta! Jitte-dide; İkenşe xatıηda “bik ük
ömetle yüqel”, diyarsen. Berər aydan son qına ni dip...
İşettenme? Minem küzlərqə yaşь tuldı. Çak kına kıç-
kırıp elap җibərmi kaldım. – İşettem...(Q.Bəşirov, Tu-
qan yaqım- yaşel bişek); yakut: Onno min bardım, en
da bar “onda mən getdim, sən də gəl”
1
Gələcək zamanın
semantik-üslubi xüsusiyyətləri
Türk dillərində felin gələcək zamanı zəngin se-
mantik xüsusiyyətlərə malik zaman formalarındandır.
Müasir Azərbaycan dilində və əksər türk dillərində
müşahidə olunan iki gələcək zaman forması – qəti gə-
ləcək (-acaq) və qeyri-qəti gələcək (-ar) zaman for-
malarının semantik xüsusiyyətlərini göstərməyə çalışa-
cağıq.
A.A.Axundov qəti gələcək zamanın 6, qeyri-qəti
gələcək zamanın 7 məna xüsusiyyətini qeyd edir
2
.
B.Çarıyarov müəyyən gələcək zamanın 10
3
, qeyri-
1
С.В.Ястремский. Грамматика якутского языка, s. 191.
2
Axundov A.A. Felin zamanları. Bakı, ADU nəşri, 1961, s. 94-107.
3
Чарыяров Б. Времена глагола в тюркских языках юго-западной
группы. АДД. Ашхабад, 1970, с. 40-41.
Dostları ilə paylaş: |