Microsoft Word Gulnara-kitab son doc



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə60/70
tarix26.01.2018
ölçüsü2,89 Kb.
#22586
1   ...   56   57   58   59   60   61   62   63   ...   70

Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
184
 
 
 
 
edir:Azərb.:Bax, bu ispiçkanı nişan qoyacam. Əgər bi-
rinci gülləyə vura bilsəm,gedirik. Əgər vura bilməsəm, 
sən deyən olsun, qayıdırıq(İ.Şıxlı, Ölən dünyam); Əgər 
Səriyyə soruşsa ki, “o nə gurultudur” mən tamam biga-
nə ifadə ilə deyirəm ki, “görəsən, yenə yuxarıdan hey-
vandan-zaddan keçib nədir...yıxıl yat.. (İ.Əfəndiyev); -
Şamil müəllim, onda belə danışaq - mayın birində nü-
mayiş qurtqran kimi yığışıb gedirik Ziya balamızın 
elçiliyinə, danışdıq? (S.Səxavət, Daş evlər). 
Bu cümlələrdə  gələcəkdə  nəzərdə tutulan və ya 
ehtimal olunan hərəkət indiki zaman şəkilçisi ilə ifadə 
olunmuşdur, başqa sözlə, gedərik, qayıdarıq, deyərəm, 
gedərik  əvəzinə  gedirik, qayıdırıq, deyirəm, gedirik 
işlənmişdir.   
-ar<-acaq. Azərb.:-Yox,Adil, -dedi, -körpünü sa-
lıb qurtarmayınca heç yerə getmərəm(İ.Əfəndiyev, 
Körpüsalanlar); türk: Eski azatlıların çocuklarına da 
bayramda bir şey yapamazsan gözüm açıkta giderim 
1
 
-dı<-acaq. “-dı... şəkilçisi vasitəsilə ifadə olunan 
gələcək zaman anlayışında qətilik daha kəskin çalarlı-
dır, icra olunmaq üçün nəzərdə tutulan hərəkət qarşı-
sıalınmazdır. -acaq... şəkilçisi ilə ifadə olunmuş  gələ-
cəklik nə qədər qəti olsa da, hərəkətin icrasında istisna 
ola bilər, müsahib hərəkətin icra olunmasına etiraz edə 
bilər, onu təxirə sala bilər və s”
2

Azərb.: –Gəlməyəcəklər ki?.. – Bəlkə yayda gəl-
dilər. Ancaq deyirdi ki, getmək istəmirəm (S.Səxavət, 
Daş evlər); -Klubda gənclərin iclası olacaq, sonra da 
                                                 
1
 http://yazıkiiteratura.boom.ru/linqva.html. 
2
 Məmmədov İ. Azərbaycan dilində qrammatik sinonimlik. Bakı, Azərb. 
Dövlət Universiteti, 1985, s. 109.  


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
185
 
 
 
 
kino göstərəcəklər, gələcəksənmi? – Bəlkə  gəldim, -
deyə Zərifə könülsüz cavab verdi(M.Süleymanov, Ye-
rin sirri); -Dur, Səriyyə xala, gəl halallaşaq, kim bilir 
bir də bir-birimizi grəcəyikmi? Bəlkə mən Rəştə, əmi-
min yanına getdim...; -Səriyyə xala, bu oğlan sənə Səa-
dət xanımın evini nişan verər. Onun əsil adı Qəmərba-
nudur. Bəlkə Gülnazı tapdın  (M.İbrahimov, Gələcək 
gün); - Yəqin bu mənim axırıncı quyumdu. Kim bilir, 
bəlkə Minnət qarıdan tez ölüb getdim...(İ.Məlikzadə, 
Quyu); ...Sabah orada görüşərik. Bəlkə,Gülmalı kişinin 
oğlunu da orada gördüm (S.Əhmədov, Gülmalı kişinin 
axırı); türk:Müneccim-(Düşünür) Hastayı iyi edemez-
lerse biz de öldük (N.Hikmet). 
-dı < -ar. Azərb.: - Birdən gəldi?.. –Bu, əlbəttə, o 
deyən söz idi ki, yəni mən sənə inanıram, öz işində ol, 
mənə fikir vermə (Elçin, Ağ dəvə); 
Türk və Azərbaycan dillərinin zaman baxımından 
oxşar cəhətlərindən biri də -maz, -məz şəkilçisinin bi-
rinci şəxsin təkini ifadə edə bilməsidir. Belə ki, bəzən 
üçüncü  şəxsin təki birinci şəxsin təkini  əvəz edə bilir 
və bu zaman heç bir şəxs sonluğundan istifadə olun-
mur. Maraqlısı budur ki, üçüncü şəxsin təki birinci 
şəxsin təkinin yerində  işlənərkən gələcək zaman for-
masını deyil, indiki zamanın inkarını ifadə edir. Məs.: 
Azərbaycan dilində:  
Hiç məraq istəməz, xayır, haşa 
Bana sən mane olmadın əsla.   
Şu qəza doğdu bir təsadüfdən,          
Məni tale ayırdı Arifdən (H.Cavid, İblis) 
İstəməz başqa laf!   
Söylə, açıq söylə, hər nə var, söylə! 


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
186
 
 
 
 
Doğru söylə, İsmət! Şaşırma böylə.(H.Cavid, Ana) 
-Dərisini sənin üçün qurudacağıq, -dedi. –Sağ olun, 
istəməz  (İ.Əfəndiyev); -Kağızlarını  bəri ver baxım. –
İstəməz, -Əsmər başını buladı, kağızlarda hər  şey 
yerindədir (M.Süleymanov); türk dilində: Mehmene 
Banu – gidin (Servinaza). Sen Gülteni yolla buraya. 
Gelen –İstemez, kimse gelmesin(N.Hikmet); Kahval-
tıdan sonra Hayriye Hanım, kocasının öğle yemeğini 
hazırlamağa başlamıştı. Ali Rıza bey, kızararak: -İste-
mez hanım, zahmet etme...dedi (R.N.Güntekin, Yaprak 
dökümü).  
 Türk  dilində geniş zamanın birinci şəxsin təkinin 
inkarını bildirən -mam, -məm şəkilçisi bəzən indiki za-
man formasını əvəz edə bilir və bu xüsusiyyətə Azər-
baycan dilində də rast gəlinir. Azərbaycan dilində: 
Bilməm, bu da bir həyatmı, yahu?  
Bir gün bizə Varmı rahət uyqu?   (H.Cavid, İblis)  
Qaqauz dilinin səciyyəvi xüsusiyyətlərindən biri də 
açan “haçan” sözünün feli bağlama  şəkilçilərini  əvəz 
edə bilməsidir; məs.: 
Açan biz geldik, kız yoktu orada (D.Kara Çoban, 
Tamannık); Tätü, ama niҗeydi o zaman, açan siz 
başladınız? Hadi soolä! Söölesänä ba-a-a!; Açan 
sesleyiҗilär bunnarı  işittilär hepsi başladılar bayıla-
bayıla gülmää, sadä benim çoҗuum Lambu eltenmädi 
gülsün, o, bezbelli, yınanamazdı, ani bu işlär var aslı; 
Açan o etişti, primprietor taa gelmemişti (N.Baboqlu). 
 
 
 
 


Gülnarə Fəxrəddin qızı.Türk dillərində zaman kateqoriyası.Bakı.2010, s
.
187
 
 
 
 
 
NƏTİCƏ 
 
 Türk  dillərində felin zamanlar sistemində ümumi 
cəhətlərlə yanaşı xüsusi cəhətlərin olması onu göstərir 
ki, hər bir türk dilində felin zamanlarının özünəməxsus 
inkişaf tarixi vardır. Müasir türk dillərində felin za-
manları mövzusunda apardığımız tədqiqat nəticəsində 
əldə olunmuş nəticələr aşağıdakılardan ibarətdir: 
1.  İstər Azərbaycan dilçiliyində, istərsə  də digər 
türk dillərində felin zamanları ilə bağlı kifayət qədər 
tədqiqatlar aparılsa da, onların sayının müəyyənləş-
dirilməsi ilə bağlı  qəti fikir söyləmək çətindir. Çünki 
hər bir türk dilində fel 3 məntiqi zaman kateqoriyasına 
əsaslansa da, qrammatik cəhətdən müxtəliflik hökm 
sürür.  
2.Türk dillərində felin zaman formalarının müqayi-
səsindən aydın olur ki, felin bəzi zaman şəkilçiləri       
(-ar, -dı) bütün türk dillərində, bəzi zaman şəkilçiləri 
qrup daxilində  (-mış) – oğuz qrupu türk dillərində  və 
salar dilində; bəziləri (-a, -e, -y; -qan, -kən) əksər türk 
dillərində – qıpçaq, bulqar, karluq qrupu türk dillərində 
özünü göstərir. 
Bəzi zaman şəkilçiləri qrup daxilində (-mış) – oğuz 
və karluq qrupu türk dillərində  və tuva dilində mü-
şahidə olunur. Lakin -mış zaman şəkilçisinin istifadə 
olunduğu digər türk dillərindən fərqli olaraq salar di-
lində fərqli mövqedə çıxış edir və bu xüsusiyyət yalnız 
bu dil üçün xarakterik hesab olunur. Belə ki, salar di-
lində  -mış zaman şəkilçisi  -dı  şəkilçisinin fonetik va-
riantı olan -ži-nin ekvivalenti hesab olunaraq, biri digə-


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə