Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə30/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   ...   26   27   28   29   30   31   32   33   ...   140

__________________________________________ 

103


tanınmışdır. Səməd Vurğun və Süleyman Rüstəmin hələ gənclik 

illərində yaratdıqları poetik nümunələr Azərbaycan 

ədəbiyyatının qızıl fonduna həmişəlik daxil olmuşdur. Dahi 

bastəkar Üzeyir Hacibəyov 23 yaşında yaratdığı «Leyli və 

Məcnun» operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman 

Şərqində opera sənətinin  əsasını qoymuşdur. Cəmi 23 il ömür 

sürmüş Asəf Zeynallı Azərbaycan musiqi mədəniyyəti tarixinə 

romans, simfonik musiqi və şair kimi bir sıra yeni janrların ilk 

nümunələrini yaratmış böyük bəstəkar kimi daxil olmuşdur. 

Görkəmli bəstəkar Qara Qarayev də bu gün sevə-sevə 

dinlədiyiniz ilk simfonik əsərlərini məhz 20-25 yaşlarında 

yazmışdır. Onun öz həmyaşıdı Cövdət Hacıyevlə birlikdə 27 

yaşında yazdığı «Vətən» operası Azərbaycanda ilk SSRİ Dövlət 

Mükafatına layiq görülmüş əsərlərdəndir. 

Yetmiş ilə yaxın bir müddətdə Ümumittifaq komsomol 

təşkilatının tərkib hissəsi olan Azərbaycan gənclər təşkilatı 

cəmiyyətimizin həyatında fəal rol oynamışdır. 

Azərbaycan gəncləri 1941-1945-ci illər müharibəsində böyük 

qəhrəmanlıq və  şücaət nümayiş etdirmişlər. Alman faşizminə 

qarşı mübarizədə Azərbaycandan 130 gənc Sovet İttifaqı 

qəhrəmanı adına layiq görülmüşdür. Onlardan iki dəfə Sovet 

İttifaqı  Qəhrəmanı  Həzi Aslanovun, ilk azərbaycanlı Sovet 

İttifaqı  Qəhrəmanı  İsrafil Məmmədovun, qvardiya polkovniki 

Adil Quliyevin, qvardiya serjantı  Gəray  Əsədovun, məşhur 

partizan Mehdi Hüseynzadənin, sonralar «iki cəbhənin 

qəhrəmanı» adı ilə tanınmış akademik Ziya Bünyadovun və 

başqalarının döyüş  rəşadəti bugünkü gənclərimiz üçün əsl 

qəhrəmanlıq nümunəsidir. 

Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsində 

gənclərin böyük xidməti olmuşdur. Sovet imperiyasına qarşı 

mübarizənin, o cümlədən Qarabağ hadisələri ilə bağlı  təşəkkül 

tapmış xalq hərəkatının ön sıralarında gənclərimiz getmişlər. 

1988-ci ildə erməni ekstremistlərinin Azərbaycana qarşı 

  



__________________________________________ 

104


başladıqları  hərbi təcavüzü dəf etmək üçün ilk özünümüdafiə 

dəstələrinin yaradılmasında və fəaliyyət göstərməsində gənclərin 

böyük xidmətləri olmuşdur. 1990-cı il yanvarın 19-20-də sovet 

qoşunlarının Bakıda və respublikanın digər  şəhər və 

rayonlarında törətdikləri qanlı hadisələrin qurbanları - ilk 

azadlıq şəhidləri də əsasən gənclər oldular. 

1991-1993-cü illərdə respublikada gənclərin müxtəlif 

təşkilatları meydana çıxmağa başladı. O zaman respublikada 

hökm sürən hərc-mərclik  şəraitində  təşəkkül tapmış  gənclər 

təşkilatlarının çoxunda siyasiləşmə, populizm meylləri özünü 

büruzə  verdi.  Bu  təşkilatların bir çoxu o dövrdə  fəaliyyət 

göstərən müxtəlif yönlü siyasi partiya və qurumların təsiri altına 

düşdü. Azərbaycanın müstəqilliyi, suverenliyi və  ərazi 

bütövlüyünün qorunması, ölkədə hüquqi demokratik dövlət 

quruculuğu prosesinin həyata keçirilməsi vəzifələri gənclərin 

ayrı-ayn siyasi partiya və qurumların deyil, ümummilli dövlət 

mənafeləri əsasında səfərbər olunması, vahid gənclər siyasətinin 

hazırlanıb həyata keçirilməsi zərurətini ortaya atdı. 

Dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi 

hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və 

onların həlli yolları da dəyişməyə başlamışdır. Məhz buna görə 

də üzümüzə  gələn yeni əsrdə xalqımızın problemlərini müasir 

dünya kontekstində  həll edə bilmək üçün Azərbaycan 

gənclərinin yenidən təşkilatlanması vacib idi. Bu məqsədlə 

müstəqil Azərbaycan Respublikasında gənclər hərəkatını 

əlaqələndirmək üçün 1994-cü il iyulun 26-da Azərbaycan 

Respublikası prezidentinin fərmanı ilə  Gənclər və  İdman 

Nazirliyi yaradıldı. Gənclər və  İdman Nazirliyi yaradıldıqdan 

sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata 

keçirilmiş, nazirliyin yerli strukturları formalaşmış, gənc nəslin 

mənəvi tərbiyəsi və  fıziki inkişafı, hüquqlarının müdafiəsi, 

onların beynəlxalq qurumlarda iştirakı və gənclər təşkilat- 

  



__________________________________________ 

105


larının fəaliyyətinin əlaqələndirilməsi sahəsində lazımi tədbirlər 

görülmüş, bir sıra dövlət proqramları hazırlanmışdır. 

1996-cı il fevralın 2-də müstəqil Azərbaycan Respublikası 

gənclərinin birinci forumunun keçirilməsi respublikanın 

həyatında müstəsna  əhəmiyyətə malik bir hadisə oldu. Forum 

müstəqil Azərbaycan Respubhkasının qarşısında duran mühüm 

vəzifələrin həyata keçirilməsində  gənclərin fəal iştirak etməyə 

hazır olduğunu nümayiş etdirdi və gənclərlə işin nəzərəçarpacaq 

dərəcədə canlanmasına səbəb oldu. 1997-ci il fevralın 1-də isə 

Azərbaycan Respublikası prezidentinin forum nümayəndələrinin 

bir qrupu ilə görüşündə forumdan keçən bir il ərzində görülmüş 

işlər təhlil olundu və  gəncliklə bağlı  əsas problemlərin həlli 

yolları müəyyən edildi. Respublika prezidentinin elə həmin gün 

imzaladığı  sərəncamla fevralın 2-si Azərbaycan gəncləri günü 

elan edildi. 

1999-cu ilin başlanğıcı da Azərbaycan gəncləri üçün 

əlamətdar oldu. Mart ayının 2-3-də Azərbaycan gənclərinin 

ikinci forumu keçirildi. O, birinci forumdan keçən üç il ərzində 

görülmüş  işlərə yekun vurmaqla yanaşı, müstəqil dövlət 

quruculuğu yolunda gənclərin üzərinə düşən böyük vəzifələri 

müəyyən etdi, respublikanın ictimai-siyasi həyatında gənclərin 

daha fəal iştirakı üçün şəraitin yaradılması, dövlət orqanlarının 

diqqətini gənclik problemlərinin həllinə yönəltməklə bağlı 

tövsiyələr verdi.  

Bununla yanaşı, dövlət gənclər siyasətinin həyata keçirilməsi 

sahəsində  həllini gözləyən bir sıra problem və  məsələlər 

mövcuddur. Uşaq və  gənclərlə  işləyən kadrların hazırlanması, 

gənclərin həyatında baş verən proseslərin elmi şəkildə 

öyrənilməsi günün vacib məsələlərindəndir. Ayrı-ayrı dövlət 

hakimiyyəti və idarəetmə orqanlarının gənclərlə  iş üzrə  əlaqəli 

və  məqsədyönlü fəaliyyət göstərməsi üçün lazımi  şərait 

yaradılmalıdır. Gənclərin daha geniş  təbəqələrinin dövlət 

idarəetmə  işlərinə  cəlb olunması sahəsində  əlavə  tədbirlərin 

görülməsinə 

  



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə