Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə113/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   109   110   111   112   113   114   115   116   ...   145

__________________________________________ 

395


Nəhayət, «Evropean tobako» şirkəti və onun başçısı  Nəzər 

Nəsri burada işləri aparmaq üçün müraciət etmişdi. Ancaq mən 

bu gün etiraf etməliyəm ki, bizim müxtəlif mərtəbələrdə, 

səviyyələrdə olan məsul vəzifəli  şəxslərimiz bu şirkətin 

imkanından istifadə etmək istəməmişdilər, cürbəcür 

maneçiliklər törətmişdilər,  şərtlər qoymuşdular. Beləliklə, 

bunları da işdən soyudub uzaqlaşdırmaq istəyirdilər. 

Dövlət  Əmlak Komitəsinin keçmiş  rəhbərliyi, bizim başqa 

təşkilatlarda, hətta Nazirlər Kabinetində də olan bəzi şəxslər öz 

şəxsi məqsədlərini həyata keçirmək, yaxud da özlərinin qoyduğu 

şərtlər şirkət tərəfindən yerinə yetirilməsi üçün bu məsələni həll 

etmirdilər. Beləliklə, burada vəziyyət get-gedə xarablaşırdı, 

insanlar  əziyyət çəkirdi,  şikayət edirdi. Ayrı-ayrı adamlar da 

bundan sui-istifadə edirdilər. Nəhayət, burada iştirak edən Nəzər 

Nəsri mənə müraciət etdi, mən onu qəbul etdim. O öz təkliflərini 

mənə bildirdi. Mən maraqlanıb gördüm ki, bu təkliflər doğrudan 

da çox maraqlı təkliflərdir. Dövlət Əmlak Komitəsinə, Nazirlər 

Kabinetinə göstəriş verdim ki, bu məsələyə baxsınlar və  təcili 

tədbirlər görsünlər. Çünki, dediyim kimi, kombinatın işçiləri 

həftədə bir dəfə şikayətə gətirdilər. 

Təsəvvür edin, hətta mənim göstərişimdən sonra bax, 

dediyim bu təşkilatlarda ayrı-ayrı adamlar yəqin ki, öz şəxsi 

məqsədlərini güdərək bu məsələnin həll olunmasına maneçilik 

edirdilər. Hətta sonra mənə  məlumat verdilər, bu kombinatda 

işləyən bəzi qüvvələr - hansılar ki, həm buradan qanunsuz gəlir 

götürürdülər, həm də aranı qarışdırırdılar - görəndə ki, burada 

real bir şirkət meydana çıxıbdır və bunlar real iş görə bilərlər, 

bəyan etdilər ki, onlar özləri bu kombinatı özəlləşdirəcıklər, 

yenidən quracaqlar. Təbiidir ki, buna inanmaq mümkün deyildi. 

Əgər belə mümkün idisə, nə üçün 3-4 il idi ki, özlərini də, bizi 

də incidirdilər? 

Mən bu prosesləri bildiyimə görə bu gün çox məmnunam 

  

 

  




__________________________________________ 

396


  

ki, həmin bu «Evropean tobako» şirkəti - hansı ki, şəxsən mən 

qəbul etmişdim və göstərişlər vermişdim, öhdəlik götürmüşdü 

ki, kombinatı yenidən quracaq və burada yüksək səviyyəli 

məhsul istehsal edəcək - bu kombinatı bizim dövlət qanun-

qaydası  çərçivəsində özəlləşdirə bildi. Bu özəlləşdirmədən 

Azərbaycanın büdcəsinə müəyyən gəlir gəldi. Burada verilən 

məlumatlar məni çox sevindirir ki, müəssisədə  işləyən 

adamların heç birisini, necə deyərlər, küçəyə salmadılar. Onların 

bir qismini artıq indi işə  cəlb ediblər, o biri qisminə isə 

müavinətlər verirlər, həmin adamlar da işləyəcəklər. Qeyd 

etmək istəyirəm ki, mən onların qarşısında bu şərti qoymuşdum, 

onlar bu şərtə  də  əməl edirlər. Demək, insanlar da işləyir, 

kollektiv də dağılmayıbdır, yeni bir müəssisə yaranıbdır. Buraya 

böyük miqdarda xarici investisiya qoyulubdur. Təbiidir ki, 

bunların da çox müsbət nəticələri olacaqdır. 

Bilirsiniz ki, son 5 ildə biz Azərbaycana xarici investisiyanın 

cəlb olunması prosesini inkişaf etdirməyə çalışırıq. Biz bu 

sahədə böyük nailiyyətlər  əldə etmişik. Bu müddətdə 

Azərbaycana 5 milyard dollardan artıq xarici investisiya 

qoyulubdur. Amma bunun çox hissəsi neft sektoruna 

qoyulubdur. Bizim bu sahədə nailiyyətlərimiz böyükdür və bu 

nailiyyətlər gələcəkdə daha da çox olacaqdır. 

Biz çalışırdıq, bu gün də çalışırıq və bundan sonra da 

çalışacağıq ki, qeyri-neft sektoruna xarici investisiya daha da 

çox cəlb olunsun. Bunun üçün imkanlar da, investorlar da 

vardır. Azərbaycanda investisiya qoyulası yerlər də, müəssisələr 

də, imkanlar da vardır.  Əgər biz bu sahədə istənilən nailiyyəti 

əldə edə bilməmişiksə, demək, bizim ayrı-ayrı hökumət 

orqanlarında rəsmi  şəxslər tərəfindən bu prosesin həyata 

keçirilməsinə maneçilik törədilir. 

Mən çox məlumatlar alıram ki, bəzi investorlar gəlirlər, 

Azərbaycanda öz təkliflərini verirlər, ancaq bəzi təşkilatlarda - 

hansılar ki, onların vasitəsilə bunu edə bilərlər - 

  



__________________________________________ 

397


investorların qarşısına böyük şərtlər qoyurlar. Yəni buradan 

mənfəət götürmək, ya rüşvət almaq, yaxud da özləri üçün nə 

qədər böyük faiz istəyirlər.  İnvestor ölçüb-biçir, görür ki, 

buradan bu gəliri götürməyəcək, ona görə də dönüb çıxıb gedir. 

Bu nöqsanlar bizim müxtəlif orqanlarda, hökumət 

orqanlarında var. Mən bu gün bunu açıqca deyirəm və tam etiraf 

edirəm. Tələb edirəm ki, bunlar aradan qaldırılsın. Ayrı-ayrı 

mərtəbələrdə  bəzi  şəxslər öz şəxsi mənafeləri naminə 

Azərbaycan  İqtisadiyyatının inkişafına zərbələr vururlar, 

ölkəmizin iqtisadiyyatının müxtəlif sektorlarına, təbiidir ki, 

qeyri-neft sektoruna investisiya gəlməsinə maneçilik törədirlər. 

Mən bunu təkcə aldığım məlumatlara görə yox, elə  həmin 

şirkətin gəlib bu kombinatı götürmək üçün göstərdiyi səylər və 

mənim müşahidələrim əsasında cəsarətlə deyirəm. 

Əgər bu işə mən özüm qarışmasaydım, həmin o təşkilatlara, 

ayrı-ayrı  şəxslərə bu məsələnin həyata keçirilməsi barədə  qəti, 

ciddi göstərişlər verməsəydim və ona nəzarət etməsəydim bu 

gün bu müəssisə yox idi. Buna görə də mən deyirəm ki, görün 

biz nə qədər bu cür investor itiririk. 

Ötən bu 5 il müddətində görülən işin nəticəsi nədir? Burada 

bu barədə çox ətraflı danışdılar. Azərbaycana 50 milyon dollar 

dəyərində investisiya gəlibdir, müəssisə yenidən qurulubdur. 

Burada dedilər, bu müəssisədə beynəlxalq standartlara uyğun 16 

növ siqaret istehsal olunacaqdır. Azərbaycan Respublikasının 

tələbatı ödəniləcəkdir. Amma indi tələbatın  əksər hissəsi idxal 

vasitəsilə gəlir. Təbiidir, ayrı-ayrı dairələr buradan öz mənfəətini 

götürürlər və Azərbaycan dövlətinə çox az mənfəət gəlir. 

Bu müəssisədə çatışanlar və bundan da çox Azərbaycan 

vətəndaşı burada yaxşı  şəraitdə  işləyəcək, yüksək maaş 

alacaqlar. Burada deyildi, onların bir qismi Avropaya göndərilib 

orada təcrübə keçiblər, təhsil alıblar. Demək, bunların hamısı 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə