__________________________________________
105
yorulmaz sənət fədaisi kimi milli rəqslərimizin gənc ifaçılarının
yetişdirilməsi üçün bundan sonra da var qüvvənizi sərf
edəcəksiniz.
Sizə cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər arzulayıram.
HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 dekabr 1999-cu il
__________________________________________
106
AMERİKA BİRLƏŞMİŞ ŞTATLARI
NÜMAYƏNDƏLƏR PALATASININ ÜZVÜ
KONQRESMEN CEK KİNQSTONA
Hörmətli konqresmen Kinqston!
Yeni Azərbaycan Partiyasının birinci qurultayı münasibətilə
mənə göndərdiyiniz təbrik məktubuna görə sizə dərin
minnətdarlığımı bildirirəm.
Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında dostluq
və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi üçün
göstərdiyiniz səyləri yüksək qiymətləndirirəm.
Ümid edirəm ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq
münasibətlərinin daha da möhkəmləndirilməsi və
genişləndirilməsi işinə öz əməli fəaliyyətinizlə bundan sonra da
töhfə verəcəksiniz.
Sizi Yeni il münasibətilə təbrik edir, uzun ömür, cansağlığı,
işlərinizdə müvəffəqiyyətlər arzulayıram.
Hörmətlə,
HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 dekabr 1999-cu il
__________________________________________
107
AMERİKA BİRLƏŞMİŞ ŞTATLARI
RESPUBLİKAÇILAR PARTİYASININ MİLLİ
KOMİTƏSİNİN SƏDRİ CƏNAB CİM NİKOLSONA
Hörmətli cənab Nikolson!
Yeni Azərbaycan Partiyasının birinci qurultayı münasibətilə
mənə göndərdiyiniz təbrik məktubuna görə sizə təşəkkür
edirəm.
Ölkələrimiz arasındakı dostluq əlaqələrinin
möhkamləndirilməsi sahəsində mənim xidmətlərimi yüksək
qiymətləndirdiyinizə görə sizə minnətdarlıq edirəm.
Biz Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında
strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə böyük
əhəmiyyət veririk.
Ümidvar olduğumu bildirirəm ki, ölkələrimiz arasındakı
dostluq əlaqələri daha da genişlənəcək və möhkəmlənəcəkdir.
Sizi münasib bildiyiniz vaxtda Azərbaycana dəvət edirəm.
Sizi Yeni il münasibətilə təbrik edir, uzun ömür, cansağlığı,
işlərinizdə müvəffəqiyyətlər arzulayıram.
Hörmətlə,
HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 dekabr 1999-cu il
__________________________________________
108
BÖYÜK BRİTANİYA LORDLAR PALATASININ
ÜZVÜ LORD VƏVERLİYƏ
Hörmətli lord Vəverli!
Yeni Azərbaycan Partiyasının birinci qurultayı münasibətilə
mənə göndərdiyiniz təbrik məktubuna görə sizə təşəkkür
edirəm.
Sizin Azərbaycana səfərlərinizi və keçirdiyiniz görüşləri
məmnuniyyətlə xatırlayıram.
Biz Böyük Britaniya ilə Azərbaycan arasında strateji
tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə böyük
əhəmiyyət veririk.
Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq əlaqələrinin
genişləndirilməsi və möhkəmləndirilməsi üçün faydalı
səylərinizi bundan sonra da əsirgəməyəcəksiniz.
Sizi Yeni il münasibətilə təbrik edir, uzun ömür, cansağlığı,
işlərinizdə müvəffəqiyyətlər arzulayıram.
Hörmətlə,
HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 dekabr 1999-cu il
__________________________________________
109
FRANSANIN RESPUBLİKA UĞRUNDA
BİRLİK PARTİYASININ SƏDRİ
XANIM MİŞEL ALLYOT MARİYƏ
Hörmətli sədr!
Yeni Azərbaycan Partiyasının birinci qurultayına
göndərdiyiniz təbrik məktubuna və xoş arzularınıza görə sizə
dərin minnətdarlığımı bildirirəm.
Respublika Uğrunda Birliyə sədr seçilməyiniz münasibətilə
sizi ürəkdən təbrik edir, Qollist hərəkatının daha da
möhkəmlənməsi yolunda yeni və məsul fəaliyyətinizdə böyük
müvəffəqiyyətlər arzulayıram.
Əminəm ki, Fransa Respublikası ilə Azərbaycanın dostluq və
əməkdaşlıq münasibətlərinin inkişafına partiyalarımız arasında
əməkdaşlıq da öz xüsusi töhfəsini verəcəkdir.
Xanım sədr, fürsətdən istifadə edərək sizi və partiyanızın
bütün üzvlərini milad bayramı və yeni il münasibətilə təbrik
edir, sizə səadət və möhkəm cansağlığı, partiyanıza isə yeni
uğurlar diləyirəm.
Hörmətlə,
HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti,
Yeni Azərbaycan Partiyasının sədri
Bakı şəhəri, 25 dekabr 1999-cu il
Dostları ilə paylaş: |