Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə108/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   104   105   106   107   108   109   110   111   ...   145

__________________________________________ 

379


 

 

 



bölgəsində iqtisadi layihə  həyata keçirmək fikrindədir. 

Bununla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi 

İsveçrənin Xarici İşlər Nazirliyinə nota göndərilədir. İsveçrə 

nümayəndələri ilə görüşünüzdə bu məsələyə toxunuldumu? 

Cavab:  Bəli, biz bu məlumatı almışıq və bizim Xarici İşlər 

Nazirliyi nota göndəribdir. Mən bu barədə İsveçrənin prezidenti 

ilə  ətraflı danışdım. O dedi ki, mən bunu bilmirdim. Çox da 

mütəəssir oldu. Eyni zamanda İsveçrənin maliyyə naziri 

mənimlə ayrıca görüşdü. O, mənimlə görüşməyi xahiş etmişdi, 

müəyyən məsələləri var idi. Ona da dedim, çox qəti dedim ki, 

bunların qarşısı alınmalıdır. Çünki ikisi də həmin problemlə çox 

maraqlanırdı  və  mən onlara geniş  məlumat verəndən sonra, 

xəritədə hər şeyi göstərəndən sonra axırda dedim ki, görürsünüz, 

siz maraqlanırsınız, istəyirsiniz ki, məsələ  həll olunsun. 

Məsələn, 1996-cı ildə Lissabon sammitində - o zaman İsveçrə 

ATƏT-in sədri idi - İsveçrənin xarici İşlər naziri Flavio Kotti 

çox dəyərli iş gördü, biz Lissabon sammitinin sənədini əldə edə 

bildik. Mən dedim ki, o vaxt siz bizə kömək etmisiniz və onlara 

təşəkkür etdim. Amma indi belə bir hal var. Onlar – həm 

prezident, həm də maliyyə naziri dedilər ki, biz bunu bilmirik, 

ancaq lazımi tədbir görüləcəkdir. 

Sual: Cənab prezident, Amerika hökuməti dəfələrlə öz 

narahatlığını bildirib ki, Çeçenistandakı münaqişə 

Azərbaycana və Gürcüstana keçə bilər. Prezident Klintonla 

Sizin görüşünüz olub, bu barədə nə deyə bilərsiniz? 

Cavab: Prezident Klintonla görüşlərim oldu, bu barədə 

danışıqlar olmadı. Amma bu məsələ ilə maraqlananlar çoxdur. 

Xanım Olbraytla bu barədə ətraflı danışdıq. Çünki Klintonla bu 

barədə danışmağa ehtiyac olmadı. Ancaq Klinton orada öz 

çıxışında ümumiyyətlə, Çeçenistandakı  işlər haqqında 

Rusiyadan narazılığını bildirdi. 

Amma Rusiya Azərbaycanı Çeçenistana yardım etməkdə 

günahlandırır, bunun əsasında indi Rusiya mətbuatında anti- 

  



__________________________________________ 

380


Azərbaycan təbliğatı gedir - mən bunu keçən dəfə demişdim, 

Moskvada kəskin qoymuşdum. Rusiyada prezident 

səlahiyyətlərini həyata keçirən Putinlə çox ciddi danışığımız 

oldu. Amma o, mənə  dəfələrlə dedi ki, bu, bizim dövlətimizin 

siyasəti deyildir. Azərbaycanın müdafiə naziri Rusiyanın 

müdafiə nazirinin məktubuna rəsmi, kəskin cavab vermişdir. 

Bildirmişik ki, bunlar hamısı yalandır. Mən Moskvada olanda 

Putinə də dedim ki, göndərin, istəyirsiniz nümayəndə heyətiniz 

10 nəfər olsun, 20 nəfər olsun, 50 nəfər olsun - gəlin, 

Azərbaycanın hər yerinə baxın. Biz heç bir yardım filan etmirik. 

Hər halda sizə məlumdur ki, Amerika hökuməti Rusiyaya bu 

barədə - Azərbaycan və Gürcüstan haqqında xəbərdarlıq edibdir. 

Ona görə artıq bu barədə danışmağa ehtiyac yoxdur. 

S u a l: Cənab prezident, Qafqazda təhlükəsizlik paktı ilə 

bağlı müzakirələriniz oldumu? Digər ölkələr buna necə 

münasibət bəsləyirlər? 

C a v a b: Bilirsiniz, indi bu mövzu çox aktual, loru dillə 

desək, çox dəbdə olan mövzu olubdur. Bununla çox 

maraqlandılar, hamı buna həvəs göstərir. Yəni indi bütün 

mövzular içərisində bu mövzu - bilirsiniz ki, mən Cənubi 

Qafqazda təhlükəsizlik və əməkdaşlıq paktı yaranması haqqında 

İstanbulda təklif vermişdim - barədə çox danışır, çox böyük 

maraq göstərir və çox da istəyirlər. Aparılan ikitərəfli 

danışıqlarda da bu barədə çox deyildi. Onların hamısına deyirəm 

ki, mən  İstanbulda bu təklifi irəli sürmüşəm, ancaq eyni 

zamanda o vaxt da demişəm və indi də deyirəm:  əgər 

Ermənistanla Azərbaycan arasında münaqişə  həll olunmasa, 

Ermənistanla Azərbaycan arasında sülh yaranmasa, təhlükəsizlik 

paktından heç də söhbət gedə bilməz. 

S u a l: Cənab prezident, Türkiyənin Baş naziri ilə 

görüşünüzdə hansı məsələlər müzakirə olunmuşdur? 

C a v a b:  Bəli, Bülənd Ecevitlə görüş keçirdik. Elə bu 

məsələlər, dediyim məsələlər müzakirə edildi. Türkiyə ilə bizim 

ara- 

  



__________________________________________ 

381


mızda elə bir problem yoxdur. Bilirsiniz ki, bundan öncə  mən 

Türkiyədə olmuş, hamı ilə danışıqlar aparmışdım. Amma indi, 

bu dəqiqə bizim üçün ən aktual məsələ Ermənistan-Azərbaycan 

münaqişəsini həll etməkdir. Burada Türkiyə amili də var. Çünki 

Türkiyə bu işdə bilavəsitə  iştirak edir. Türkiyənin iştirakı 

olmadan... Məsələ, Ermənistan dəfələrlə deyib ki, məsələ  həll 

olunarsa, Türkiyə  sərhədləri açmalı  və ticarət  əlaqələrini, 

diplomatik  əlaqələri qurmalıdır. Türkiyə  də  bəyan edir ki, əgər 

münaqişə sülh yolu ilə  həll olunsa, Azərbaycanı  işğal edilmiş 

torpaqları azad olsa, qaçqınlar yerinə qayıtsa, onda sərhədləri də, 

yolları da açacaqlar. Yəni Türkiyə bu prosesin iştirakçısıdır. Ona 

görə də hörmətli Bülənd Ecevitlə bizim danışıqlarımız əsasən bu 

məzmunda olubdur. 

S u a l: Cənab prezident, Siz İranın xarici işlər naziri 

Kamal Xərrazi ilə  də görüşmüsünüz. Sizin İrana qarşıdakı 

səfəriniz barədə söhbət oldumu? 

C a v a b: Bəli, onlar çox istəyirlər ki, mən İrana gedim. Mən 

söz vermişəm. Mən onlara dedim ki, əvvəl bizim xarici işlər 

naziri oraya səfər etsin, ondan sonra mən. Hər halda, yaxın 

zamanda vaxtını təyin edəcəyik. Onlar da çox istəyirlər, mən də 

buna razılıq vermişəm. Mən İrana gedəcəyəm. 

S u a l: Cənab prezident, Siz dediniz ki, Dağlıq Qarabağ 

münaqişəsi barədə  bəzi ölkələrin  ətraflı  məlumatı yox idi. 

Davos forumunda iş adamları da iştirak edirdilər. Bu 

söhbətlərdən sonra hiss etdinizmi ki, onların Azərbaycana 

marağı artdı? 

C a v a b: Bilirsiniz, bu söhbətlər təkbətək gedir. İş adamı nə 

bilir ki, mən Baş nazirlə hansı söhbəti aparıram? Amma iş 

adamları Azərbaycana çox böyük maraq göstərirlər, çox 

investisiya qoymaq istəyirlər. Ona görə  mən orada iş 

adamlarının  əlindən qaçırdım, - hamı  mənimlə görüşmək 

istəyirdi, amma vaxtım yox idi. Ancaq kiminlə ki, lazım idi, 

onlarla görüşdüm. 

Sağ olun. 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə