Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə107/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   103   104   105   106   107   108   109   110   ...   145

__________________________________________ 

375


Birləşin,  əl-ələ verin, bir-birinizə yardım edin və Azərbaycanla 

da əlaqə saxlayın. Sağ olun. 



Fərhad Yıldız  (İsveçrədəki Azərbaycan Cəmiyyətinin idarə 

heyətinin üzvü): Cənab prezident, Sizə  təşəkkür edirik. Biz 10 

ildir ki, Azarbaycanı  İsveçrədə yaşadan bir cəmiyyətin 

üzvləriyik. Biz Azərbaycanı  İsveçrədə 10 ildir yaşatmışıq, 

bundan sonra da yaşadacağıq. Biz heç bir şey gözləməmişik. 

Amma istəyirik ki, doğma Azərbaycanımızı indən sonra daha 

möhkəm yaşadaq. 

Allaha and olsun ki, biz Azərbaycan təyyarəsini burada 

görəndə  hər birimiz bir insan kimi sanki yenidən dünyaya 

gəldik. Arzu edərdik ki, bu təyyarə buraya hər zaman uçub 

gəlsin. Biz İsveçrədə yaşayan azərbaycanlılar arasında daha sıx 

birlik, həmrəylik yaratmağa çalışacağıq.  İnşallah, buna da nail 

olacağıq. Allah qoysa, buradakı  səfirimizin köməyi ilə biz bu 

işləri daha da yaxşı  təşkil edəcək, doğma Azərbaycanımızın 

daha geniş tanınmasına nail olacağıq. 



E r o 1 Y ı1 d ı z (Cəmiyyətin idarə heyətinin üzvü): Cənab 

prezident, Sizin «Biz bir millət, iki dövlətik» kəlamınız 

vətəndən uzaqda yaşayan azərbaycanlılar tərəfindən də böyük 

rəğbətlə qarşılanmışdır. Bizim qəlbimiz Azərbaycanla döyünür. 

İnşallah, Azərbaycanın gələcəyi üçün bundan sonra da 

əlimizdən gələni edəcəyik. Biz Sizin hüzurunuzda, mətbuat 

nümayəndələrinin qarşısında buna söz veririk. Sağ olun. 

  



__________________________________________ 

376


İSVEÇRƏDƏN BAKIYA QAYIDARKƏN  

BİNƏ HAVA LİMANINDA  

JURNALİSTLƏRİN SUALLARINA CAVAB 

 

30 yanvar 2000-ci il 

 

Sual:  Cənab prezident, səfərinizin yekunları haqqında 

məlumat verməyinizi xahiş edirik. 

Cavab: Bu səfərim o qədər zəngin olubdur ki, onun haqqında 

qısa bir zamanda məlumat vermək mümkün deyildir. Yəqin ki, 

televiziya, radio, mətbuat vəsitəsilə  hər  şeyi biləcəksiniz. 

Bilirsiniz ki, mənim bütün səfərlərim haqqında məlumatın 

hamısı açıq-aydın mətbuatda verilir. 

Onu deyə bilərəm ki, çox səmərəli bir səfərdir. Davos forumu 

beynəlxalq iqtisadi forumdur. 30 ildir ki, bu forum davam edir, 

ildə bir dəfə keçirilir. Həm çox ölkələrin dövlət başçıları, 

hökumət başçıları, həm də çox iş adamları  gəlirlər. Orada həm 

cari iqtisadi məsələlər, gələcək məsələlər müzakirə olunur, həm 

də ki, təbiidir, insanlar bir-biri ilə görüşürlər. Bu, böyük 

imkandır. Yəni dövlət, hökumət başçıları, yaxud xarici işlər 

nazirləri müəyyən görüşlər keçirib öz məsələlərini müzakirə 

edirlər. Bir də ki, dünyanın çoxlu iş adamları, məsələn, 

Yaponiyadan tutmuş Amerikaya qədər, hətta Latın 

Amerikasından, Cənubi Amerikasından adamlar var idi. 

Forum bizim üçün də  səmərəli,  əhəmiyyətlidir. Çünki orada 

xüsusi bir bölmə var idi, adını bir az qəribə qoymuşdular: 

«Böyük İpək yolu - böyük oyundur». Amma əsas məsələ ondan 

ibarət idi ki, bu İpək yolu doğrudan da realdır, nə cürdür, nə 

təhərdir. 

  



__________________________________________ 

377


Orada Qafqaz respublikalarından ikisinin - Azərbaycanın, 

Ermənistanın prezidentləri, habelə  Qırğızıstanın prezidenti var 

idi. Türkiyə xarici işlər naziri ilə təmsil olunurdu. Qazaxıstandan 

Baş nazir gəlmişdi, prezident yox idi. İrandan da xarici işlər 

naziri gəlmişdi. 

Çox səmərəli görüş keçdi. Bu, həm İpək yolu haqqında, həm 

Xəzər hövzəsi haqqında, həm də Bakı-Ceyhan boru kəməri 

barədə Azərbaycanın mövqelərini bildirməyə imkan yaratdı. 

Eyni zamanda suallara cavab verərək imkan oldu ki, 

Ermənistan-Azərbaycan münaqişəsi haqqında fikirlərimizi, 

vəziyyəti geniş kütləyə çatdıraq. Mən bunu çox uğurlu hesab 

edirəm. 


Ən böyük, maraqlı  tədbir dünən Amerika Birləşmiş 

Ştatlarının prezidenti Bill Klintonun gəlməsi, orada böyük bir 

salonda onun çıxışı idi. Çıxış çox məzmunlu idi: dünyanın bu 

günü və  gələcəyi haqqında. Ümumiyyətlə, bu forumun ən  əsas 

məzmunu, yəni onun ana xətti dünyanın qloballaşması barədə 

idi. Klintonun da çıxışı əsasən buna həsr olunmuşdu. Mən hesab 

edirəm ki, çox dəyərli fikirlər irəli sürdü. Həm məzmunca, həm 

mənəca, həm də formaca çox cəlbedici bir çıxış oldu. Televiziya 

ilə də birbaşa translyasiya gedirdi - Si-En-En, başqaları verirdi. 

Ola bilər, sizlərdən də kimsə görübdür. İndi onun çıxışının 

məzmununu danışmaq mümkün deyil. Hər halda, bizim 

mətbuatda da onun müəyyən bir hissəsi veriləcək. Yəqin ki, 

hamısını vermək çətindir, amma müəyyən bir hissəsi 

veriləcəkdir. Gələcəkdə, kimin imkanı varsa, hər halda, tanış 

olsa yaxşı olar - dünyanın problemlərinə aiddir. 

İkitərəfli görüşlər çox oldu. Ermənistan prezidenti 

Koçaryanla növbəti dəfə görüşdüm, danışıqları davam etdirdik. 

Danışıqlar hələ gedir. Hər iki tərəf kompromislər haqqında 

danışıqlar aparırdı. Ancaq belə qərara gəldik ki, danışıq prosesi 

davam etməlidir və  məsələnin hər iki tərəf üçün məqbul, sülh 

yolu ilə həllinə nail olmalıyıq. 

  

 




__________________________________________ 

378


     Amerika  Birləşmiş  Ştatlarının xarici işlər naziri xanım 

Olbrayt öz nümayəndə heyəti ilə, mən də xarici işlər naziri və 

nümayəndə heyətinə daxil olan başqa adamlarla birgə görüşdük. 

Bu görüşdə birinci yerdə yenə Ermənistan-Azərbaycan 

münaqişəsinin həll olunması  məsələsi dururdu. Hesab edirəm, 

çox  əhəmiyyətli, maraqlı görüş idi. Bəli, Amerika Birləşmiş 

Ştatlarının hökuməti çox həvəslidir ki, məsələni sülh yolu ilə 

tezliklə həll edək. 

Bir çox başqa dövlət, hökumət başçıları ilə görüşlərim oldu. 

Onların hamısını burada sadalamaq istəmirəm, mətbuatda 

veriləcəkdir. Bütün görüşlərdə hamı, hətta, məsələn,  İsveçrə 

Konfederasiyasının prezidenti, yaxud da İordaniyanın kralı bu 

məsələ barəsində  məlumat almaq istəyirdi. Bəzən görürsən ki, 

məsələn, məlumat qıtlığı var, məlumatı yoxdur, ona görə  də 

verilən məlumat maraq doğurur. Mən ikitərəfli çox görüşlər 

keçirmişəm, hamı belə fikirdədir ki, məsələ sülh yolu ilə  həll 

olunmalıdır. Hamı da arzu edir ki, tezliklə  həll olunsun, çünki 

bunun həm iqtisadi, həm də siyasi əhəmiyyəti var. Çünki 

Qafqaz, Mərkəzi Asiya indi dünyada çox böyük maraq dairəsi 

olduğu üçün Qafqazda, xüsusən Cənubi Qafqazda sülh 

yaranmasında hamı maraqlıdır. 

Bir neçə  iş adamları, xüsusən bizimlə  əməkdaşlıq edən neft 

şirkətlərinin prezidentləri ilə gorüşlər oldu. Onlarla bugünkü və 

gələcək işlərimiz haqqında danışdıq. 

Mən bu görüşlərdən çox məmnunam. Ümumiyyətlə, bu 

forumda Azərbaycanın iştirak etməsindən çox məmnunam. Beş 

il bundan öncə, 1995-ci ildə bir dəfə bu forumda olmuşdum. Bu, 

ikinci dəfədir. Amma bəziləri hər il gəlir, ya da bir il gəlir, bir il 

gəlmirlər. Ancaq deyə bilərəm ki, bu, indiyə  qədər keçirilən 

forumlardan məzmunca və  səviyyəcə daha da yüksək idi. Ona 

görə də bu səfəri uğurlu hesab edirəm. 

Sual: Cənab prezident, İsveçrənin «Frank müller» və 

«Andre qrup» şirkətləri Azərbaycanın işğal olunmuş 

Qarabağ 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə