Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə109/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   105   106   107   108   109   110   111   112   ...   145

__________________________________________ 

382


 

 

 



XALQ ARTİSTİ VERA ŞİRYEYƏ 

 

Hörmətli Vera Karlovna! 



Sizi - Azərbaycan teatr sənətinin görkəmli nümayəndəsini 

anadan olmağınızın 85 illiyi münasibətilə 

səmimi-               

qəlbdən təbrik edir və sizə ən xoş arzularını bildirirəm. 

Siz yaratdığınız rəngarəng və dolğun obrazlarla Azarbaycan 

teatrının inkişafında mühüm rol oynamış  sənətkarlardansınız. 

Ömrünün 70 ilə yaxın bir dövrünü səhnə sənətinə həsr etmiş bir 

aktrisa kimi, siz teatrımızın görkəmli nümayəndələri sırasında 

layiqli yer tutursunuz. Dünya klassiklərinin dram əsərlərində ifa 

etdiyiniz müxtəlif taleli surətlər həmişə öz təbiiliyi ilə seçilmiş, 

tamaşaçıların dərin rəğbətini qazanmışdır. 

Respublikamızda zəngin  ənənələri olan rus teatrının  əldə 

etdiyi nailiyyətlərdə sizin böyük xidmətləriniz vardır. Siz bu 

teatrın səhnəsində hətta müxtəlif qütblərdə duran və bir-birindən 

kəskin surətdə fərqlənən teatr cərəyanlarını üz yaradıcılığınızda 

məharətlə birləşdirə bilmisiniz. Məhz buna görə  də sizə ifa 

üslubuna və orijinallığına görə teatr tariximizə  həmişəlik daxil 

olmuş klassik obrazlar yaratmaq müyəssər olmuşdur. 

Azərbaycan-rus mədəni  əlaqələrinin ardıcıl surətdə inkişaf 

etdirilməsində də sizin əməyiniz təqdirə layiqdir. 

Milli dramaturgiyamızın  ən yaxşı nümunələrinin rusdilli 

tamaşaçılara çatdırılması  işində  zəhmətiniz xüsusi qeyd 

edilməlidir. Azərbaycan  ədiblərinin dövlət rus dram teatrında 

səhnəyə qoyulmuş  əsərlərində böyük məharətlə oynadığınız 

rollar sizin yüksək fitri istedadınıza, mədəniyyətimizin 

incəliklərinə  və xalqımızın milli-mənəvi dəyərlərinə yaxından 

bələd olmağınıza dəlalət edir. 

  



__________________________________________ 

383


1941-1945-ci illər müharibəsi dövründə cəbhə bölgələrindəki 

çıxışlarınız zamanı böyük şairimiz Süleyman Rüstəmin «Ana və 

poçtalyon» poemasını yüksək emosionallıq və  dərin daxili 

dramatizmlə ifa etməyiniz bütöv bir tamaşa təsiri bağışlayaraq 

ürəklərdə unudulmaz iz buraxmış, sizə böyük şöhrət gətirmiş və 

bu günə qədər yaradıcılıgımızın rəmzi olaraq qalır. 

Sənət yollarında göstərdiyiniz fədakarlıq, aktyorluq işinə 

hədsiz sadaqət, teatr sənətimizin inkişafına göstərdiyiniz böyük 

xidmətlər sizə  əsl xalq məhəbbəti və tamaşaçı sevgisi 

qazandırmışdır.  İnanıram ki, zəngin həyat məktəbi sayılan 

yaradıcılığınız hələ uzun illər sənətkarlar üçün gözəl örnək 

olacaq və neçə yeni aktyor nəsli bu tükənməz qaynaqdan 

faydalanacaqdır. 

Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram. 

 

HEYDƏR ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 30 yanvar 2000-ci il 

 

 

 



 

 

 



 

 

 



 

  

 



  


__________________________________________ 

384


BEYNƏLXALQ VALYUTA FONDUNUN  

AZƏRBAYCAN ÜZRƏ MİSSİYASININ  

RƏHBƏRİ DEVİD OYENİN BAŞÇILIQ  

ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ  

GÖRÜŞDƏ SÖHBƏT 

 

Prezident sarayı  

 

31 yanvar 2000-ci il 

 

Heydər  Əliyev:  Cənab Oyen, mən sizi Azərbaycanda 

salamlayıram və Beynəlxalq Valyuta Fondunun nümayəndələri 

ilə yenidən görüşməyimdən çox məmnunam. Mən Beynəlxalq 

Valyuta Fondu ilə Azərbaycan arasında yaranmış  işgüzar 

əlaqələri yüksək qiymətləndirirəm. Biz daim qeyd edirik ki, 

Beynəlxalq Valyuta Fondu ilə  əməkdaşlığımız başlayandan 

indiyə qədər biz valyuta fondundan çox böyük faydalar almışıq, 

səmərə görmüşük. Bu təbiidir ki, son illərdə Azərbaycanın 

maliyyə  məsələsinə yardım etmək üçün vaxtaşırı ayrılan 

tranşlardır. Bununla bərabər, daha da çox önəmli - sizin 

Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi, 

ümumiyyətlə, destrukturizasiya problemlərinin həll olunması 

sahəsində bizə yardımınız, məsləhətləriniz bizim üçün çox 

əhəmiyyətlidir. 

Bir sözlə, mən indiyə qədər sizin Azərbaycana göstərdiyiniz 

yardıma görə  təşəkkür edirəm və ümidvar olduğumu bildirmək 

istəyirəm ki, bizim bu əməkdaşlığımız bundan sonra daha da 

səmərəli olacaqdır və bu əməkdaşlığı  həm qarşıdakı üç illik 

proqram çərçivəsində, həm də sonra davam etdirəcəyik. 

  



__________________________________________ 

385


Mənə bildirdilər ki, siz bir neçə gündür burada çox məhsuldar 

işləmisiniz. Baş nazir və  mənim  ətrafımda oturanlar mənə bu 

barədə  məlumat veriblər. Ancaq bilirdim ki, siz mənimlə  də 

görüşmək istəyirsiniz, mən də sizinlə görüşmək istəyirəm. Ona 

görə  mən dünən gecə Davos forumundan dönəndən sonra 

göstəriş verdim ki, bu gün bizim görüşümüz təyin olunsun. 

Buyurun. 

Devid Oyen (Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə 

missiyasının rəhbəri): Cənab prezident, bizi qəbul etdiyinizə, 

xoş sözlərinizə  və bu görüşü təşkil etdiyinizə görə Sizə 

minnətdarlığımı bildirirəm. Sizin bir qədər əvvəl qeyd etdiyiniz 

kimi, Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu artıq bir neçə 

ildir çox səmərəli, işgüzar əlaqədədir və birinci üç illik proqram 

sona yetmək üzrədir. Zənn edirəm, bu elə bir andır ki, bu anda 

bizim üç illik fəaliyyətimiz haqqında Sizə geniş  məlumat 

verməliyəm. 

Elə bilirəm ki, bu proqramın yerinə yetirilməsi dövründə biz 

xüsusilə makroiqtisadi sahədə kifayət qədər yaxşı nəticələr əldə 

etmişik. Proqramın  əvvəlindən başlayaraq iqtisadi artım  əldə 

olunmuşdur və böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, 

1999-cu ildə və indi iqtisadi artımı davam etdiririk. 

Cənab prezident, Sizin makroiqtisadi sahəyə cavabdeh olan 

şəxslər, nazirlər bu proqramı çox gözəl yerinə yetirmişlər və 

deməliyəm ki, iqtisadi artım  əldə edilməklə  bərabər, praktiki 

olaraq inflyasiya çox aşağı səviyyədədir.. Deyərdim ki, 1999-cu 

ildə inflyasiya yox səviyyəsində olmuşdur. 

Bir neçə vaxt bundan əvvəl biz Sizinlə görüşərkən bu 

məsələləri müzakirə etmişdik. Siz o məsələləri xüsusilə 

vurğulamışdınız ki, Azərbaycan iqtisadiyyatı,  əlbəttə, neftin 

qiymətlərinin aşağı düşməsindən və Rusiyadakı böhrandan xeyli 

əziyyət çəkmişdir. Onu da qeyd etməliyəm ki, qeyri-neft 

sənayesində 1999-cu ildə irəliləyiş bir o qədər də yaxşı 

olmamışdır. Lakin neftin qiymətlərinin aşağı düşməsi 

respublikaya bir o 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə