__________________________________________
392
hektar ərazidə tütün əkilməsini qərara aldıq və bunu təmin etdik.
Təbiidir ki, 500 hektar o qədər də böyük sahə deyildir. Ancaq
iki-üç ildən sonra bu rayonun rəhbərləri və kəndliləri, yəni
sakinləri onlara bu imkan yaradıldığına görə çox böyük təşəkkür
edirdilər. Çünki 500 hektar sahədə əkilən tütündən onlar
həddindən çox gəlir götürmüşdülər.
Beləliklə, Azərbaycanda tütün istehsalının artması bir
tərəfdən SSRİ dövlətinin tələbi ilə idisə, ikinci tərəfdən, bu sahə
gəlirli olduğuna görə tütünçülüklə məşğul olan təsərrüfatlar,
insanlar buna çox həvəsli idilər. Bunlar hamısı birlikdə qısa bir
müddətdə tütün istehsalını artırmağa imkan vermişdi. Biz tütün
fermentasiya zavodları tikdik. Ancaq məlumdur ki, hər bir malın
ən yüksək dəyəri onun son məhsulundan yaranır. Tütünün də
son məhsulu siqaretdir.
Mən bunu da deməliyəm ki, o vaxtlar bizdən tütün xammalını
tələb edirdilər, alırdılar, ancaq Azərbaycanda bu xammalı son
məhsula çatdırıb siqaret istehsal etməyə imkan vermirdilər.
Bəhanə edirdilər ki, SSRİ-nin bir çox yerlərində - Moskvada,
Leninqradda, başqa şəhərlərdə böyük siqaret fabrikləri var,
Azərbaycanda yeni siqaret fabriki tikməyə ehtiyac yoxdur.
Beləliklə, bizim gördüyümüz işin və hasil etdiyimiz xammalın
ən çox gəlirini siqaret istehsal edən həmin fabriklər
götürürdülər.
Biz tütünün keyfiyyətini də artırmağa çalışırdıq.
Xatirimdədir, Amerikadan dəvət olunmuş mütəxəssislər
vəsitəsilə o illərdə Zaqatala rayonundakı bir neçə təsərrüfatda
«Virciniya» sortunun Azərbaycanda yetişdirilməsi sahəsində
işlər aparıldı. Bizdə isə kiçik bir siqaret fabriki var idi. O vaxt
ona siqaret yox, papiros deyirdilər. Xatirimdədir, həmin fabrik
şəhərin mərkəzində yerləşirdi. Biz respublika sarayını tikəndən
sonra orada olan binaları dağıtdıq, meydan yaratdıq. İndi orada
Milli Bankın binası yerləşibdir. Həmin illərdə orada İnşaat
Bankı da tikilmişdi. O bina da sizə məlumdur. Bax,
__________________________________________
393
təxminən o yerdə kiçik bir siqaret, papiros fabriki var idi. Hətta
biz o vaxt bu fabrikin istehsalını genişləndirmək istəyirdik. Buna
da imkan vermirdilər. Nəhayət, biz nail olduq, bu tütün
kombinatı tikilməyə başlandı və tikildi.
Mən sadəcə, müəyyən bir tarixi dövr ilə sizi tanış etmək
istəyirəm. Təbiidir ki, bu tütün kombinatında da o vaxtlar
Sovetlər İttifaqının çərçivəsində olan aşağı keyfiyyətli siqaretlər,
papiroslar istehsal edilirdi. Amma insanların tələbatı təmin
olunurdu. İndi xaricdən gətirilən «Filip morris» və başqaları -
mən bu siqaretlərin adlarını bilmirəm, çünki bununla
maraqlanmıram - o vaxt yox idi. Əgər kimsə xaricdən bir qutu
gətirirdisə, hamı ona çox təəccüblə baxırdı.
O vaxt insanlar bu siqaretdən, papirosdan istifadə edirdilər.
Beləliklə, mən bu tütün kombinatının tarixi barədə sizə bir neçə
məlumat verdim.
Azarbaycan dövlət müstəqilliyini əldə etdikdən, ölkəmizdə
bazar İqtisadiyyatı siyasəti həyata keçiriləndən sonra, təbiidir,
biz çalışırdıq hər bir müəssisə yeni texnika, yeni texnologiya ilə
təchiz olunsun ki, istehsalın keyfiyyəti artsın. O cümlədən, bu
tütün kombinatı da bizim diqqət mərkəzimizdə idi. Ancaq siz
indi qısa bir müddətdə hazır olan yeni istehsal müəssisəsini
görəndən sonra yəqin təsəvvür edirsiniz ki, biz o vaxt onu
həyata keçirə bilməzdik. Çünki birinci növbədə çox böyük
investisiya lazım idi, ikincisi də bizə məlum olmayan və əlimiz
çatmayan müasir texnika, texnologiya lazım idi.
Bu gün hər şeyi açıq demək lazımdır. Deyə bilərəm ki, son 3-
4 il içərisində bu tütün kombinatı bizə çox başağrısı verdi. Mən
məmnunam ki, bu müəssisəni alıb indi işlədən şirkət vaxtilə
burada çalışanların hamısını saxlayıbdır. Güman edirəm, onların
da nümayəndələri burada iştirak edirlər. Ancaq onlar da
xatırlamalıdırlar, mənim də heç yadımdan çıxmayacaq ki, son 2-
3 il içərisində bu tütün kombinatı müəyyən
__________________________________________
394
mafioz qrupların əlində cürbəcür məqsədlər üçün istifadə
olunurdu.
Bir xarici şirkət gəldi, burada müştərək müəssisə yarandı, biz
buna inandıq, bu barədə mənə məlumatlar verdilər. Güman etdik
ki, həmin o xarici şirkətin imkanları ilə müştərək müəssisə
burada istehsalı yenidən qurub, müasir səviyyəyə çatdıra bilər.
Təəssüf ki, onlar öz üzərlərinə götürdüyü öhdəlikləri yerinə
yetirmədilər. Doğrudur, buraya müəyyən avadanlıq, filan
gətirmişdilər, az miqdarda vəsait də qoymuşdular. Amma iş
görmədilər. Yenə də deyirəm, burada bəzi mafioz qruplar bir
tərəfdən bu kombinatdan özləri üçün gəlir götürməyə, ikinci
tərəfdən Azərbaycanda ictimai-siyasi vəziyyəti pozmağa
çalışırdılar.
Həmin o şirkət və onun buradakı nümayəndələri bu
kombinatın işçilərinin demək olar ki, əksəriyyətini işdən
çıxartmışdılar, onlardan şikayət edirdilər. Xatirimdədir, 1999-cu
ildə biz bu şirkət də işə başlayana qədər 10 gündən-15 gündən
bir bu kombinatdan 100,150,200 nəfər adamı öyrədirdilər,
Nazirlər Kabinetinin, Prezident Sarayının qarşısına
göndərirdilər. Gəlib orada saatlarla dumrdular ki, nə üçün onları
işdən çıxarıblar, maaş ala bilmirlər, vəziyyətləri pisdir, şikayət
edirlər. Təbiidir ki, bu adamların şikayət etməyə haqqı da, əsası
da var idi. Amma iş burasındadır ki, bəzi qüvvələr bundan
istifadə edirdilər, sadəcə olaraq aranı qarışdırmaq istəyirdilər.
Hüquq-mühafizə orqanlarının bəzi nümayəndələri də bu
kombinata yol tapmışdılar, buradan sui-istifadə edirdilər,
qanunsuz gəlirlər götürürdülər. Hətta müxalifət partiyalarına
mənsub olan bəzi qüvvələr də, mən belə hesab edirəm ki, bu
kombinatda maraqlı idilər. Yəqin, onların da burada özlərinə
məxsus gəlirləri var idi. Ona görə də insanları qızışdırıb şikayətə
göndərirdilər. Hətta bir neçə dəfə bu məsələni Milli Məclisin
iclaslarında qaldırıb - guya hökumət bu kombinatı nə üçün
işlədə bilmir, filan - bu cür çıxışlar edirdilər.
Dostları ilə paylaş: |