__________________________________________
416
belə də olacaqdır. Mən bunun alternativlərini görmürəm. Daim
düşmənçilikdə, daim münaqişədə olmaq, görünür, ermənilər
üçün də ağır olacaq, Azərbaycanlılar üçün də asan
olmayacaqdır. Ona görə də biz yol tapmalıyıq.
Təkrar edirəm, mən çox şadam ki, bütün ölkələrdə, bəyan
etdiyiniz kimi, o cümlədən sizin ölkənizdə bu münaqişənin
dincliklə nizama salınmasını gözləyir, bizim birbaşa
dialoqumuzu alqışlayırlar. Hesab edirəm ki, biz buna nail
olacağıq. Siz Gürcüstanda, Ermənistanda olacaqslınız.
Ümidvaram ki, siz orada vəziyyəti görəcəksiniz. Ümidvaram,
siz bu arzuları Ermənistandan da bildirəcəksiniz ki, biz sülhə
yaxınlaşa bilək. Hər halda, Azərbaycan bu mövqelərdə möhkəm
dayanmışdır və biz bu mövqelərdə axıradak dayanacağıq.
MDB-yə gəldikdə, o, lap əvvəldən hansısa bir mütəşəkkil
təşkilata çevrilmədi. Bunun səbəbləri var, onların üzərində
dayanmaq istəmirəm. Lakin biz, MDB-nin üzvləri bir yerə
toplaşanda hamımız eyni bir şeydən danışır və deyirik ki, MDB-
yə daxil olan ölkələrin bütün imkanlarından əməkdaşlıq üçün
həqiqətən istifadə olunmasından ötrü MDB-ni daha mütəşəkkil,
dinamik təşkilata çevirmək lazımdır.
Amma vəziyyəti çətinləşdirən məsələlər də var. Məsələn,
mən hələ 1993-cü ildə bəyanat vermişdim, sonra onu daha bir
neçə dəfə təkrar etdim. Başa düşürsünüzmü, beynəlxalq təşkilat
olan MDB-də onun üzvü olan iki dövlətin bir-biri ilə müharibə
aparması, hərbi münaqişədə olması ağlasığmazdır. Siz
Avropada, Avropa Birliyində və ya hər hansı digər ittifaqlarda
belə şeyə rast gələ bilərsinizmi? Rast gələ bilməzsiniz. Burada
isə belə şey var və bu, bizim vəziyyətimizi çətinləşdirir.
Lakin təkcə bu deyil. MDB-nin daxilində başqa ziddiyyətlər
də var. Biz hesab edirik ki, MDB yaradıldığı məqsədə xidmət
edən təşkilata çevrilə bilər. Amma bundan ötrü Rusiyanın geniş
fəaliyyəti gərəkdir. Çünki Rusiya özünün həm iqtisadi, həm
siyasi, həm hərbi potensialına görə, ərazisinə və
__________________________________________
417
əhalisinin sayına görə MDB ölkələri arasında çox böyük yer
tutur. Ona görə də bu baxımdan Rusiya öz daxilində vəziyyəti
sabitləşdirməli, bununla da MDB ölkələrini sıx birləşdirmək
üçün müsbət rol oynamalıdır.
Biz - MDB başçıları axırıncı dəfə yanvarın 24-25-də
Moskvada görüşdük. Yeri gəlmişkən, bilirsinizmi, hamı belə bir
əhval-ruhiyyədə idi ki, - bu, çıxışlarımızda da öz əksini tapdı, -
əgər MDB dövlət başçıları yanvarın 25-də Moskvada
görüşərkən yaranmış ruhu saxlaya bilsək, MDB-nin həyatında
yeni mərhələyə başlamaq üçün real imkana malikik. Lakin,
görünür bunu Rusiyada prezident seçkiləri keçirildikdən sonra
daha konkret şəkildə hiss edə biləcəyik. Yəqin ki, bundan sonra
biz yenidən görüşəcəyik.
Azərbaycanın mövqeyi belədir ki, MDB-nin yaradıldığı
məqsədə xidmət edən təşkilat olması üçün real, qarşılıqlı surətdə
faydalı, səmimi, mehriban əməkdaşlıq etmək lazımdır.
Eduard Kukan: Bu, iki məsələ üzrə həqiqətən çox dərin
təhlildir. Əlbəttə, biz arzu edirik ki, Siz Ermənistanla
danışıqlarda problemin dincliklə həllinə nail olasınız. Bu işi
uğurla axıra çatdırmaq üçün Sizə səbr arzulayırıq.
MDB haqqında dedikləriniz barədə. Əlbəttə, məncə, bütün
Avropa ölkələri istəyirlər ki, Rusiyada daxili siyasi vəziyyət
sabit olsun. Sabit Rusiyanın olması çox mühüm və çox yaxşıdır.
Biz istəyirik ki, Rusiya islahatlar yolu ilə inkişaf etsin, ancaq bu,
onların daxili işidir və onu özləri həll etməlidirlər. Biz buna
hörmət edəcəyik. Lakin Avropada daha sakit vəziyyət üçün
Rusiyada vəziyyətin sabit olması vacibdir ki, biz bu ölkənin
gələcək inkişafının necə olacağını yəqin edə və müəyyənləşdirə
bilək.
Cənab prezident, Siz ikitərəfli aməkdaşlığımız haqqında
doğru dediniz ki, Baş nazirin yanında söhbət zamanı biz çox
konkret layihələrdən danışdıq. Mənə verilmiş məlumata görə, bu
danışıqlardan təxminən bir neçə gün sonra biz müqavilə
bağlanması və
__________________________________________
418
ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığa, ticarətə və biznesə
başlanması üçün buraya konkret təkliflər göndərəcəyik. Əminəm
ki, bu əməkdaşlıq gələcəkdə genişlənəcəkdir.
Bu söhbətə görə çox sağ olun. Ölkənizin gələcək inkişafı
barədə bütün bu ideyaları, fəlsəfəni Sizdən eşitmək mənim üçün
çox mühüm idi. İcazə verin, Slovakiya hökuməti adından Sizə
müstəqil Azərbaycanın inkişafı yolunda ən xoş arzularımı
bildirim. Arzu edirəm ki, Siz bütün məsələlərin həlli yollarını
tapasınız, hərçənd, onlar çox mürəkkəbdir, ağırdır, ölkələrimizə
arzu etmək istəyirəm ki, yaxşı gələcəyimiz olsun, bir-birimizi
tədricən daha yaxşı tanıyaq, çünki daha uğurlu əməkdaşlığın
şərtlərindən biri də budur.
Nümayəndə heyətimizin ölkənizə səfərinə, əməkdaşlığımızın
gələcəkdə daha fəal inkişafı məqsədi ilə bütün bu danışıqların
həqiqətən nəinki səmimi, həm də konkret, - bu isə xüsusilə
vacibdir, - olması üçün çox yaxşı şərait yaratdığmıza görə Sizə
bir daha təşəkkür etmək istəyirəm.
Heydər Əliyev: Azarbaycana göstərdiyiniz diqqətə görə,
səfərinizə görə sizə təşəkkür edirəm. Ümidvaram ki, bu səfər
münasibətlərimizin inkişafında mühüm rol oynayacaqdır.
Xalqmıza, ölkənizə arzu edirəm ki, qarşınıza qoyduğunuz
bütün vəzifələr uğurla hayata keçirilsin. Xüsusilə arzu edirəm ki,
siz öz məqsədinizə çata biləsiniz - Avropa Birliyinin üzvü
olasınız, NATO-ya daxil olasınız və Avropa cəmiyyətinin tam
hüquqlu üzvü olasınız. Xalqınıza ən xoş arzularımı bildirirəm.
Dostları ilə paylaş: |