__________________________________________
426
canın gənclərinə hədsiz məhəbbət hissi bəsləyirəm. Çünki
birinci, mən uşaqları, gəncləri bir insan kimi çox sevirəm,
ikincisi də, Azərbaycanın dövlət başçısı kimi, Azərbaycanın
bugünkü işləri ilə məşğul olaraq Azərbaycanın gələcəyinə çox
əsaslar yaratmağa çalışıram, gələcəyi haqqında düşünürəm.
Azərbaycanın gələcəyi də gənclərə məxsusdur, gənclərin əlində
olacaqdır. Biz bu gün hansı gənc nəsli yetişdirə bilsək,
Azərbaycanın gələcəyi ondan çox asılı olacaqdır. Əgər bugünkü
gənc nəsil Azərbaycan xalqının bütün qayğılarına qalmaq
iqtidarına malik olacaqsa, yüksək biliyə, təcrübəyə malik
olacaqsa, təbiidir ki, biz Azərbaycanın gələcəyi haqqında
narahat olmamalıyıq.
Mən hesab edirəm ki, Azərbaycanda bu gün belə gənc nəsil
mövcuddur, inkişaf edir, böyüyür və Azərbaycanın gələcəyini
bizdən də yaxşı inkişaf etdirməyə qadir olacaqdır. Ona görə də
Gənclər günü gənclərin bayramıdır, ancaq bizim hamımızın
ümumxalq bayramıdır, mənim bayramımdır və bu gün gənclərin
nümayəndələri ilə görüşmək mənim üçün çox əhəmiyyətlidir,
mənə çox sevinc gətirir.
İdman əsasən gənclərə məxsus olan bir sahədir. Burada
verilən məlumatlar bir də onu təsdiq etdi ki, Azərbaycanın
idmanı son illərdə çox sürətlə inkişaf edir. Bu təbiidir ki, bizim
aldə etdiyimiz nailiyyətlər içərisinda çox görkəmli yer tutur. Biz
çalışırıq ki, müstəqil dövlətimizi möhkəmləndirək, inkişaf
etdirək. Biz çalışırıq ki, siyasi, iqtisadi, sosial islahatlar həyata
keçirib Azərbaycanı inkişaf etdirək. Biz çalışırıq ki, insanların
rifah halını yaxşılaşdıraq. Biz çalışırıq ki, Azərbaycanın böyük
problemi olan Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu
ilə həll edək. Bunlar hamısı bizim üçün vəcibdir və bu sahələrdə
bizim nailiyyətlərimiz göz qabağındadır. Ancaq bunların
içərisində gənclərin nailiyyətləri, o cümlədən bizim idmançıların
nailiyyətləri çox görkəmli
__________________________________________
427
yer tutur. İdmançıların nailiyyətləri gənclərimizin həm fiziki,
həm də mənəvi cəhətdən sağlam olduğunu göstərir.
Sizin kimi idmançılar - dünyada Azərbaycanın idmanını
nümayiş etdirən, ölkəmizi tanıdan və Azərbaycanda idmanın
səviyyəsini dünyaya göstərənlər, təbiidir ki, çox böyük iş
görürsünüz. Sizinlə hər dəfə görüşəndə, məlumatlarınızı
dinləyəndə mən böyük iftixar hissi keçirirəm.
Bizim xalqımız fiziki cəhətdan sağlam xalqdır. Xalqımızın
mənəviyyatı da yüksəkdir. Ancaq keçmiş zamanlarda biz idman
sahəsində heç vaxt indiki qədər nailiyyətlər əldə etməmişik. Ona
görə yox ki, bizim gənclərimiz, idmançılarımız buna qadir
olmayıblar. Ona görə ki, birinci növbədə, biz müstəqil
olmamışıq və Sovet İttifaqı, SSRİ tərkibində bizim idmançıların
özlərini göstərmək və öz fəaliyyətləri nəticəsinda onlara layiq
olan yerləri tutmaq imkanları məhdud olubdur. İkinci də ona
görə ki, indi müstəqil Azərbaycanda idmana, olimpiya
hərəkatına xüsusi diqqət yetirilir və bir də bugünkü nailiyyətlər
keçmişdən ona görə artıqdır, yüksəkdir ki, indi hər bir
Azərbaycan idmançısında vətənpərvərlik hissi, vətənə məhəbbət,
sevgi hissi əvvəlkilərdən, təbiidir ki, yüksəkdir.
O vaxt bizim ümumi vətənimiz var idi, biz hamımız o vətənə
qarışmışdıq. Amma indi Azərbaycan xalqının öz vətəni var.
Azərbaycanda yaşayan vətəndaşların hansı millətə mənsub
olmasından asılı olmayaraq öz vətəni var. Öz vətəni olan insan,
təbiidir ki, öz vətənini sevərək daha da yüksək nailiyyətlər əldə
edə bilər. Düşünürsən ki, bax, buna görə, bu səbəblərə görə və
bunların nəticəsində Azərbaycan idmanı indi doğrudan da bizi
sevindirən səviyyəyə gəlib çatıbdır.
Hər dəfə sizinlə görüşəndə yeni-yeni məlumatlar verirsiniz.
Bu, onu göstərir ki, Azərbaycanda idman dinamik inkişaf edir,
bizim idmançılar ardıcıl olaraq öz peşələri ilə məşğuldurlar və
təbiidir ki, onlar üçün böyük imkan yaradılır, şərait yaradılır,
qayğı göstərilir. Qayğı göstərmək, şəraiti yaratmaq, imkan
__________________________________________
428
yaratmaq bizim borcumuzdur. Ancaq bunlardan səmərəli
istifadə etmək və öz peşəniz sahəsində yüksək nəticələr əldə
etmək sizin vəzifənizdir, bizim borcumuzdur. Düşünürəm, tam
əsasla demək olar ki, biz də öz borcumuzu yerinə yetiririk, siz
də öz borcunuzu yerinə yetirirsiniz. Ona görə də belə
nailiyyətlər və təbiidir ki, onlar üçün böyük imkan yaradılır,
şərait yaradılır, qayğı göstərilir. Qayğı göstərmək, şərait
yaratmaq, imkan yaratmaq bizim borcumuzdur. Ancaq
bunlardan səmərəli istifadə etmək və öz peşəniz sahəsində
yüksək nəticələr əldə etmək sizin vəzifənizdir, sizin
borcunuzdur. Düşünürəm, tam əsasla demək olar ki, biz də öz
borcumuzu yerinə yetiririk, siz də öz borcunuzu yerinə
yetirirsiniz. Ona görə də belə nailiyyətlər var.
İndi əsas vəzifə 2000-ci ilin olimpiya oyunlarına hazırlıqdır.
Bu sahədə siz yaxşı hazırlıq işləri görmüsünüz və müəyyan
nailiyyətləriniz vardır. Ancaq hesab edirəm ki, qarşıdakı aylar
hazırlığın ən fəal bir dövrü olmalıdır. Siz daha da çox işlər
görməlisiniz ki, Sidney dünya olimpiya oyunlarında Azarbaycan
öz idman gücünü, öz idman səviyyəsini göstərə bilsin. Sizin
verdiyiniz məlumatlar ümid yaradır ki, biz bunun şahidi
olacağıq. Ancaq bunun üçün daha da çox çalışmaq lazımdır,
arxayınçılığa yol vermək olmaz. Həm Gənclər və İdman
Nazirliyi, həm Milli Olimpiya Komitəsi daha da çox
işləməlidirlər ki, Azərbaycan dünya olimpiya oyunlarında bu il
də özünü göstərə bilsin.
Keçmiş olimpiya oyunlarında ölkəmizin iştirak etməsi,
sadəcə, Azərbaycanın bir müstəqil dövlət kimi bu oyunlarda
təmsil olunmasını göstərirdi və müəyyən nailiyyətlərimiz də
vardı. Ancaq indi vaxt keçib, siz böyük bir hazırlıq dövrü
yaşamısınız, nailiyyəllər əldə etmisiniz. Ona görə biz sizdən
2000-ci ilin olimpiya oyunlarında çox şey gözləyirik və arzu
edirəm ki, siz Azərbaycana böyük qələbələrlə qayıdasınız. Onun
üçün də hələ bundan sonra çox işlər görmək lazımdır.
Dostları ilə paylaş: |