__________________________________________
451
ölkələrin ödəmə balanslarını tarazlaşdırmaq və valyuta məzənnəsini
tənzimləməkdən ibarətdir. 1992-ci ilda Azərbaycan Respublikası Beynəlxalq
Valyuta Fonduna qəbul olunmuşdur. - 15, 20, 57, 152, 384-389.
18. Ağdam rayonu - Azərbaycan Respublikasında inzibati rayon.
1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1094 km
2
, əhalisi 101,6 min nəfərdir.
1993-cü ildə erməni qəsbkarları tərafindən işğal edilmişdir. - 15, 258.
19. Atəşkəs rejimi - 1994-cü il mayın 12-də Moskvada Ermənistan-
Azərbaycan arasında atəşin müvəqqəti dayandırılması (atəşkəs) haqqında
müqavilə imzalandı. Müqaviləyə görə müharibə aparan tərəflər sülh
müqaviləsi bağlanana qədər atəşin dayandırılması haqqında razılığa gəldilər.-
16, 60, 276, 337.
20. Avropa
Yenidənqurma və İnkişaf Bankı - Qərbi və Şərqi Avropa,
MDB ölkələrini uzunmüddətli kreditlə təchiz edən regional dövlətlərarası
bank. 1990-cı ildə yaradılmışdır. Londonda yerləşir. Bankın 57 üzvü var,
həmçinin Avropa İnvestisiya Bankı və Avropa Birliyi ora daxildir. - 20, 57,
152, 214.
21. 1990-cı ilin yanvarı - 1990-cı ilin yanvarında Azərbaycanda faciə baş
verdi. Yanvarın 19-dan 20-nə keçən gecə fövqəladə vəziyyət elan edilmədən
Sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri, dəniz donanmasının və daxili
qoşunların bölmələri Bakı şəhərinə yeridildi. Sovet ordusunun bu kütləvi
zorakılıq aktı nəticəsində 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış,
yüzlərlə adam qanunsuz həbs edilmiş və itkin düşmüş, dövlət əmlakına,
ictimai və şəxsi əmlaka, şəhər təsərrüfatına və vətəndaşlara böyük maddi
ziyan dəymişdi. 1990-ci ilin qanlı yanvar Azərbaycanın ərazi bütövlüyü
uğrunda aparılan mübarizə tariximizdə Vətənin şəhid övladlarının qanı ilə
yazılmış şərəfli səhifə oldu. - 21-27, 34, 89, 197, 217-226, 244-252, 325.
22. Vəlski A r k a d i İ v ə n o v i ç (1942-2007) - Rusiyanın ictimai və
siyasi xadimi. 1988-ci ildə Sov.İKP Siyasi Bürosunun və SSRİ Ali Sovetinin
Dağlıq Qarabağ Muxtar Vilayətində nümayəndəsi olmuşdur. 1989-cu ildə isə
Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində üzdəniraq Xüsusi
İdarəetmə Komitəsinin sədri təyin edilmişdir. Ermənipərəst mövqe
tutduğundan Dağlıq Qarabağın ermənilər tərəfindən işğalına kömək etmişdir.
-22.
__________________________________________
452
23. Azərbaycan Xalq Cəbhəsi (AXC) - ictimai-siyasi təşkilat. 1989-cu
ildə təsis konfransı keçirilmiş, Proqram və Nizamnaməsi qəbul olunmuşdur.
1999-cu il iyulun 25-də keçirilmiş qurultayının qərarı ilə Azərbaycan Xalq
Cəbhəsi Partiyası adlandırılmışdır. - 24, 47, 48, 49, 50.
24. Niger, N i g e r F e d e r a t i v Respublikası- Qərbi Afrikada dövlət.
Sahəsi 924 min km
2
, əhalisi 103,9 milyon nəfərdir. Paytaxtı Abudya
şəhəridir. Dövlətin və hökumətin başçısı prezidentdir, - 30.
25. Mayakovski Vladimir Vladimiroviç (1893-1930) - böyiik rus şairi.
İnqilaba qədsrki yaradıcılığında futurizm çərçivəsində «saf» forma
axtarışlarını özünəməxsus bir tərzdə anlayırdı («Vladimir Mayakovski»
faciəsi, «Şalvarlı bulud» poeması). İnqilabdan sonrakı yaradıcılığında şair baş
vermiş hadisələrin mahiyyətini dərk etməyə səy göstərirdi. («Sovet
pasportu», şeiri, «Yaxşı» poeması). XX əsr rus poeziyasına reformator şair
kimi çox böyük təsir göstərmişdir. Şair özünü intihar etmişdir. - 32.
26. Yesenin Sergey Aleksandroviç (1895-1925) - böyük rus şairi. Şair
ilk vaxtlar incə lirik şair, dərin psixoloji peyzaj ustası, kəndin və kəndlilərin
ilhamçısı kimi çıxış edir. 1919-23-cü illərdə imajinistlər qrupuna daxil olur
və tamamilə ictimai həyatdan uzaqlaşır. 1924-25-ci illərdə Bakıda olmuş,
birmüddət Mərdəkanda yaşamışdır. Bır sıra görkəmli əsərlərini burada
yazmışdır. Azərbaycana da həsr edilmiş şeirləri var. Dərin yaradıcılıq böhram
nəticəsində intihar etmişdir. - 33.
27. Müstəqil Dövlətlər Birliyi (MDB) - 1991-ci il dekabrın 8-də
Belorusiya, Rusiya və Ukrayna dövlət başçılarının imzaladıqları Saziş
əsasında SSRİ dağıldıqdan sonra yeni dövlətlərarası birlik kimi yaradılmışdır.
Azərbaycan 1993-cü ilin sentyabrında MDB-yə daxil olmuşdur. Tərkibinə
keçmiş SSRİ-nin 12 müttəfiq respublikası - Azərbaycan, Belarus,
Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan,
Rusiya, Tacikistan, Türkmənistan, Ükrayna daxildir. MDB-nin 1993-cü ildə
qəbul edilmiş nizamnaməsində aşağıdakı birgə fəaliyyət sahələri nəzərdə
tutulur: insan hüquq və azadlıqlarının təmin edilməsi: xarici siyasi fəaliyyətin
əlaqələndirilməsi: ümumi İqtisadi məkanın formalaşdırılmasında; nəqliyyat
sisteminin
__________________________________________
453
və rabitənin inkişafında əmakdaşlıq; əhalinin sağlamlığının və ətraf mühitin
mühafizəsi: sosial və mühacirət məsələləri, mütəşəkkil cinayətkarlıqla
mübarizə: müdafiə siyasətində və sərhədlərin qorunmasında əməkdaşlıq.
MDB-nin orqanları aşağıdakılardır: Dövlət başçıları Şurası; Hökumət
başçıları Şurası; Xarici işlər nazirləri Şurası; Dövlətlərarası iqtisadi Şura:
Mərkəzi Sankt-Peterburq şəhərində olan Parlamentlərarası Assambleya və s.
MDB-nin daimi fəaliyyət göstərən orqanı Minsk şəhərində yerləşən
Əlaqələndirmə Məsləhət Komitəsidir. - 36, 38, 82, 86, 87, 95, 150, 152, 260,
263, 266, 268, 273, 279, 281-297, 298, 310, 411, 416, 417, 437, 439.
28. Putin, V l a d i m i r V l a d i m i r o v i ç (d.1952) - 2000-2008-cı
illərdə Rusiya Federasiyasının prezidenti. 1975-97-ci illərdə bir sıra məsul
vəzifələrdə çalışmışdır.1998-ci ildə Rusiya Federasiyası prezidenti
administrasiyasının rəhbəri, 1998-99-cu illərdə MTİ-in direktoru, 1999-cu
ilin avqustundan Rusiya hökumətinin başçısı, 2008-ci ilin mayında Rusiya
Federasiyasında Baş nazir. - 39, 40, 166, 204, 206, 260, 263, 277, 278, 281-
297, 298, 301, 334, 437, 438, 442.
29. Yeni Azərbaycan Partiyası (YAP) - Azərbaycanda ən kütləvi-siyasi
partiya. YAP 1992-ci il noyabrın 21-do Naxçıvan şəhərində təsis edilib. 81
rayon və 5 minə yaxın ilk partiya təşkilatında birləşən 180 min üzvü var.
Partiyada Gənclər Birliyi və Qadın Şurası fəaliyyət göstərir. Parlamentdə 73
deputatla təmsil olunur. YAP Azərbaycanın dövlət müstəqilliyinin daha da
möhkəmləndirilməsində, ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət
qurulmasında və iqtisadi-siyasi islahatların həyata keçirilməsində fəal iştirak
edir. YAP ölkəmizin ictimai-siyasi həyatında aparıcı qüvvədir. YAP-ın təsis
konfransında (1992) mərhum prezidentimiz Heydər Əliyev yekdilliklə
partiyanın sədri seçilmişdi. 2005-ci il mart ayından isə YAP-ın sədri
prezident İlham Əliyevdir. -41-80, 166.
30. Naxçıvan - Azərbaycan Respublikasında şəhər. Naxçıvan Muxtar
Respublikasının paytaxtı. Ərazisi 0,013 min km
2
, əhalisi 67 min nəfərdən
çoxdur. Naxçıvan Azərbaycanın ən qədim şəhərlərindəndir. Müasir Naxçıvan
qədim, antik və orta əsr şəhər yerinin xarabalıqları üzərində yerləşmişdir.
Naxçıvan e.ə. IX-VI əsrlərdə qədim Manna və Midiyanın, eramızın
əvvəllərində isə Albaniyanın tərkibində, IV əsrdən Sasanilərin tərkibində
olmuşdur. 654-cü ildə isə Naxçıvanı ərəblər işğal edirlər. 1828-ci il Türk-
Dostları ilə paylaş: |