Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə131/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   127   128   129   130   131   132   133   134   ...   145

__________________________________________ 

451


ölkələrin ödəmə balanslarını tarazlaşdırmaq və valyuta məzənnəsini 

tənzimləməkdən ibarətdir. 1992-ci ilda Azərbaycan Respublikası Beynəlxalq 

Valyuta Fonduna qəbul olunmuşdur. - 15, 20, 57, 152, 384-389. 

 

18. Ağdam rayonu - Azərbaycan Respublikasında inzibati rayon. 

1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1094 km

2

, əhalisi 101,6 min nəfərdir. 



1993-cü ildə erməni qəsbkarları tərafindən işğal edilmişdir. - 15, 258. 

 

19. Atəşkəs rejimi - 1994-cü il mayın 12-də Moskvada Ermənistan- 

Azərbaycan arasında atəşin müvəqqəti dayandırılması (atəşkəs) haqqında 

müqavilə imzalandı. Müqaviləyə görə müharibə aparan tərəflər sülh 

müqaviləsi bağlanana qədər atəşin dayandırılması haqqında razılığa gəldilər.- 

16, 60, 276, 337. 

 

20. Avropa 

Yenidənqurma və İnkişaf Bankı - Qərbi və Şərqi Avropa, 

MDB ölkələrini uzunmüddətli kreditlə  təchiz edən regional dövlətlərarası 

bank. 1990-cı ildə yaradılmışdır. Londonda yerləşir. Bankın 57 üzvü var, 

həmçinin Avropa İnvestisiya Bankı və Avropa Birliyi ora daxildir. - 20, 57, 

152, 214. 

 

211990-cı ilin yanvarı - 1990-cı ilin yanvarında Azərbaycanda faciə baş 

verdi. Yanvarın 19-dan 20-nə keçən gecə fövqəladə vəziyyət elan edilmədən 

Sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri, dəniz donanmasının və daxili 

qoşunların bölmələri Bakı  şəhərinə yeridildi. Sovet ordusunun bu kütləvi 

zorakılıq aktı  nəticəsində 131  nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 

yüzlərlə adam qanunsuz həbs edilmiş  və itkin düşmüş, dövlət  əmlakına, 

ictimai və  şəxsi  əmlaka,  şəhər təsərrüfatına və  vətəndaşlara böyük maddi  

ziyan dəymişdi. 1990-ci ilin qanlı yanvar Azərbaycanın  ərazi bütövlüyü 

uğrunda aparılan mübarizə tariximizdə  Vətənin  şəhid övladlarının qanı ilə 

yazılmış şərəfli səhifə oldu. -   21-27, 34, 89, 197, 217-226, 244-252, 325. 

 

22. Vəlski A r k a d i İ v ə n o v i ç (1942-2007) - Rusiyanın ictimai və 

siyasi xadimi. 1988-ci ildə Sov.İKP Siyasi Bürosunun və SSRİ Ali Sovetinin 

Dağlıq Qarabağ Muxtar Vilayətində nümayəndəsi olmuşdur. 1989-cu ildə isə 

Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində üzdəniraq Xüsusi 

İdarəetmə Komitəsinin sədri təyin edilmişdir. Ermənipərəst mövqe 

tutduğundan Dağlıq Qarabağın ermənilər tərəfindən işğalına kömək etmişdir. 

-22. 


  


__________________________________________ 

452


23.  Azərbaycan Xalq Cəbhəsi (AXC) - ictimai-siyasi təşkilat. 1989-cu 

ildə təsis konfransı keçirilmiş, Proqram və Nizamnaməsi qəbul olunmuşdur. 

1999-cu il iyulun 25-də keçirilmiş qurultayının qərarı ilə Azərbaycan Xalq 

Cəbhəsi Partiyası adlandırılmışdır. - 24, 47, 48, 49, 50. 

 

24. Niger, N i g  e r F e d e r a t i v   Respublikası- Qərbi Afrikada dövlət. 

Sahəsi 924 min km

2

,  əhalisi 103,9 milyon nəfərdir. Paytaxtı Abudya 



şəhəridir. Dövlətin və hökumətin başçısı prezidentdir, - 30. 

 

25.  Mayakovski Vladimir Vladimiroviç (1893-1930) - böyiik rus şairi. 

İnqilaba qədsrki yaradıcılığında futurizm çərçivəsində «saf» forma 

axtarışlarını  özünəməxsus  bir  tərzdə    anlayırdı («Vladimir  Mayakovski» 

faciəsi, «Şalvarlı bulud» poeması). İnqilabdan sonrakı yaradıcılığında şair baş 

vermiş hadisələrin mahiyyətini dərk etməyə  səy göstərirdi. («Sovet 

pasportu»,  şeiri, «Yaxşı» poeması). XX əsr rus poeziyasına reformator şair 

kimi çox böyük təsir göstərmişdir. Şair özünü intihar etmişdir. - 32. 

 

26.  Yesenin Sergey Aleksandroviç (1895-1925) - böyük rus şairi. Şair 

ilk vaxtlar incə lirik şair, dərin psixoloji peyzaj ustası, kəndin və kəndlilərin 

ilhamçısı kimi çıxış edir. 1919-23-cü illərdə imajinistlər qrupuna daxil olur 

və tamamilə ictimai həyatdan uzaqlaşır. 1924-25-ci illərdə Bakıda olmuş, 

birmüddət Mərdəkanda yaşamışdır. Bır sıra görkəmli  əsərlərini burada 

yazmışdır. Azərbaycana da həsr edilmiş şeirləri var. Dərin yaradıcılıq böhram 

nəticəsində intihar etmişdir. - 33. 

 

27. Müstəqil Dövlətlər Birliyi (MDB) - 1991-ci il dekabrın 8-də 

Belorusiya,   Rusiya və Ukrayna dövlət başçılarının imzaladıqları Saziş 

əsasında SSRİ dağıldıqdan sonra yeni dövlətlərarası birlik kimi yaradılmışdır. 

Azərbaycan 1993-cü ilin sentyabrında MDB-yə daxil olmuşdur. Tərkibinə 

keçmiş SSRİ-nin 12 müttəfiq respublikası - Azərbaycan, Belarus, 

Ermənistan, Gürcüstan, Qazaxıstan,   Qırğızıstan, Moldova, Özbəkistan, 

Rusiya, Tacikistan, Türkmənistan, Ükrayna daxildir. MDB-nin 1993-cü ildə 

qəbul edilmiş nizamnaməsində  aşağıdakı birgə  fəaliyyət sahələri nəzərdə 

tutulur: insan hüquq və azadlıqlarının təmin edilməsi: xarici siyasi fəaliyyətin 

əlaqələndirilməsi: ümumi İqtisadi məkanın formalaşdırılmasında; nəqliyyat 

sisteminin 

  

 



__________________________________________ 

453


və rabitənin inkişafında əmakdaşlıq; əhalinin sağlamlığının və ətraf mühitin 

mühafizəsi: sosial və mühacirət məsələləri, mütəşəkkil cinayətkarlıqla 

mübarizə: müdafiə siyasətində və sərhədlərin qorunmasında əməkdaşlıq. 

MDB-nin orqanları  aşağıdakılardır: Dövlət başçıları  Şurası; Hökumət 

başçıları  Şurası; Xarici işlər nazirləri  Şurası; Dövlətlərarası iqtisadi Şura: 

Mərkəzi Sankt-Peterburq şəhərində olan Parlamentlərarası Assambleya və s. 

MDB-nin daimi fəaliyyət göstərən orqanı Minsk şəhərində yerləşən 

Əlaqələndirmə Məsləhət Komitəsidir. - 36, 38, 82, 86, 87, 95, 150, 152, 260, 

263, 266, 268, 273, 279, 281-297, 298, 310, 411, 416, 417, 437, 439. 

 

28. Putin, V l a d i m i r  V l a d i m i r o v i ç (d.1952) - 2000-2008-cı 

illərdə Rusiya Federasiyasının prezidenti. 1975-97-ci illərdə bir sıra məsul 

vəzifələrdə çalışmışdır.1998-ci ildə Rusiya Federasiyası prezidenti 

administrasiyasının rəhbəri, 1998-99-cu illərdə MTİ-in direktoru, 1999-cu 

ilin avqustundan Rusiya hökumətinin başçısı, 2008-ci ilin mayında Rusiya 

Federasiyasında Baş nazir.  - 39, 40, 166, 204, 206, 260, 263, 277, 278, 281-

297, 298, 301, 334, 437, 438, 442. 

 

29. Yeni Azərbaycan Partiyası (YAP) - Azərbaycanda ən kütləvi-siyasi 

partiya. YAP 1992-ci il noyabrın 21-do Naxçıvan  şəhərində  təsis edilib. 81 

rayon və 5 minə yaxın ilk partiya təşkilatında birləşən 180 min üzvü var. 

Partiyada Gənclər Birliyi və Qadın Şurası fəaliyyət göstərir. Parlamentdə 73 

deputatla təmsil olunur. YAP Azərbaycanın dövlət müstəqilliyinin daha da 

möhkəmləndirilməsində, ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət 

qurulmasında və iqtisadi-siyasi islahatların həyata keçirilməsində fəal iştirak 

edir. YAP ölkəmizin ictimai-siyasi həyatında aparıcı qüvvədir. YAP-ın təsis 

konfransında (1992) mərhum prezidentimiz Heydər  Əliyev yekdilliklə 

partiyanın sədri seçilmişdi. 2005-ci il mart ayından isə YAP-ın sədri 

prezident İlham Əliyevdir. -41-80, 166. 

 

30. Naxçıvan - Azərbaycan Respublikasında  şəhər. Naxçıvan Muxtar 

Respublikasının paytaxtı.  Ərazisi  0,013 min km

2

,  əhalisi 67 min nəfərdən 



çoxdur. Naxçıvan Azərbaycanın ən qədim şəhərlərindəndir. Müasir Naxçıvan 

qədim, antik və orta əsr şəhər yerinin xarabalıqları üzərində yerləşmişdir. 

Naxçıvan e.ə. IX-VI əsrlərdə  qədim Manna və Midiyanın, eramızın 

əvvəllərində isə Albaniyanın tərkibində, IV əsrdən Sasanilərin tərkibində 

olmuşdur. 654-cü ildə isə Naxçıvanı ərəblər işğal edirlər. 1828-ci il Türk- 

  

 



 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə