Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə132/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   128   129   130   131   132   133   134   135   ...   145

__________________________________________ 

454


mənçay müqaviləsinə  qədər Naxçıvan müxtəlif dövlətlərin nüfuz dairəsində 

olur. Məhz bu ildən Naxçıvan Rusiya imperiyasına birləşdirildi və  qəza 

mərkəzinə çevrildi. Naxçıvan 1924-cü il fevralın 9-da Naxçıvan MSSR təşkil 

edilərkən respublikanın paytaxtı oldu. – 41, 43, 45, 46, 47, 48, 49, 50, 51, 54, 

96. 

 

31. Naxçıvan Muxtar Respublikası (1920-23-cü illərdə Naxçıvan Sovet 



Sosialist Respublikası, 1923-24-cü illərdə Naxçıvan Muxtar Diyarı, 1924-90-

cı illərdə Naxçıvan  Muxtar Sovet Sosialist Respublikası, 1990-cı ildən 

Naxçıvan Muxtar Respublikası) - Azərbaycan Respublikasının tərkibində 

muxtar dövlət. 

Muxtar respublika ərazisinin sahəsi 5,5 min km

2

,  əhalisi 372.9 min 



nəfərdir. Hazırda 7 inzibati rayona (Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, 

Şərur, Kəngərli) bölünmüşdür; 4 şəhəri (Naxçıvan, Ordubad, Culfa, Şərur), 9 

qəsəbəsi, 160 kənd inzibati ərazi dairəsi var (2005). -45, 48, 96, 306, 310. 

 

32. Yaqub Məmmədov, Yaqub Cavad oğlu (d. 1941) - tibb elmləri 

doktoru, professor. MEA-nın müxbir üzvü. Əməkdar elm xadimi. 1983-92-cı 

illərdə Azərbaycan Tibb Universitetinin rektora, 1990-95-ci illərdə Milli 

Məclisin deputatı, 1992-ci ildə MM-in sədri olmuşdur. - 46. 

 

33. Arif Rəhimzadə, Arif Qafar oğlu (d. 1941) - Azərbaycanın siyasi və 

dövlət xadimi. 1990-cı ildən Azərbaycan Respublikası Ali Sovetinin deputatı. 

1995-2005-ci illərdə Milli Məclis sədrinn birinci müavini olmuşdur. 

Arif Rəhimzadə   hazırda  Milli  Məclisin Regional  məsələlər üzrə daimi 

komissiyasının sədridir. - 47. 



 

34. Eldar İbrahimov  (d.1945) - Azərbaycan Respublikası Milli 

Məclisinisin deputatı. 1993-cü ildə Naxçıvan MR Baş nazirinin birinci 

müavini, Dövlət İqtisad və Plan Komitəsinin sədri vəzifələrində işləmiqdir. - 

47. 


 

35. Ayaz 

Mütəllibov, A y a z  N i y a z i  o ğ l u  (d.1938) - 1989-90-cı 

illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sədri, 1990-cı ildə Azərbaycan 

KP MK-nın birinci katibi seçilmişdir. 1992-ci ildə Azərbaycan 

Respublikasının prezidenti olmuşdur. Ayaz Mütəllibov işində ciddi səhvlərə 

yol vermiş, nəticədə Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağdan  

azərbaycanlı əhalini çıxarmış və ərazini işğal etməyə nail olmuşlar. - 47, 49, 

53. 

  

 



 

 



__________________________________________ 

455


36. Etibar Məmmədov, E t i b a r  S a l i d a r  o ğ  l  u      (d.1955)  - 

Azərbaycan Milli İstiqlal partiyasının sədri. 1990-95 və 1995-2000-ci illərdə 

Milli Məclisin deputatı olmuşdur. - 47. 

 

37. Rəsul Quliyev, R ə s u l B a y r a m  oğlu (d.1947) - 1993-96-cı 

illərdə Milli Məclisin sədri olmuşdur. 47, 48. 

 

38. Surət Hüseynov, S u r ə t D a v u d o ğ l u (d. 1959) - 1993-94- cü 

illərdə Azərbaycan Respublikasının Baş naziri olmuşdur. 1994-cü ilin 

oktyabrında Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı yönəlmiş 

çevriliş cəhdinə rəhbərlik etmişdir. - 50. 

 

39. Rahim Qazıyev, R ə h i m  H ə s ə n o ğ l u   (d. 1943) – texnika 

elmləri namizədi. 1992-93-cü illərdə Azərbaycan Respublikasının müdafiə 

naziri olmuşdur. Ordu quruculuğunda kobud səhvlərə yol vermiş  nəticədə 

Azərbaycan torpaqlarının bir hissəsi o cümlədən  Şuşa  şəhəri ermənilər 

tərəfindən işğal olunmuşdur. - 50. 

 

40. Gəncə - Azərbaycan Respublikasında  şəhər. Sahəsi 107 km

2



əhalisinin sayına görə Bakıdan sonra ikinci şahərdir. Gəncə Azərbaycanın 

qədim  şəhərlərindəndir. Gəncənin salındığı tarix dəqiq məlum deyil. Bəzi 

müəlliflər Gəncənin Makedoniyalı    İsgəndərin dövründə (e.ə.336-323) 

salındığını qeyd etmişlər. - 50, 51, 245. 

 

41. 1993-cü il iyun hadisələri - Azarbaycanı  vətəndaş müharibəsi 

həddinə  gətirmiş  Gəncə hadisələri, Bakıda Ali Sovetin binası qarşısında 

keçirilən çoxsaylı mitinqlə, Heydər  Əliyevin xalqın tələbilə Naxçıvandan 

Bakıya gəlməsi, Ali Sovetin sədri seçilməsi, o zamankı respublika prezidenti 

Ə.Əliyevin (Elçibəyin) Kələki kəndinə getməsi, Ali Sovetin sədri Heydər 

Əliyevin respublika prezidentinin vəzifəsini icra etməyə başlaması  nəzərdə 

tutulur. – 50, 51, 53, 55. 

 

42. 1994-cü il oktyabr hadisələri - Oktyabrın 3-də Gəncə  və Qazaxda, 

həmçinin Bakıda Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə düşmən olan 

qüvvələr tərəfindən dövbt çevrilişi cəhdi nəzərdə tutulur. Həmin gün Bakıda 

fövqəladə  vəziyyət elan edilmiş  və Azərbaycan Prezidenti Heydər  Əliyev 

televiziya və radio ilə xalqa müraciət etmişdi. Gecə olmasına baxmayaraq 

Bakı və ona yaxın yerlərdən yüz minlərlə insan Prezi- 

  

 




__________________________________________ 

456


dent Sarayı qarşısına Loplaşaraq milli və  vətəndaşlıq həmrəyliyi nümayiş 

etdirərək Heydər Əliyevin siyasətini dəstəkləmişlər. - 53, 55. 

 

43. Qorbaçov, Mixail Sergeyeviç (d,1931) - 1985-91-ci illərdə Sov.İKP 

MK-nın Baş katibi, 1990-91-ci illərdə SSRİ-nin ilk və son prezidenti. 

Qorbaçov «yenidənqurma» adı ilə «aşkarlıq və demokratiya» siyasi xəttini, 

«humanist, demokratik sosializm» şüarını meydana atdı. Sovet totalitar rejimi 

ilə uyuşmayan «yenidənqurma» ölkərin dərin siyasi və iqtisadi böhrana saldı. 

Qorbaçovun milli münaqişələrə  səbəb olan siyasəti xüsusən Azərbaycana 

qarşı  qərəzli, düşmənçilik mövqeyi ilə  səciyyələnirdi. Ermənilərin 

Azərbaycana olan torpaq iddialarını  dəstəkləyən Qorbaçov 1990-cı ilin 

yanvarında Bakıda baş verən Qanlı Yanvar faciəsinin təşkilatçısı  və 

günahkarıdır. -53, 224. 

 

44.  Əbdürrəhman Vəzirov,  Ə b d ü r r ə h m a n  X ə l i l o ğ l u 

(d.l930)- 1988-90-a ilin yanvarınadək Azərbaycan KP MK-nın birinci katibi 

olmuşdur. - 53. 

 

45. Avropa Birliyi (AB) - 1951-57-ci illərdə yaranmış üç Qərbi Avropa 

inteqrasiya təşkilatının ümumi adı (Avropa İqtisadi Birliyi – AİB, Avropa 

Kömür və Polad Birliyi - AKPB, Avropada Atom Energetika Birliyi - 

(AAEB ümumi prinsiplərin müəyyən edilməsindən birgə fəaliyyatə qədər bır 

neçə  mərhələ (Avropa İnvestisiya Bankının, Avropa Regional İnkişaf 

Fondunun - vəhid valyula qəbul etməsi - AVRO- ya) keçmişdir. Mühüm 

mərhələ Vahid Avropa Aktının (1986-1987-ci ildən qüvvəya minmişdir) 

qəbul edilməsi olmuşdur. 1967-ci ildə rəhbər orqanların birləşməsindən sonra 

- AİB, AKPB və AAEB - Avropa Birliyi - 1993-cü ildə isə Avropa Şurası 

yarandı. -60, 231, 330, 409, 410, 411. 

 

46.  Çeçenistan   (İçkeriya) - Rusiya Federasiyasında respublika. 

Paytaxtı Qroznı şəhəridir. 

Orta  əsrlərin  əvvəllərində Çeçenistanın xeyli hissəsi Alan dövlətinin 

tərkibində idi. XIX əsrdə Rusiya Şimali Qafqazı  işğal etməyə başladı. 

Çeçenlər öz torpaqlarından çıxarılır, onların yerinə burada kazaklar 

yerləşdirilirdi. Bu da Çeçenistanda milli azadlıq hərəkatının başlanmasına 

səbəb oldu. Dağlıların bu hərəkatı (1817-1864) 1859-cu ildə  Şeyx  Şamil 

təslim olduqdan sonra yatırıldı  və Çeçenistan tamamilə Rusiyaya 

birləşdirildi. 1991-92-ci illərdə Rusiya Federasiyası  tərkibində müstəqil 

Çeçenistan Respublikası yaradıldı. - 61, 166, 272, 334, 379, 411,  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə