Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə135/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   131   132   133   134   135   136   137   138   ...   145

__________________________________________ 

463


78. «LUKoyl» - neft şirkəti. 1993-cü ildə Rusiya Federasiyası hökuınətinin 

qərarı ilə yaradılmışdır. Nəhəng sənaye-maliyyə komplcksinə malik olan 

«LUKoyl»  şirkəti Rusiya, MDB və dünyanın bir çox ölkələrində neft 

məhsullarının kəşfiyyatı, hasilatı, emalı və satışı ilə məşğul olur. Şirkət 1993-

cü ildən Azərbaycanda fəaliyyət göstərir. - 100. 

 

79. «Eksson» - dünyanın  ən iri və Amerikanın qocaman sənaye 

korporasiyalarından biri. Mənzil-qərargahı Amerikanın Dallas şəhərində 

yerləşir. 1882-ci ildə Con Rokfeller tərəfindən yaradılmışdır. Hazırda 

dünyanın 90-dan çox ölkəsində  fəaliyyət   göstərir. Korporasiyada  95 min 

adam işləyir. 18 ölkədə yerləşən 30 neftayırma müəssisəsinin tam və ya 

şərikli sahibidir. - 100. 

 

80. Suslov Mixail Andreyeviç (1902-1982) - SSRİ-nin siyasi xadimi. 1947-

ci ildən MK katibi. MK üzvü, Siyasi Büronun üzvü olmuşdur. Suslov sovet 

cəmiyyətinin inkişafının mühüm ictimai-siyasi və ideya-nəzəri məsələlərinin 

işlərilə hazırlanmasında mühüm rol oynamışdır. - 101. 

 

81. Pelşe Arvid Yanoviç (1899-1983) - SSRİ-nin partiya və dövlət xadiıni. 

1941-59-cu İllərdə Latviya KP MK-da katib, 1959-66-cı illərdə Latviya KP 

MK-da birinci katıb, 1966-cı ildən Sovet İKP MK-da Siyasi Büro üzvü və 

Sov.İKP yanında Xalq nəzarəti komitəsinin sədri olmuşdur.-101. 

 

82. Əli Həsənov, Ə l i M ə h ə m m ə d ə l i   o ğ l u (d-1960) – tarix elmləri 

dokloru, professor - Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri kimi 

onun Siyasi Şurasının üzvü (1992), İdarə Heyətinin üzvü (1999), 1993-95-ci 

illərdə partiyanın ideoloji şöbəsinin müdiri işlənmişdir. 1995-ci ildən 

Azərbaycan Respublikası Prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinə 

rəhbərlik edir. Müasir siyasi problemlərə aid kitabların və  məqalələrin 

müəllifidir. - 102. 

 

83. Əminə Dilbazi, Ə m i n ə P a ş a  q ı z ı (d,1919) - rəqqasə, baletmeyster 

və pedaqoq. Azarbaycanın xalq artisti. 1935-ci ildən rəqqasəlik fəaliyyətinə 

başlamışdır. 1936-69-cu illərdə M.Maqomayev adına Azərbaycan Dövlət 

Filarmoniyası Mahnı və Rəqs ansamblının solisti, 1939-cu ildən isə həm də 

müxtəlif rəqs qruplarının rəhbəri olmuşdur. Azərbaycan Respublikasının 

«İstiqlal» ordeni ilə təltif olunmuşdur. - 104-105. 

  

 



  

 

  



 


__________________________________________ 

464


  

84.  Nümayəndələr palatası - ABŞ-da parlamentin aşağı palatasının adı. 

Nümayəndələr palatası ABŞ-da 1787-ci il Konstitusiyasına  əsasən 

yaradılmışdır. - 106. 

 

85.  Lordlar palatası  - Böyük Britaniya parlamentinin yuxarı palatası, 

dünyəvi və dini lordlardan (perlərdən) ibarətdir. - 108. 

 

86. Respublika uğrunda Birlik (RUB) - Fransada siyasi partiya. Yeni 

Respublika  İttifaqı  Uğrunda adı ilə 1958-ci ildə  Şarl de-Qollun tərəfindən 

yaradılmışdır. Bir neçə  dəfə adını  dəyişdirmişdir. 1976-ci ildən RUB 

Partiyası adlanır. -109. 

 

87. Milad bayramı - İsa peyğəmbərin anadan olması  şərəfinə keçirilsə 

xristian bayramı. Dekabrın 25-də qeyd edilir. Milad bayramının ilkin 

mənbəyi hər il qış günəş duruşu zamanı (21-25 dekabr) xilaskar peyğəmbərin 

mövlud günü ilə  əlaqədər keçirilən qədim bütpərəst mərasim bayramı 

olmuşdur. Milad bayramını ilk dəfə Roma xristian icmaları keçirmışdir. 

Milad bayramı 431-ci ildə Efes kilsə  yığıncağında qanuniləşdırılmışdır. - 

109, 154. 

 

88. Paxmutova Aleksandra Nikolayevna (d.1929) - rus bəstəkarı, 

Rusiyanın xalq artisti, Sosialist Əməyi Qəhrəmanı. Müxtəlif janrlarda əsərlər 

bəstələyən Paxmutova mahnı müəllifi kimi daha çox şöhrət qazanmışdır. -

111. 


 

89. Kamil Əliyev (1921-2006) - təsviri sənət ustası. Azərbaycan 

Respublikasının xalq rəssamı. 1990-cı ildən ömrünün sonuna kimi 

«Azərxalça» birliyinin rəhbəri olmuşdur. Azərbaycan Respublikasının 

«İstiqlal» ordeni ilə təltif olunmuşdur. - 113. 

 

90. Nizami Gəncəvi,  İ l y a s  Y u s i f  o ğ l u (1141-1209) – dahi 

Azərbaycan  şairi və mütəfəkkiri. Dünya ədəbiyyatı tarixinə  məsnəvi 

formasında yazdığı beş epik poemadan ibarət «Xəmsə» müəllifi kimi daxil 

olmuşdur. Nizami Gəncəvinin ilkin Şərq Renessansının zirvəsi olan 

yaradıcılığında dövrünün ən humanist, ümumbəşəri ictimai-siyasi, sosial və 

mənəvi-əxlaqi idealları parlaq bədii əksini tapmışdır. Nizami Gəncəvi Yaxın 

Şərq  ədəbiyyatında mənzum roman janrının  əsasını qoymuş, yeni ədəbi 

məktəb yaratmışdır. Nizami Gəncəvi həm də dövrünün görkəmli 

  



__________________________________________ 

465


mütəfəkkiri olmuşdur. Onun bütün əsərlərində  şəxsiyyət azadlığı, insanın 

mənəvi azadlığı tərənnüm olunur. - 113. 

 

91. Füzuli    M  ə h ə m m ə d  S ü l e y m a n  o ğ l u  (1494-1556) - 

Azərbaycanın dahi şairi və mütəfəkkiri. Azərbaycan, fars və  ərəb dillərində 

qəsidə, müsəddəs, rübai, qitə və s. yazmışdır. Aşiqanə qəzəlləri ilə lirik şair 

kimi  şohrətlənmişdir. Yaradıcılığının zirvəsi olan «Leyli və  Məcnun» 

poeması Azərbaycan, eləcə  də  Şərq və dünya poeziyasının nadir 

incilərindəndir. Kərbəlada dəfn edilmişdir. - 113. 

 

92. Nəsimi, əsl adı   S e y i d   Ə l i (1369-1417) - böyük Azərbaycan şairi və 

mütəfəkkiri. İmadəddin Nəsimi adı ilə də məşhurdur. Əsərlərini Azərbaycan, 

ərəb, fars dillərində yazmışdır. Hürufiliyi yaydığı üçün Hələbdə  həbs 

olunmuş, «kafir», «dinsiz» elan edilərək ruhanilərin fitvası ilə  vəhşicəsinə 

edam edilmişdir. - 113. 

 

93. Mirzə  Fətəli Axundov (1812-1878) - boyük Azərbaycan yazıçısı, 

dramaturq, materialist - filosof. Axundov Azərbaycan  ədəbiyyatı tarixində 

pyesləri və  fəlsəfi  əsərləri ilə tanınmışdır. 1850-55-ci illərdə yazdığ altı 

komediya ilə Azərbaycan və bütün Şərq  ədəbiyyatında realist 

dramaturgiyanın əsasını qoymuşdur. - 113. 

 

94. Qazax   müəllimər   seminariyası      -      Azərbaycanda    müəllim 

hazırlayan ilk tədris müəssisələrindən biri. İlk direktoru F.B.Köçərli 

olmuşdur. Seminariyada ana dili, ədəbiyyat, rus dili, pedaqogika, 

psixologiya, riyaziyyat, tarix, coğrafiya tədris edilirdi. Seminariyanın 

Azərbaycanda xalq maarifinin inkişafında mühüm rolu olmuşdur. - 115. 

 

95. Azərbaycan Xalq Cümhuriyyəti - Müsəlman Şərqində ilk dəfə dünyəvi,  

demokratik  respublikanın  əsasını  qoymuş  müstəqil Azərbaycan dövləti. 

Cəmi 23 ay (1918-cı il mayın 28-də yaradılmış, 1920-ci il aprelin 28-də 

bolşeviklərin  və daşnakların səyi ilə devrilmişdir) yaşamışdır. Paytaxtı 

əvvəlcə  Gəncə (1918, 16 iyun - 17 sentyabr), sonar Bakı  şəhəri (1918, 17 

sentyabr – 1920, 28 aprel) idi. Azərbaycan hökuməti yeni suveren milli 

dövlətin müxtəlif problemlərinin həlli yollarında böyük əzmlə çalışırdı.  

Nazirlər Şurasının 27 iyun   1918-ci il tarixli fərmanı ilə respublikada dövlət 

dili türk (Azərbaycan) dili elan edildi. Azərbaycan  Respublikasının 

parlamenti   1919-cu il avqustun   11-də Azərbaycan vətəndaşlığı haqqında 

qanun qəbul etdi. Xalq maarifi 

  

 



  


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə