Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə136/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   132   133   134   135   136   137   138   139   ...   145

__________________________________________ 

466


sahəsində  qısa müddətdə böyük tədbirlər həyata keçirildi. Qori nıüəllimlər 

seminariyasının Azərbaycan  şöbəsi Qazaxa köçürüldü, Bakı Dövlət 

Universiteti təsis edildi, xarici ölkələrdə kadr hazırlığı məqsədi ilə 1919-20-ci 

tədris ilində 100 nəfər gənc Avropanın müxtəlif təhsil müəssisələrinə 

göndərildi. Məktəblərin xeyli hissəsi milliləşdirildi, kitabxanalar açıldı, 

savadsızlığın ləğvi üçün kəndlərdə kurslar yaradıldı. Azərbaycan Xalq 

Cümhuriyyətinin dövlət rəmzləri (üçrəngli bayraq, gerb, himn) milli 

Azərbaycan rəmzləri kimi tanındı. Azərbaycan dövlət bankı yaradıldı. 1918-

ci ilin martında dağıdılmış neft sənayesi və Bakı-Batumneft kəməri bərpa 

edildi. - 115, 119. 369. 

 

96. Osman Sarıvəlli, O s m a n A b d u l l a o ğ l u  Q u r b a n o v  (1905-

1990) - Azərbaycan xalq şairi. Əsasan, lirik şerlər yazmışdır. Yaradıcılığında 

Cənubi Azərbaycan haqqında yazdığı lirik şerlər xüsusi yer tutur. - 116. 

 

97. Səməd Vurğun, S ə m ə d  Y u s i f  o ğ l u  V ə k i 1 o  v (1906-1956) - 

boyük Azərbaycan şairi, ictimai xadim. Azərbaycanın xalq şairi. S.Vurğunun 

yaradıcılığı XX əsr Azərbaycan şeirinin inkişafında mühüm rol oynamışdır. 

S.Vurğun Azərbaycan Yazıçılar İttifaqının məsul katibi, sədri, Azərbaycanın 

Xarici Ölkələrlə  Mədəni  Əlaqə  Cəmiyyətinin sədri, Azərbaycan MEA-nın 

vitse prezidenti olmuşdur, iki dəfə SSRİ Dövlət mükafatı laureatı adına layiq 

görülmüşdür. – 116, 121. 



 

98.  İsmayıl  Şıxlı,  İ s m a y ı1   Q ə h r ə m a n   o ğ 1 u (1919-1995) - 

istedadlı Azərbaycan yazıçısı, ictimai xadim. Azərbaycanın xalq yazıçısı. 

İsmayıl  Şıxlı  məşhur «Dəli Kür» romanında psixoloji baxımdan dərin 

xarakterlər yaratmışdır. İsmayıl Şıxlı Azərbaycan Yazıçılar İttifaqının birinci 

katibi, Azərbaycan Respublikası Ali Sovetinin deputalı olmuşdur. 

Azərbaycan Respublikasının «Şöhrət» ordeni ilə təltif olunmuşdur. -116, 223. 

 

99. Azərbaycan Elmlər Akademiyası - respublikanın ali elmi ocağı. 

1945-ci ildə Bakıda təsis edilmişdır. 2001-ci ilin may ayından Azərbaycan 

Milli Elmlər Akademiyası adlanır. Azərbaycan Milli EA-nın aşağıdakı 

bölmələri var: fizika; texnika və riyaziyyat elmləri; kimya elmləri; yer 

elmləri; biologiya elmləri; ictimai elmlər. Burada elmin müxtəlif sahələrinə 

dair aktual problemlər üzərində tədqiqat işləri aparılır. Hər il onlarca elmi işin 

nəticəsi istehsalatda tətbiq olunur. -119. 

  



__________________________________________ 

467


100. Kamil Nəcəfzadə, K a m i l N ə c ə f o ğ l u (d.1929) - Azərbaycan xalq 

rəssamı, Azərbaycan Dövlət mükafatı laureatı. Kino və teatr rəssamlığı, 

həmçinin   boyakarlıq sahasində  fəaliyyət göstərir. Azərbaycan 

Respublikasının «Şöhrət» ordeni ilə təltif edilmişdir. - 119. 

 

101. Hüseyn Cavid, H ü s e y n  A b d u l i a  o ğ l u  R ə s i z a d ə 

(1882 - 1941) - böyük Azərbaycan  şairi, dramaturq. Hüseyn Cavid 

Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olmuşdur. O, lirik 

şeirlərin, lirik-epik, epik poemaların müəllifidir. Hüseyn Cavid daha çox 

dramaturq kimi tanınmışdır. Onun təlsəfi və tarixi faciələri forma yeniliyi 

baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratmış, milli 

teatr mədəniyyətinin inkişafına qüvvətli təsir göstərmişdir. Azarbaycanın ən 

dəyərli milli ziyalı nümayəndələrini məhv edən sovet totalitar rejiminin 

repressiya qurbanlarındandır. - 121. 

 

 102. Neft Daşları - Abşeron yarımadasından 42 km cənub-şərqdə, açıq 

dənizdə, polad dirəklər üzərində salınmış «neft» şəhəri. Bu ərazi oradakı 

daşların (təqribən 20 ədəd) bəzilərində neft-qaz nişanələrinin olması ilə 

əlaqədər Neft Daşları adlandırılmışdır. Neft Daşları rayonunda geoloji 

kəşfiyyat işlərinə 1946-cı ildən başlanmışdır. Çıxarılan neft həm tankerlər, 

həm də boru kəmərləri vəsitəsilə sahilə nəql edilir. - 130. 

 

 103. Kosova hadisələri - 1999-cu ildə Serbiya hakimiyyəti tərəfindən 

Kosovada yaşayan dinc alban əhalisinə qarşı etnik zor tətbiq edildi. Bunun 

qarşısını almaq üçün NATO hərbi qüvvələri işə qarışdı. Yuqoslaviya hərbi 

qüvvələri öz qoşunlarını Kosovadan çıxarmağa məcbur edildi və NATO sülh 

məramlı qüvvələri Kosovaya gətirildi. - 132. 

 

 104.  Bakı-Ceyhan - 1998-ci il oktyabrın 29-da Azərbaycan, Türkiyə, 

Gürcüstan, Qazaxıstan, Özbəkistan prezidentləri və ABŞ-ın energetika naziri 

Bakı-Tbilisi-Ceyhan marşrutunu müdafiə edən «Ankara bəyannaməsini» 

imzalamışlar. Uzunluğu 1695 km olan Bakı-Tbilisi-Ceyhan neft kəməri 

2006-cı ildə istifadəyə verilmişdir. - 141, 156, 165, 166, 173, 178, 184, 187, 

229, 231, 232, 233, 239, 240, 241, 242, 255, 261, 262, 267, 324, 328, 331, 

332, 340, 341, 342, 343, 347, 349, 351, 352, 356, 358, 359, 360, 362, 367, 

372, 445. 

  

 

  



 


__________________________________________ 

468


 105.  Sudan, Sudan Respublikası - Şimal-Şərqi Afrikada dövlət. Sahəsi 2,5 

milyon km2, əhalisı 31 milyon nəfərdir.  İnzibati  ərazisi 9 ştata bölünür. 

Dövlət başçısı prezident, qanunverici orqanı (parlament) Ali Milli Şuradır. 

Paytaxtı Xartumdur. - 148. 

 

 106. Kuba, K u b a  R e s p u b l i k a s ı - Amerikada, Vest-Hinddə dövlət. 

Sahəsi 110,9 min km

2

,  əhalisi 11,1 milyon nəfərdir. Paytaxtı Havana 



şəhəridir. Dövlətin ali orqanı bir palatalı Milli assambleyadır. Dövlətin və 

hökumətin başçısı - Dövlət Şurasının sədridir. - 149. 

 

 107.  Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) - 

Respublikada neft və qazın kəşfiyyatına çıxarılmasına və emal edilməsinə 

rəhbərlik edən qurum. 1991-ci ildə  təşkil edilmişdir.  Şirkət neft və qaz 

quyularının qazılması və istifadəyə verilməsi, nəql edilməsi və s. məqsədilə 

dünyanın bir sıra ölkələrinin iri neft şirkətləri ilə sazişlər müqavilələr 

bağlamışdır. - 150, 191, 365, 386, 387. 

 

 108.  İsveçrə,  İsveçrə Konfederasiyası - Mərkəzı Avropada dövlət. Sahəsi 

41,3 min km

2

,   əhalisi 7,1 milyon nəfərdir.  İsveçrə federativ, 23 kantona 



bölünmüş respublikadır. Dövlət başçısı prezidentdir, prezidenti parlament 

Federal  Şura üzvlərindən 1 il müddətinə seçir, yenidən seçilmək hüququ 

yoxdur. Prezident həmçinin hökumət başçısıdır. Qanunverici hakimiyyət iki 

palatadan ibarət Federal Məclisə  məxsusdur. Paytaxtı Bern şəhəridir. - 153, 

323-381. 

 

 109. Ramazan bayramı - Müsəlman abmində orucluq bitəndən sonra 

keçirılən bayram. Qurani-kərim oruc tutmağı islamın vacib əməllərindən biri 

hesab etmiş və insanlarda yol verılmiş xətaların oruc tutmaqla bağışlanmasını 

təsbit edir. Bu bayram bır də ona görə  əzizdır ki, məhz Qurani-kərim 

müqaddəs Ramazan ayında nazil olmuşdur. Bu bayram bir fərdin deyil, bütün 

cəmiyyətin mənəvi sevinci, bu həyəcanın hamıya çatması, bütün 

müsəlmanları qəlbdən qardaş sanmaqdır. - 159, 172, 174, 176, 179, 182, 186. 

373. 

 

 110.  İpək yolu, Böyük  İpək  yolu - beynəkalq tarixi tranzit- ticarət yolu



eramızdan  əvvəl II əsrin sonlarından eramızın XVI əsrinədək fəaliyyət 

göstərmiş, Çindən  Şimali Afrika və  İspaniyaya qədər uzanaraq, ayrı-ayrı 

qolları ilə o zaman dünyanın məlum olan, demək olar ki, bütün ölkələrini 

birləşdirmişdir. 

Əlverişli coğrafi mövqedə yerləşməsi və  zəngin maddi sərvətlərə malik 

olması  səyasində Azərbaycan qədim zamanlardan dünya ölkələri arasında 

iqtisadi və mədəni əlaqələrdə mühüm yer tutmuşdur. 



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə