Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə139/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   135   136   137   138   139   140   141   142   ...   145

__________________________________________ 

475


  

150. Con Hovard (d.1939) - 1996-cı ildən Avstraliyanın Baş naziri. 

Avstraliya liberal partiyasının liderı. - 304. 

 

151. Bakı-Supsa neft kəməri - 1994-cü ilin sentyabrında Azərbaycan 

hökumətinin xarici neft şirkətləri ilə imzaladığı «Əsrin müqaviləsi»nin həyata 

keçirilməsinin mühüm bır vasitəsi Bakı-Supsa      neft  kəməridir. Kəmərin 

uzunluğu 830 km, gündəlik maksimum ötürmə gücü 115 min barreldir. 

Supsada hər birinin tııtumu 250 min barrel olan dörd terminal tikilmişdir. 

1999-cu il aprelin 17-də Supsada ilkin Xəzər neftinin Qərb istiqamətində 

nəqli üçün Bakı-Supsa ixrac boru kəmərinin və Supsa yerüstü terminalının 

təntənəli rəsmi açılış mərasimi olmuşdur. - 308, 316, 331. 

 

152.  Müslüm İmanov, M ü s 1 ü m   M ə ş ə d i   M ü s e y i b o ğ l u (d. 

1931) - 1993-2005 -ci illərdə «Azərenerji» Dövlət  şirkətinin prezidenti 

vəzifəsində işləmişdir. - 313. 

 

153. Ramiz  Mehdiyev, R a m i z Ə n v ə r o ğ 1 u (d.1938)- 

Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, fəlsəfə elmləri doktoru, 

professor. 

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü.   1978-80-ci 

illərdə rayon partiya komitəsinin birinci katibi. 1980-81-ci illərdə Azərbaycan 

KP MK-da elm və  təhsil  şöbəsinin müdiri, 1981-83-cü illərdə Azərbaycan 

KP MK-da partiya təşkilat işi  şobəsinin   müdiri. 1983-88-d illərdə 

Azərbaycan KP MK-da katibi. 1988-94-cü illərdə Azərbaycan Respublikası 

MEA-nın İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunda şöbə müdiri. 

1994-cü ildə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının  şöbə 

müdiri, 1995-ci   ildən   Azərbaycan   Respublikası   Prezidentinin   İcra   

Aparatının rəhbəridir. 1995-2000-ci illərdə Azərbaycan Respublikası Milli 

Məclisinin deputatı olmuşdur. Müasir siyasi problemlərə, dövlət 

quruculuğuna aid bir çox kitab və Monoqrafiyaların müəllifidir.  Azərbaycan  

Respublikasının «İstiqlal», Rusiya Federasiyasının «Dostluq» ordenləri ilə 

təltif edilmişdir.

 

Beynəlxalq  Nyu-York  Akademiyasının və Türk  Dünyası  



Araşdırmalar

 

Uluslararası Elmlər Akademiyasının üzvü. - 314. 



 

154.  «ANS» televiziyası - Azərbaycanda 1991-ci ildən fəaliyyət göstərən 

müstəqil televiziya kanallarından biri. - 320. 

 

155.  Natiq Əliyev. N a t i q  A ğ a ə l i   o ğ l u (d. 1947) - 1993-2006-cı 

illər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti olmuşdur. 

  

 

  




__________________________________________ 

476


Hazırda Azərbaycan Respublikası  Sənaye və Energetika naziridir. 

Azərbaycan Respublikasının «Şöhrət» ordeni ilə ləltif edilmişdir. - 321. 

 

156.  Davos iqtisadi forumu - İsveçrənin kurort şəhəri Davosda hər il 

Ümumdünya iqtisadi forumu  keçirilir.   1995-ci  il yanvarın  26-30-da 

Azərbaycan Prezidenti Heydər Əliyev başda olmaqla Azərbaycan nümayəndə 

heyəti bu forumda iştirak etmişdir. -323-381, 403. 

 

157. Məmmədov  Ələkbər (d.1930) - Azərbaycan futbolçusu. SSRİ 

əməkdar idman ustası. Dörd dəfə (1954, 1955, 1957, 1959) SSRİ çempionu. 

«Neftçi» və Moskvanın «Dinamo» fulbol komandalarının, futbol üzrə 

Avropanın ilk kubokunu alan SSRİ yığma komandasının (1958) heyətlərində 

çıxış etmişdir. Azərbaycan Respublikasının «Şöhrət» ordeni ilə  təltif 

edilmişdir.-324. 

 

158. YUNESKO - BMT-nin maarif, elm və  mədəniyyət işlərinə baxan 

hökumətlərarası  təşkilatı. 1945-ci ilin noyabrında yaradılmış, 1946-cı ildan 

fəaliyyətə başlamışdır. Ali orqanı iki ildən bir çağırılan konfransdır. Katibliyi 

Parisdədir. Azərbaycan 1992-ci ildən YUNESKO-nun üzvüdür. - 329. 

 

159. Transxəzər nəqliyyat dəhlizi (TRASEKA) - Avropanı Asiya ilə 

birləşdirən yol. Bu nəqliyyat dəhlizini  Şərqlə  Qərbi birləşdirən orta materik 

xətti də adlandırmaq olar. Transxəzər nəqliyyat dəhlizi Azərbaycanı, 

bütünlükdə Qafqazı Avropa ilə birləşdirir. - 328, 330, 404, 405, 415. 

 

160.  Xərrazi Seyid Kamal (d. 1945) - İranın siyasi və dövlət xadimi, 

pedaqoji elmləri doktoru, professor. 1998-2005-ci illərdə  İran  İslam 

Respublikasının xarici işlər naziri olmuşdur. Hazırda  İran  İslam 

Respublıkasının Ali Məsləhət  Şurasının üzvü və Strateji Tədqiqatlar 

Mərkəzinin rəhbəridir. - 329, 345. 

 

161.  İNOQEYT - neft və qazın Avropaya ixracı proqramı- 330, 415. 



 

162.  Bakı-Novorossiysk neft kəməri - 1994-cü ilin sentyabrında 

Azərbaycan Respublikası hökumətinin xarici neft şirkətləri ilə imzaladığı 

«Əsrin müqaviləsi»nin həyata keçirilməsinin mühüm bir hissəsi Bakı- 

Novarossiysk neft kəməridir. Bu kəmər 1997-ci ilin noyabrında istifadəyə 

verilmişdir. -331. 

  



__________________________________________ 

477


163. «Əsrin müqaviləsi» - 1994-cü ilin sentyabrın 20-də Bakıda «Xəzər 

dənizinin Azərbaycan sektorunda «Azəri», «Çıraq»    yataqlarının dərinlikdə 

yerləşən hissəsinin birgə  işlənilməsi və hasil olunan neftin pay şəklində 

bölüşdürülməsi» haqqında dünyanın 11 ən iri neft şirkət ilə bağlanmış 

müqavilə. - 332, 342, 371. 

 

164.  ATƏT-in Lissabon Zirvə görüşü - 1996-cı il dekabrın 2-4-də 

Portuqaliyanın paytaxtı Lissabon şəhərində ATƏT-in 54 üzvünün dövlət və 

hökumət başçılarının iştirakı ilə növbəti Zirvə loplantısı keçirildi. Lissabon 

Zirvə toplantısında müzakirə  olunan    məsələlər arasında  Azərbaycan 

Respublikası nümayəndə heyətinin təkidi ilə Ermənistan-Azərbaycan 

münaqişəsi geniş diskussiyaya səbəb oldu. Azərbaycan Rcspublikası 

nümayəndə heyətinin başçısı Heydər  Əliyevin qəti, prinsipial mövqeyi və 

gərgin səyi nəticəsində yekun sənədə əlavə kimi qəbul edilən ATƏT sədrinin 

bəyanatında ilk dəfə olaraq ən yüksək səviyyədə münaqişənin həllinin əsası 

kimi Azərbaycan Respublikasının  ərazi bütövlüyü 53 dövlət tərəfindən 

qətiyyətlə  dəstəkləndi və Dağlıq Qarabağın statusunun yalnız Azərbaycan 

Respublikasının tərkibində müəyyən olunması öz əksini tapdı. – 337, 379, 

413 


 

165. Xatəmi, M ə h ə m m ə d  X a t ə m i (d.1943) - İranın siyasi, İctimai və 

dövlət xadimi. 1989-92-ci illərdə  İranın mədəniyyət və islam orijentasiyası 

naziri, 1997-2005-ci illərdə İran İslam Respublikasının prezidenti olmuşdur. - 

345. 


 

166. ABŞ Konqresi, Amerika Birləşmiş  Ştatları Konqresi - ali qanunverici 

hakimiyyət orqanı.  İki palatadan - Senatdan və Nümayəndələr palatasından 

ibarətdir. Senatın 100 nəfər üzvü var. Ölkənin hər ştatından Senata iki senator 

seçilir. Nümayandələr palatasının 435 üzvü var. Bu palatanın üzvləri hər 

seçki dairəsində yaşayan əhalinin sayına görə seçilir. Qanun layihələri hər iki 

palatada müzakirə olunur. Konqres tərəfindən qəbul olunan qanunları ABŞ 

prezidenti təsdiq edir. – 352. 

 

167. «907-ci maddə» - ABŞ Konqresinin 1992-ci il oktyabrın 24-də erməni 

lobbisinin təzyiqi ilə  qəbul etdiyi «Rusiyanın və yeni müstəqillik qazanmış 

dövlətlərin azadlığını müdafiə aktına 907-ci düzəliş nəzərdə tutulur. Düzəliş 

ABŞ hökumətinin Azərbaycan hökumətinə yardımını 



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə