Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə141/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   137   138   139   140   141   142   143   144   145

__________________________________________ 

481


186. Si-En-En, «Keybl   Nyus   Netuork» - ABŞ-da peyk-kabel informasiya    

televiziya    kanalı. Əsası 1980-ci ildə Atlanta şəhərində qoyulmuşdur. Bütün 

sutka  ərzində 150-yə  qədər ölkəya ingilis dilində  xəbərlər yayımlayır. 

Dünyanın müxtəlif regionlarında 25 nümayəndəliyi var. - 377. 

 

187. Vera Şirye, V e r a  K a r 1 o v n a (d. 1915)- Azərbaycan 

Respublikasının xalq artisti. 1938-ci ildən Azərbaycan Dövlət Rus Dram 

Teatrının aktrisasıdır.  Şiryenin yaradıcılığı üçün obrazın daxili aləmini aça 

bilmək məharəti, dramatizm, eyni zamanda qrotesk və incə yumor 

səciyyələnir.  Şirye bədii qiraət ustası kimi də tanınmışdır. Azərbaycan 

Respublikasının «İstiqlal» ordeni ilə təltif olunmuşdur. - 382-383. 



 

188. Süleyman Rüstəm, S ü l e y m a n  Ə l i a b b a s  o ğ l u  Rüstəmzadə 

(1906-1989) – görkəmli Azəbaycan şairi, dramaturq, ictimai xadim. Sosialist 

Əməyi Qəhrəmanı, Azəbaycanın xalq şairi; SSRİ  və Azərbaycan Dövlət 

mükafatları laureatı. Müharibə dövrü (1941-1945) yaradıcılığında Cənubi 

Azərbaycanda xalqın və milli azadlıq uğrunda mübarizəsinə  həsr olunmuş 

xüsusi yer tutur. - 383. 

 

189. Neft fondu - 1999-cu ildə yaradılmışdır. Əsas fəaliyyəti Azərbaycanın 

neft strategiyasından əldə edilən gəlirlərin idarə edilməsidir. - 357, 387, 389. 

 

190. Slovakiya, Slovakiya Respublikası - Şərqi Avropada dövlət. Sahəsi 49 

min km


2

,  əhalisi 3.4 milyon nəfərdir.  İnzibati cəhətdən 3 vilayətə bölünür. 

Dövlət başçısı president, qanunverici orqanı Milli Şuradır. Paytaxtı 

Bratislavadır. 1992ci ilin noyabrına qədər Çexoslovakiyanın tərkibində 

olmuşdur. -401-418. 

 

191. Rudolf Şuster (d.1934) - 1990-92-ci illərdə Slovakiyanın Kanadada 

səfiri, 1994-99-cu illərdə Kosiçi şəhərinin meri, 1999-2004-cü illərdə 

Slovakiya Respublikasının prezidenti olmuşdur. - 403. 

 

192. Çexoslovakiya - 1918-ci ildən 1993-cü ilə  qədər Mərkəzi Avropada 

dövlət, - 402, 404, 406, 410. 

 

193. Çexiya, Ç e x i y a   R e s p u b l i k a s ı- Mərkəzi Avropada dövlət. 

Sahəsi 78,9 min km

2

,  əhalisi 10,3 milyon nəfərdir.  İnzibati cəhətdən 7 



vilayətə bölünür. Dövlət başçısı president, qanunverici orqanı ikipalatalı 

(Senat və Deputatlar   palatası) parlamentdir. Paytaxtı Praqadır. 1993-cü ildən 

  

 

 




__________________________________________ 

482


Çexoslovakiya Federasiyasının fəaliyyəti dayandırıldıqdan sonra Çexiya 

müstəqil dövlətdir. - 404, 410. 

 

194. Polşa, P o l ş a   R e s p u b l i k a s ı- Mərkəzi Avropada dövlət. 

Sahəsi 312,7 min km

2

,  əhalisi 38,7 milyon nəfərdir.  İnzibati cəhətdən 49 



voyevodalığa bölünür. Ali və yeganə qanunvericisi orqanı ikipalatalı 

Seymdir. Paytaxtı Varşava şəhəridir. - 410. 

 

195. Macarıstan,   Macarıstan Respublikası -  Mərkəzi Avropada dövlət. 

Sahəsi 93 min km2, əhalisi 10,2 milyon nəfərdir. Dövlət başçısı prezident, 

qanunverci orqanı birpalatalı - Dövlət Şurasıdır. Paytaxtı Budapeştdir. - 410. 

 

 196. Çingiz Hüseynzadə, Ç i n g i z M u x t a r  o ğ l u  (d.l951)-şərqşünas. 

Azərbaycan Atletika federasiyasının prezidenti. 1997-d ildən Azərbaycan 

Milli Olimpiya Komitəsinin vitse-prezidenti. Azərbaycan Respublikasının 

«Şöhrət» ordeni ilə təltif olunmuşdur. - 420-432. 

 

197. Samaranç Xuan Antonio (d. 1920) - beynəlxalq idman hərəkatı 

xadimi, ispan diplomatı  və  sənayeçisi. 1966-cı ildən Beynəlxalq olimpiya 

komitəsinin üzvü, 1974-78-ci illərdə vitse-prezidenti, 1980-2000-ci illərdə isə 

prezidenti olmuşdur.-421. 

 

198. Pikasso Pablo (1881-1973) - dahi fransız rəssamı. Mənşəcə ispandır. 

Pikassonun yaradıcılığı mürəkkəb, ziddiyyətli və çoxcəhətlidir. Pikassonun 

müxtəlif dövrlərdə yaratdığı əsərlərdə ekspressionizm, neoklassizm, kubizm, 

surrealism və s. cərəyanların yaradıcılıq prinsiplərinə  əsaslanmışdır. Erkən 

yaradıcılığı «mavi» və «çəhrayı» dövrlərə ayrılır. Pikasso müxtəlif 

boyakarlıq  əsərləri ilə yanaşı heykəltəraşlıq, keramika və qrafika əsərləri 

yaratmışdır. - 421. 

 

199. Rufino Tamoyo (1899-1991) - Meksika rəssamı. Yarımabstrakt rəsm 

əsərlərində və divar naxışlarında (Parisdə - YUNESKO-nun divar naxışları) 

dekorativ effektə, ekspressiyanın ritminə asanlıqla nail olurdu. - 421. 

 

200. Lozanno –İsveçrədə şəhər. Şəhər çoxlu muzeyləri ilə məşhurdur. -421. 

 

201. Rəfiqə Şabanova, R ə f i q ə M a h m u d q ı z ı (d.l943)-həndbolçu. 

Olimpiya çempionu (1978). Əməkdar idman ustası. Azərbaycan 

Respublikasının «Şöhrət» ordeni ilə təltif olunmuşdur. - 420-432. 

  

 




__________________________________________ 

483


202. Nazim Hüseynov, N a z i m   Q a l i b   o ğ 1 u (d. 1969) - Azərbaycan 

cidoçusu. Azərbaycanlı ilk olimpiya çempionu (1992), 2 qat Avropa 

çempionu (1992-93). Dünya çempionatının gümüş  və bürünc mükafatçısı. 

1992-ci ildə bütün çəkilərdə Avropanın  ən güclü cüdoçusu adına layiq 

görülmüşdür. Azərbaycan Respublikasının «Şöhrət» ordeni ilə  təltif 

edilmişdir. - 420-432. 

 

203. Əbülfəs Qarayev, Ə b ü l f ə s M ü r s ə l  oğlu (d.l956)-fəlsəfə elmləri 

namizədi. 1994-cü ildən 2006-cı ilədək Azərbaycan Respublikası  Gənclər, 

İdman və Turizm naziri, 2006-cı ildən Mədəniyyət və Turizm naziridir. 

Respublika Olimpiya Komitəsinin birinci vitse prezidentidir. Gənclər, İdman 

və Turizm naziri işlədiyi vəxtda respublikada idmanın və bədən tərbiyəsinin 

inkişafına ciddi fikir verilmiş,    çoxlu  idman meydançaları  və olimpiya 

kompleksləri tikilmişdir. - 420-432. 

 

204. Sidney - Cənub-Qərbi Avstraliyada şahər. Yeni -Cənub Uelsin paytaxtı. 

Əsası 1788-ci ildə qoyulmuşdur. - 428, 431. 

 

205. Zülfiyyə Hüseynova, Z ü l f i y y ə Y u s i f   q ı z ı  (d.1970) - 

Azərbaycan cüdo və samboçusu. Azərbaycan Respublikasının «Tərəqqi» 

ordeni ilə təltif edilmişdir. - 420-432. 

 

206. Borçalı  -  tarixi mahal. Gürcüstan Respublikasında yerləşir. 

Borçalıya erkən orta əsərlərdə türkdilli tayfalar,   XVl-XVII əsrlərdə isə 

kütləvi surətdə azərbaycanlılar köçmüşdü. Borçalı mahalı Azərbaycan, bəzən 

də gürcü   feodallarının   vəssallığına   çevrilsədə çox zaman müstəqilliyini 

saxlaya bilmişdi. Borçalı mahalını 1736-cı ildə İran şahı Nadir Qazax mahalı 

ilə birlikdə  Gəncə  bəylərbəyliyindən alıb Kartli-Kaxeti çarının tabeliyinə 

verdi. 

Azərbaycanlılar yaşayan  ərazilər arasında Rusiya ilk dəfa Borçalı 



sultanlığını (1801) işgal etmişdir. XIX əsrin ortalarında Borçalı mahalı 

qəzaya çevrildi. Qəza isə 1929-cu ildə ləğv edilib üç rayona bölündü. Borçalı 

rayonu 1950-ci ildən Manueli adlanır. -431, 432. 

 

207. Polad   Bülbüloğlu   (d.1945) - bəstəkar, müğənni, dövlət xadimi. 

Azərbaycan Respublikasının xalq artisti. Mahnıları 1960-70-ci illərdə SSRİ    

məkanında    məşhur   estrada    müğənnilərinin ifasında səslənmişdir. 1988-

2005-ci illər Azərbaycan Respublikasının mədəniyyət 

  

 



  

 

  




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə