Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə140/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   137   138   139   140   141   142   143   144   145

__________________________________________ 

478


qadağan edir. Buna baxmayaraq istər Bill Klinton, istərsə  də ondan sonra 

ABŞ prezidenti seçilən Corc Buş administrasiyası bu düzəlişin reallığı nəzərə 

almadığını təsdiq edərək onun ləğv edilməsi təklifini müdafiə etmişlər. C.Buş 

hökuməti 2002-ci ildə bu düzəlişin fəaliyyəfdən düşdüyünü qərara almışdır. - 

352, 446. 

 

168. Soros Corc (d.1930) - məşhur amerikan maliyyəçisi, xeyriyyəçisi. 

1966-cı ildən bizneslə  məşğuldur. Dünyanın 25 ölkəsində onun xeyriyyəçi 

fondları  fəaliyyət göstərir. Bu fondlar ancaq mədəniyyət və maarifə xidmət 

edir. Sorosun köməyilə Budapeştdə, Praqada. Varşavada, Mərkəzi Avropa 

universitetləri açılmışdır. - 353. 

 

169. Maqne Bondevik - (d.1947) - 1997-2000-ci və 2001-2005-ci illərdə 

Norveçin Baş naziri olmuşdur. Hazırda Norveçdə «Sülh və insan hüquqları» 

mərkəzinin prezidentidir. - 356-357. 

 

170. Tur Heyerdal (1914-2002) - Norveç etnoqrafi və arxeoloqu. Köhnə 

dünya (Asiya, Avropa, Afrika) və Yeni Dünya (Amerika) arasında xalqların 

transogean miqrasiyasının mümkünlüyünü tədqiq etmişdir. 1969 və 1970-ci 

illərdə papirusdan hazırlanmış «Ra» və «Ra-2» qayıqlarında   Afrikadan  

Amerikaya. 1977-78-ci  illərdə    qamışdan  qayrılmış «Tiqris» qayığında 

Əlkürna (İraq) - Cibuti marşrutu ilə ekspedisiyalar təşkil etmişdir. 2 dəfə 

Azərbaycanda olmuş, Qobustan qaya təsvirlərinə, qədim  Şabran  şəhərinin 

qalıqlarına baxmış, bu abidələr barədə qiymətli mülahizələr söyləmişdir. - 

357. 

 

171. «Şevron» - dünyanın  ən iri beynəlxalq enerji və kimya şirkətlərindən 

biri. Baş ofisi Kaliforniyanın San-Fransisko şəhərində yerləşir. Neft və kimya 

sənayeninin bütün sabələrində  iş görən «Şevron»un dünyanın 100-ə  qədər 

ölkəsində 450 filialı və birgə müəssisəsi fəaliyyət göstərir. Dünyanın müxtəlif 

ölkələrində 41000 işçisi var.  1879-cu ildə «Pasifik Kosl Oyi Kompani» adı 

ilə fəaliyyətə başlamışdır - 358, 359, 371. 

 

 172.  Azərbaycan Beynəlxalq  Əməliyyat  Şirkəti (ABƏŞ) -1994-cü ilin 

axırlarında yaradılmışdır. «Xəzərin Azərbaycan sektorunda neft yataqlarının 

müştərək işlədilməsi və istifadəyə verilməsi haqqında Azərbaycan 

Respublikası Dövlət Neft Şirkətinin və dünyanın bir neçə böyük neft 

şirkətləri ilə imzalanmış müqavilənin payçıları adından onun şərtlərini həyata 

keçirmək məqsədilə yaradılmış əməliyyat şirkətidir. Buraya 7 ölkəni 




__________________________________________ 

479


(B.Britaniya, Yaponiya, Norveç, Rusiya, Türkiyə  və  Səudiyyə  Ərabistanı) 

təmsil edən 11 iri neft şirkəti daxildir. - 360. 

 

173. İordaniya, İ o r d a n i y a  H a ş i m i l ə r  K r a l l ı ğ ı - Qərbi Asiyada 

dövlət. Sahəsi 89,4 min km2, əhalisi 4,3 milyon nəfərdir.  İnzibati  ərazisi 8 

əyalətə bölünür. Dövlət başçısı kral, qanunveri orqanı ikipalatalı 

parlamentdir. Paytaxtı Ammandır. - 365-366. 

 

174. Hüseyn Bin Talal (1935-1999) - 1952-99-cu illərdə  İordaniya kralı. - 

365-366. 

 

175. «Britiş Petroleum», «Bi-Pi» - dünyanın  ən iri neft şirkətlərindən biri. 

1909-cu ildən bir çox ölkələrdə neftin kəşfiyyatı, çıxarılması, emalı və satışı 

ilə məşğuldur. Bi-Pi 1994-cü ildən Azərbaycanda fəaliyyət göstərir. Hazırda 

ABƏŞ-in əsas operatorudur. - 367, 371. 

 

 176. Con Braun (d.1948) - «Britis Petroleum» şirkətinin prezidenti. 1969-

83-cü illərdə Alyaskada. Nyu-Yorkda, Londonda neft və qazı çıxarılmasında 

və kəşfiyyatında müxtəlif vəzifələrdə çalışmışdır. 

Bütün tapşırıqları  əla yerinə yetirdiyinə görə 36 yaşında «Bi-Pi» 

qrupunun xəzinədən və «Bi-Pi» şirkətinin Finance İnternationalının Baş 

direktoru təyin edilir. 1987-ci ildən isə Standard Oil of Ohio «Bi-Pi» ilə  iş 

birliyindən «Bi-Pi» Amerika təmsilçisi üzrə maliyyə üzrə vitse prezidenti və 

Standard Oil of Ohiyonun başçısı təyin edilir. - 367, 371. 

 

177. Oktyabr inqilabı,  Böyük Oktyabr sosialist inqilabı - müasir 

tarixşünaslıqda Oktyabr çevrilişi də adlanır. 1917-ci il oktyabrın 24-dən 25-

nə (noyabrın 6-dan 7-nə) keçən gecə V.İ.Leninin başçılığı ilə bolşeviklər 

silahlı üsyan edərək Müvəqqəti hökuməti devirdilər. Bunun nəticəsində, 

V.İ.Lenin başda olmaqla, Rusiyada Sovet hökuməti  - Xalq Komissarları 

Soveti yarandı. - 368. 

 

178. Məmməd  Əmin Rəsulzadə  (1884-1955) - Azərbaycan Xalq 

Cümhuriyyətinin qurucularından biri. Görkəmli ictimai-siyasi xadim

publisist, «Müsavat» partiyasının yaradıcılarından biri. 1922-ci ildən 

mühacirətdə yaşamış, 1955-ci ildə Ankarada vəfat etmişdir. -369. 

 

179.  Əlimərdan bəy Topçubaşov (1865-1934) - Azərbaycan Xalq 

Cümhuriyyətinin qurucularından biri. Görkəmli hüquqşünas, ictimai- 

  

 



__________________________________________ 

480


siyasi və dövlət xadimi, diplomat. 1917-1920-cı illərdə Bakı Müsəlman 

Şurası Müvəqqəti  İcraiyyə Komitəsinin sədri, Azərbaycan parlamentinin 

sədri Paris (Versal) sülh konfransında Azərbaycan nümayəndə heyətinin 

başçısı olmuşdur. 1934-cü ildə Parisdə vəfat etmişdir. - 369. 

 

180. Fətəli Xan Xoyski (1875-1920) - Azərbaycanın görkəmli siyasi və 

dövlət xadimi. 1918-20-ci illərdə Azarbaycan Xalq Cümhuriyyəti Nazirlər 

Şurasının sədri, daxili işlər,  ədliyyə  və xarici işlər naziri olmuşdur. 1920-ci 

ildə Tiflis şəhərində erməni terrorçuları  tərəfindən xaincəsinə  qətlə 

yetirilmışdir. - 369. 

 

181. Nəsib bəy Yusifbəyli, U s u b b ə y o v  N ə s i b b ə y  Y u s i f o ğ l u 

(1881-1920) - Azərbaycanın görkəmli dövlət və siyasi xadimi. Azərbaycan 

Xalq Cümhuriyyətinin banilərindən biri. Azərbaycan Xalq Cümhuriyyatinin 

4-cü və 5-ci hökumət kabinələrinə başçılıq etmişdir. 

Bakının On birinci ordu tərəfindən işğalından sonra təqibdən yaxa 

qurtarmaq məqsədilə  şəhəri tərk edan N.B.Usubbəyli yolda faciali surətdə 

qətlə yetirilir. - 369. 

 

182. SSRİ,  S o v e t  S o v i a l i s t  R e s p u b l i k a l a rı  İ t t i f a q ı- 

1922-1991 cı illərdə dünyanın  ən böyük və qüdrətli dövlətlərindən biri. 

Tərkibində 15 müttəfiq respublika, 20 muxtar respublika, 8 muxtar vilayət 

olmuşdur. - 369, 391, 392, 427. 

 

183. Baltikyanı ölkələr - bura Latviya, Litvə və Estoniya aiddir. - 369. 

 

184. Novruz  bayramı    -  qədim  xalq   bayramı.   Şimal yarımkürəsində 

astronomik yazın başlandığı gecə-gündüz bərabərliyi günündə (martın 21-22-

də) keçirilir. Qədim zamanlardan başlayaraq  İran, Azərbaycan,  Əfqanıstan, 

Tacikistan, Özbəkistan və  bəzi  Şərq ölkəri baharın - yeni ilin galişini 

şənliklərlə qarşılayırlar. Respublikamız nıüstəqillik qazanandan sonra Novruz 

bayramı rəsmi ümumxalq bayramı vs istirahət günü elan edilmişdir. – 373. 

 

185. İsfəndiyar Vahabzadə, İ s f ə n d i y a r B ə x t i y a r  o ğ l u (d.1954)  

- filologiya elmləri doktoru, professor, diplomat. 1994-cü ildən bir çox məsul 

dövlət vəzifələrində çalışmışdır. Hazırda Azərbaycan Respublikasını 

Moldovada səlahiyyətli və fövqəladə səfiridır. - 374. 

 

  



 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə