Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə138/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   134   135   136   137   138   139   140   141   ...   145

__________________________________________ 

472


 

129.  1956-ci il Macarıstan hadisələri - 1956-cı ildə Macarıstanda 

kommunist rejiminə qarşı kütləvi surətda xalq hərəkatı başladı. Bu hərəkat 

sovet qoşunları tərəfindən yatırıldı. - 218, 219. 

 

130. 1968-ci il Çexoslovakiya hadisələri - 1968-ci ildə Çexoslovakiyada 

demokratik qüvvələr yaranmağa başladı.  Bu qüvvələr ölkədə sovet rejiminə 

qarşı  çıxmağa başladı. Bu zaman Varşava Paktı Ölkələrinin hərbi qüvvələri 

Çexoslovakiyaya yeridildi. Ölkədəki demokratik qüvvələr kütləvi surətdə 

həbs və məhv edildi. - 219. 

 

131.  1979-cu  il  Əfqanıstan  badisələri  -   1978-ci  ildə  Əfqanıstan 

Demokratik Xalq Partiyası Ölkədə dövlət çevrılişi etdi. Bunun nəticəsində 

vətəndaş müharibəsi başladı. Ölkədə  əmin-amanlıq yaratmaq məqsədilə 

hakim partiyanın dövətilə sovet ordu hissələri  Əfqanıstana girir. Ancaq nə 

mərkəzi hökumət, nədə sovet qoşunları ölkədə stabillik yarada bilmir. 

Nəhayət 1989-cu ildə sovet ordusu beynəlxalq ictimaiyyətin tələbilə 

Əfqanıstanı tərk etdi. - 219. 

 

132. Bəxtiyar Vahabzadə,  Bəxtiyar Mahmud oğ1u (d. 1925) - 

Azərbaycanın xalq şairi, dramaturq, ədəbiyyatşünas. Azərbaycan Dövlət 

mükafatı laureatı, 1991-2005-ci illərdə Azərbaycan Respublikası Milli 

Məclisinin deputatı, Azərbaycan Milli EA-nın   akademiki.   Azərbaycan 

Respublikasının «İstiqlal» ordeni ilə təltif olunmuşdur. - 223. 

 

133.  Şeyxülislam   Hacı      Allahşükür   Paşazadə,   Allahşükür   

Hümmət   oğ1u  (d.1949) - 1980-ci ildən Qafqaz Müsəlmanları Ruhani 

İdarəsinin, 1990-cı ildən Qafqaz Xalqları Ali Dini Şurasının sədridir. 

Azərbaycan Respublikasının «Şöhrət» və  «İstiqlal» ordenləri ilə  təltif 

edilmişdir. - 224. 

 

134. Olbrayt Madlen (d. 1937) - ABŞ-ın tanınmış diplotmatı və dövlət 

xadimi. 1993-cü ildən ABŞ-ın BMT-də daimi nümayəndəsi, 1997-2000-ci 

illərdə ABŞ-ın Dövlət katibi olmuşdur. - 227, 230, 344, 351, 379. 

 



__________________________________________ 

473


135. Ağ ev - Vaşinqtonda ABŞ preziderıtinin iqamətgahı və dəftərxanası 

(1800-cü ildən). 1792-1829-cu illərdə inşa edilmışdir. ABŞ hökumətinə çox 

zaman Ağ ev deyilir. -228, 231, 232, 235, 257. 

 

136. Transxəzər qaz kəməri - Xəzər dənizi vasitəsilə Azərbaycandan 

Gürcüstana və Türkiyəyə Orta Asiya qazının nəqli barədə saziş. Bu lahiyəyə 

görə qaz Türkiyədən isə Avropa bazarlarına çatdırılacaqdır. - 229, 233, 240, 

241, 262, 340, 342, 348, 349, 351, 352, 358, 362. 



 

137.  Moldova  Respublikası - Cənub-Şərqi Avropada dövlət. Sahəsi 

33,7 min km

2

,  əhalisi 4,36 milyon nəfərdir.  İnzibati  ərazisi 40 rayona 



bölünür. Dövlət başçısı prezident, qanunverici orqanı birpalatalı parlamentdir 

- Paytaxtı Kişinyov şəhəridir. - 265, 307. 

 

138. Petru Luçinski (d.1940) Moldovanın siyasi və dövlət xadimi. 1971-

ci ildən 1989-cıı ilə  qədər dövlət və partiya işlərində müxtəlif vəzifələrdə 

çalışmışdır. 1997-2002-ci illərdə Moldova Respublikasının prezidenti 

olmuşdur. -265, 281-297. 

 

139. Lujkov Yuri Mixayloviç (d.1936) - Rusiyanın ictimai və dövlət 

xadimi. 1992-ci ildən Moskva şəhərinin meridir. Moskva şəhəri ilə 

Azərbaycan arasında iqtisadi və  mədəni  əlaqələrin güclənməsi və 

möhkəmləndirılməsində yaxından iştirak edir. - 269-275. 

 

140. Dağıstan,  Dağıstan   Respublikası- Rusiya Federasiyasında 

respublika. Sahəsi 50,3 min km

2

,  əhalisi 2094,6 min nəfərdir. Paytaxtı 



Mahaçqala  şəhəridir. Dağıstan  ərazisi bizim eradan əvvəl 1-ci minnillıyin 

axırlarına qədər Qafqaz Albaniyası  tərkibində olmuşdur. 1813-cıi ildə 

Gülüstan müqaviləsinə  əsasən çar Rusiyasına birləşdirilmışdır.-272, 275, 

441. 


 

141. Məshədov   Aslan   (1952-2003)   -   1995-ci   ildən   tanınmamış 

Çeçenistan Respublikasının prezidenti. - 273. 

 

142. Vəhabilik - ortodoksal islamda yaranmış dini-siyasi cərəyan. XVIII  

əsrin  axırlarında  Nəsddə    yayılmışdı.      Banisi    Məhəmməd  ibn Ədbül-

Vəhhabdır.  Başlıca ehkamı vahid allaha inamdır.  Vəhhabilər Quranı qəbul 

etsələr də, islam dinində müqəddəslərə pərəstişi, dərvişlıyi rədd edir, cihada 

böyük diqqət verirlər. Səudiyyə  Ərəbistanında hakim ideologiya olan 

vəhhabilik Hindistan, Əfqanıstan, İndoneziya və bəzi Avrika ölkələrində  də 

yayılmışdır. - 274. 

 

 




__________________________________________ 

474


143.  Leonid Daniloviç Kuçma (d.I938) - Ukraynanın siyasi və dövlət 

xadımi. 1994-2005-ci illərdə Ukrayna Respublikasının prezidenti olmuşdur. 

Azərbaycan Respublikasının «İstiqlal» ordeni ilə təltif olunmuşdur. -281-297. 

349. 408. 



 

144.  Nursultan Nazarbayev, Nursultan   A b ı ş   o ğ 1 u (d. 1940) - 

Qazaxıstanın dövlət və siyasi xadimi. 1979-cu ildə Qazaxıstan MK-nın 

katibi. I984-cü ildə Qazaxıstan Ali Sovetinin sədri, Nazirlər Sovetinin sədri. 

1989-91-ci illərdə Qazaxıstan KP MK-nın Birinci katibi. 1991-ci ilin 

dekabrından Qazaxıstan Respublikasının prezidentidir. - 281 -297, 372. 

 

145. Lukaşenko Aleksandr Qriqoryeviç (d-1954) - Belarus dövlət 

xadimi. 1994-cü ildən Belarus Respublikasının prezidentidir. - 281-297. 

 

146. Əsgar Akayev (d. 1944) - Qırğızıstanın dövlət xadimi.   1989-90-cı 

illərdə  Qırğızıstan KA-nın prezıdenti.   1990-2005-ci illərdə  Qırğızıstan 

Respublikasının prezidenti olmuşdur. - 281-297. 

 

147.  İmamali Rəhman, R ə h m a n     İ m a m a l i    Şərif  oğlu (d.1952) 

- Tacikistanın siyasi və dövlət xadimi. 1992-ci ildə Tacikistan Ali Sovetinin 

sədri olmuşdur. 1992-ci ilin noyabrından Tacikistan Respublikasının 

prezidentidir. - 281-297. 



 

148. Hindistan, Hindistan Respublikası - Cənubi Asiyada dövlət. 

Millətlər Birliyinin tərkibindədir. Ərazisi 3,3 milyon km

2

, əhalisi 953 milyon 



nəfərdır. Hindistan inzıbati cəhətdən 22 ştata və 7 müttəfıq əraziyə bölünür. 

Dövlət başçısı prezident, qanunverici orqanı ikipalatalı parlamentdir. Paytaxtı 

- Dehlidir. - 302. 303. 

 

149.  Avstraliya,  A v s t r a 1 i y a   İ t t i f a q ı - Avstraliya qitəsində 

Dövlət. Millətlər Birliyiniıı  tərkibindədir.  Ərazisi 7,7 milyon km

2

.  əhalisi 



18,3 milyon nəfərdir. Avstraliya İttifaqı inzibati cəhətdən  6 ştata və iki 

əraziyə bölünür. Dövlət başçısı Böyük Britaniya kraliçasıdır. Ölkədə 

kraliçanı general-qubernator təmsil edir. Qanunverici orqanı ikipalatalı (Senat 

və Nümayəndələr palatası) parlamentdir. Paytaxtı - Kanberradır. -304. 305. 

 



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə